"Mətanət bacı": "O məni öz talismanı adlandırırdı (MÜSAHİBƏ) (FOTO)

"Mətanət bacı": "O məni öz talismanı adlandırırdı (MÜSAHİBƏ) (FOTO)"Bir qalanın sirri"nin qəhrəmanını Moskvada tapmaq mümkün olub

Hələ də milli kinematoqrafiyamızın ən sevimli obrazlarından biri bizim uşaqlıq rejissorumuz Əlisəttar Atakişiyevin "Bir qalanın sirri" (1959-cu il) filmindəki cəsarətli Mətanətdir. Maraqlıdır ki, bu film ekrana çıxdıqdan sonra Mətanət adı Azərbaycanda çox populyarlaşdı. Bir neçə ildən sonra demək olar ki, hər sinifdə, həyətdə Mətanət adını eşitmək olardı.

anspress -ə istinadən BiG Az, bildirir ki, "Mətanət bacı"nı Moskvada tapmaq mümkün olub. O, Azərbaycan filmlərində daha bir neçə parlaq obrazı canlandırıb. Bunlara misal olaraq, "Bir məhəllədən iki nəfər"də (1957, rej. İlya Qurin, Əjdər İbrahimov) Həlimə, "26 Bakı komissarı"nda (1966, rej. Əjdər İbrahimov) Caparidzenin həyat yoldaşı, "Torpaq, dəniz, od, səma" filmində (1967, rej. Şamil Mahmudbəyov) Gülsüm rollarını ifa edib, həmçinin "Ulduzlar sönmür" (1971, rej. Əjdər İbrahimov) filmində çəkilib.

Tamara Akaşevna Kokova 1934-cü il martın 15-də Kabardin-Balkar Respublikasının paytaxtı Nalçikdə anadan olub. 1958-ci ildə A.V.Lunaçarski adına Dövlət Teatr İnstitutunu bitirib. 1959-cu ildən "Gürcüstan-film" kinostudiyasının, 1961-ci ildən isə Kinoaktyor studiyası teatrının aktrisası olub. 1959-cu ildə "Aktyorlar üçün mükafat" nominasiyasında Ümumittifaq kinofestivalının laureatıdır. T.Kokova 1975-ci ildə ağır avtomobil qəzasına düşdükdən sonra kinoda çəkilmədi. Bir neçə əməliyyat keçirdi, lakin əməliyyatlar onun çəkiliş meydançasına qayıtmasına kömək etmədi. Həmin illər T.Kokova Sovet İttifaqının ən gözəl aktrisalarından biri idi...

Oxucularımıza Rusiyanın əməkdar artisti Tamara Kokova ilə telefon vasitəsilə aldığımız eksklüziv müsahibəni təqdim edirik.

- Salam, Tamara Akaşevna. Sizi Bakıdan narahat edirik.

- Hər vaxtınız xeyir. Sizin zənginiz məni çox təəccübləndirdi. Artıq xeyli müddətdir ki, gözəl ölkənizdə olmuram. Azərbaycan, mehriban və qonaqsevər insanlar üçün çox darıxmışam. Axırıncı dəfə Bakıda 1972-ci ildə İncəsənət və ədəbiyyat dekadasında olmuşam. Həmin vaxt Robert Rojdestvenski, Rəsul Həmzətov, Alla İllarionova və digərlərinin olduğu nümayəndə heyətinin tərkibində Moskvadan Bakıya səfər etmişdik. Heydər Əliyev bizi Bakıda çox istiqanlı qarşıladı. Onunla çox xoş söhbətimiz oldu. Gözəl illər idi!

- "Bir qalanın sirri" filminə indiyədək böyük məmnuniyyətlə baxırlar, sizin canlandırdığınız Mətanət obrazı isə ən sevilən obrazlardan biridir. Həmin illəri necə xatırlayırsınız?

- Azərbaycan tamaşaçılarının "Bir qalanın sirri" filminə hələ də həvəslə tamaşa etmələrinə görə çox şadam. Bununla belə, mənim üçün əlamətdar olan film Əjdər İbrahimovun "Bir məhəllədən iki nəfər" filmidir. Bu film SSRİ-də və xaricdə xeyli uğur qazanmışdı və mənə böyük aktyor şöhrəti gətirdi. Bundan sonra müxtəlif filmlərə dəvət almağa başladım. Üstəlik, məni sınaq çəkilişlərində iştirak etmədən təsdiq edirdilər. Həmin illər hələ A.V.Lunaçarski adına Dövlət Teatr İnstitutunun tələbəsi idim. O vaxt Moskvaya bu film üçün aktyor seçimi məqsədi ilə rejissorlar İlya Qurin və Əjdər İbrahimov gəlmişdilər. Həmin film onların rejissorluq fəaliyyətində debüt oldu. Bu mənim üçün ikinci rol idi. Birinci rolum 1955-ci ildə çəkilən "Sevimli şərf" ("Шарф любимой") filmində olub. Rejissorlar "Bir məhəllədən iki nəfər" filmi üçün həmin vaxt Semyon Sokolovski, Vadim Medvedev, Sergey Bondarçuk, Məlik Dadaşov, Adil İsgəndərov və başqalarından ibarət gözəl aktyor heyəti toplamışdılar.

