"O səs Türkiyə"ni ayağa qaldıran bacılar danışdı - Video

"O səs Türkiyə"ni ayağa qaldıran bacılar danışdı - Video"Bizə Türkiyədə müsabiqəyə qatılmadan öncə deyirdilər ki, siz seçilməyəcəksiz". Bu sözləri "O səs Türkiyə" yarışmasının iştirakçıları, əkiz bacılar Sevinc və Sevil (S-Twins qrupu) deyiblər.
İlk olaraq Sevinc öz təəssüratını bölüşür: "Düzü, bu yarışmada iştirakımıza inanmırdıq. Gəldim gördüm ki, prodüserimiz Nigarla bacım Sevil yarışmada iştirakımız üçün qeydiyyat ərizəsi yazırlar. Dedim ki, yazın-yazın, onsuz da baxan olmayacaq. Onlar da mərcə girdilər ki, müsabiqəyə bizi dəvət etsələr, qonaqlıq verəcəksən. Nəsə, bizi müsabiqəyə çağırdılar, getdik. Əvvəl bizdə bir ruh düşkünlüyü vardı. Çünki bizə deyirdilər ki, seçilməyəcəksiz. Amma buna baxmayaraq, biz iştirak etdik. Səhnədə heç həyəcanlı da deyildik. Yeganə problemimiz türk dilini o qədər də yaxşı danışa bilməməyimiz idi. Sevinirəm ki, növbəti mərhələyə adlaya bildik".
Sevil də söhbətə qoşulur: "Bacımın fikirləri ilə razıyam. Amma müsabiqədə iştirakımız bir yana, amma sonrakı anlar çox qürurverici idi. Çünki, iştirakımızı başa vurduqdan iki saat sonra, anam zəng eləyib dedi ki, çox sağ olun nə yaxşı ki, varsınız, sizinlə fəxr edirik. Bax, bu sözlər həqiqətən də təsirli idi. O duyğuları sözlə anlada bilmərik. Hətta prodüserimiz Nigar da uğurumuza sevindi, göz yaşlarını saxlaya bilmədi. Bu işdə onun çox əməyi var. Ona da öz dərin minnətdarlığımızı bildiririk".

Sonda prodüser Nigar Murad da müsabiqə ilə bağlı öz düşüncələrini bölüşür: "Ümumilikdə, qızların çıxışından razı qaldım. Mənə bir çox insanlar zəng vurub təbrik etdilər, telekanallar verilişlərə çağırdılar. Sevil və Sevincin münsiflərdən Murat Boza simpatiyaları olsa da, Ebru Gündeşi seçdilər. Səbəbsə, ondan yaxşı musiqi dərsləri ala bilərlər. Müsabiqənin növbəti turu bir neçə ay sonra olacaq".

Xatırladaq ki, Acun İlıcalının apardığı "O səs Türkiyə" yarışmasında iştirak edən bacıları növbəti mərhələyə münsiflər heyəti Ebru Gündeş, Murat Boz və Hadisə seçiblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 10636   Tarix: 27 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390