İki ildən sonra yenidən "Bir qalanın sirri" filminə dəvət edildim. Orada yenidən Gündüz Abbasov, Məmmədrza Şeyxzamanov, Əli Qurbanov, Ağadadaş Qurbanov, Aleksandr Fayt, Əli Zeynalov və digərlərindən ibarət böyük kino ustadları bir araya gəlmişdi. Film Azərbaycanın mənzərəli yerlərində - Mingəçevir, İsmayıllı və Kəlbəcərin dağətəyi ərazilərində, Bakının şəhərətrafı qəsəbələrində, çəkilişlərin bir hissəsi, həmin dövrdə çətin hesab edilən texniki məqamlar isə Leninqradda çəkilmişdi. Maraqlıdır ki, film ilkin olaraq "Qanlı qala" adlanırdı, lakin Moskvadan uşaqlar üçün nəzərdə tutulmuş kinoda "qanlı" sözüünü işlədilməsinə icazə vermədilər. Təəssüf ki, indi belə gözəl filmlər çəkilmir. Çəkilişlərdən çox xoş təəssüratlar qalıb.

- Maraqlıdır, bildiyimizə görə siz Əjdər İbrahimovun sevimli aktrisası olmusunuz. Axı onun üç filmində rol almasınız.

- O məni öz talismanı adlandırırdı (gülür). O, hətta məni sınaq çəkilişlərinə dəvət etmirdi, sadəcə qarşıma ssenarini qoyaraq "İstənilən rolu seç!" deyirdi.

Şamil Mahmudbəyovun "Torpaq, dəniz, od, səma" filminin çəkilişlərini də qeyd etmək istərdim. Məsələ burasındadır ki, uzun müddət razı olmurdum, çünki orada gənc qızdan tutmuş nənəyə qədər müxtəlif obrazları canlandırmalı idim, məndən nənə alınıb-alınmayacağına görə tərəddüd edirdim. Hələ çox gənc idim (gülür). Lakin Şamil çox inadkar idi və xüsusi olaraq "Mosfilm"dən o dövrün ən yaxşı qrim ustalarını çağırmışdı. Yeri gəlmişkən, Şamil Mahmudbəyov bu filmə görə Zaqaqfaziya respublikaları və Ukrayna filmləri festivalında uşaqlarla əla işə görə diplomla təltif edilmişdi. Necə də gözəl aktyorlar var idi - İsmayıl Osmanlı, Ələddin Abbasov, Rafiq Tağıyev və başqaları...

- 80 illik yubileyinizi necə qeyd etmək istəyirsiniz?

- Hələ bilmirəm. Mənim gözəl ailəm var. Ərim tanınmış jurnalist və vəkil Mark Voznesenskidir. O da dəfələrlə Bakıda olub. Qızım Maşa elmlə məşğuldur, filologiya elmləri namizədidir, Elmlər Akademiyasının Rus dili İnstitutunda çalışır və orfoqrafik lüğətlər hazırlayır.

Çəkildiyim filmlərin hələ də yaşamasına və onlara baxdıqlarına, insanların isə zəng edərək ehtiram və sevgilərini ifadə etmələrinə görə çox şadam. Mənim adımdan bütün Azərbaycana salam göndərin!

"Mətanət bacı": "O məni öz talismanı adlandırırdı (MÜSAHİBƏ) (FOTO)"Mətanət bacı": "O məni öz talismanı adlandırırdı (MÜSAHİBƏ) (FOTO)"Mətanət bacı": "O məni öz talismanı adlandırırdı (MÜSAHİBƏ) (FOTO)"Mətanət bacı": "O məni öz talismanı adlandırırdı (MÜSAHİBƏ) (FOTO)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 5617   Tarix: 27 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

"Küçə musiqiçisinə qız vermərəm"- Küçə musiqisi ilə məşğul olan Sərxan Əzizlə MÜSAHİBƏ

Hər bir ölkədə olduğu kimi son illər Azərbaycanda da küçə musiqisi inkişaf etməkdədir. Lakin bu sənətin inkişafına mane olanlar, dırnaqarası yanaşanlar var. Bu məqamda bir məsələni nəzərə almalıyıq ki, şəhərə gəzinti üçün çıxanda, yaxud da işdən yorğun evə qayıdanda qulağımıza gələn o həzin musiqi ruhumuz

25.01.2020 3632
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

"Mənim ehtiyacım yox idi, aparmadım" - Xatun "Maşın Şou"da danışdı

Yeni mövsümü başlayan "Maşın Şou"nun iştirakçılarından biri olan Xatun maraqlı açıqlama verib. ölkə.az-a istinadən bildirir ki, ifaçı "Maşın Şou"nun daha öncəki mövsümü barədə bunları deyib:. "İstərdim ki, maşını layiq olan və ehtiyacı olan aparsın. Mənim ehtiyacım yox idi, aparmadım

02.10.2019 2215
.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏ

Onu efirdə çox sərt, hamının xətrinə dəyən biri kimi görürük. Fərqli taktikası var. Verilişə dəvət etdiyi qonaqlar ilə olan dialoqlara qulaq asanda çaşıb qalırsan ki, bunu şou xatirinə edir, yoxsa elə xasiyyəti belədir. Məncə, onun verilişlərini maraqlı edən də elə bu xüsusiyyətidir. Hərçənd buna gör

19.12.2019 6537
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083