Onun İlk Hekayəsi

Onun İlk Hekayəsi13 yaşımda yazıçı olmağı qərara aldım. Bu qərarı evdəkilərə deyəndə məni ciddiyə almadılar, hələ uşaqsan o qədər sənət seçəcəksən ki, dedilər.

13 yaşımda yazıçı olmağı qərara aldım. Bu qərarı evdəkilərə deyəndə məni ciddiyə almadılar, hələ uşaqsan o qədər sənət seçəcəksən ki, dedilər. Bircə babam heç nə demədi, əslində babamın mənə nəyisə deməyi təsadüfü idi. Amma həmin vaxt qaşlarını çatıb mənə elə diqqətlə baxdı ki, bu ən azı 5 dəqiqə davam elədi. Babam ümimiyyətlə ciddi adam idi. Mənimlə çox az danışırdı, gününü kitab oxumaqla keçirirdi, kitabları məndən çox sevirdi, hətda bir neçə dəfə kitablarla danışdığını belə eşitmişəm.

Valideynlərimin məni ciddi qəbul etməməsinə çox əsəbiləşmişdim. "Mən yazıçı olacağam. Yazıçı, yazıçı. Qərarımı heç vaxt dəyişməyəcəyəm görərsiniz." Bu sözləri deyəndə qeyri ixtiyari ayağımı yerə möhkəm vurdum. Otaq anidən sakitliyə qərq oldu. Hamı gözünü mənə dikmişdi. Birdən babam " Sübut elə" dedi. Həmin anda özümü itirdim." Sübut edim necə?" . Babam"Qalx otağına, bir şey yaz baxaq görək nəyə qadirsən." "Nə yazım axı mən" babam sözümü kəsdi " orası bizi maraqlandırmaz" dedi. Çaşıb qalmışdım. Atam üzünü babama çevirib" O hələ uşaqdır nə yaza bilər? Onu bu qədər ciddiyə alma" dedi. Heç nə demədən otağıma qalxdım. Nərdivanı qalxanda babamın səsini eşitdim " adamı küncə belə sıxarlar bax". Öz özümə "indi siz görərsiniz" dedim və qələmi əlimə aldım. Nə yazacağım barədə çox fikirləşdim amma bir şey tapa bilmədim. Axşam oldu mən isə bir kəlmə belə yazmamışdım. Boş vərəq mənə baxır, mən də ona. Bir az sonra bir şeylər qaralamağa başladım. Balaca hekayə yazmışdım. Birdən qapım döyüldü babam içəri daxil oldu. Heç nə demədən masama yaxınlaşdı və kağızı əlimdən alıb oxumağa başladı. Hekayəni bitirməmiş başını qaldırdı "Hayıf bu kağıza" dedi. Elə bil həmin anda başımdan isti su axdı. Babam niyə belə edir axı mənim sadəcə 13 yaşım var, mən böyük yazıçı deyiləm.Gözlərim doldu. Başımı aşağı saldım. Qələmi yerə qoyacaqdım ki, babam əlimdən tutdu. "belə tez." dedi. "Bacarmadım" dedim. "Yazıçılar əsərlərini bir dəfəyə yazmır." Dedi və qapıya yaxınlaşdı, üzünü çevirib mənə diqqətlə baxdı, sonra otaqdan çıxdı. Onun bu hərəkəti haqqında çox fikirləşdim amma bir şey başa düşmədim. Indi babam mənim yazıçı olacağıma inanır yoxsa əksinə. Həmin gecə gec yatdım. Elə hey pəncərədən dənizə baxırdım. Bu gün hava tutqun, küləkli idi. Dəniz dalğalarını aramsız sahilə elə vururdu ki, sanki nəyisə sahildən almaq istəyirdi. Qəribə bir səs gəlirdi, elə bil kimsə ağlayırdı. Birdən sahildə nəsə parıldadı. Çox gözəl yüngül parıltı idi. Bu nədir görəsən. Gözlərimi ovdum, birdə baxanda artıq o parıltıda o səsdə yoxa çıxmışdı. Qeyri ixtiyari qələmi əlimə alıb bir başlıq yazdım " Mirvarinin göz yaşları". Bəli hekayəni yazmışdım. Özü də vərəqdə bir qara belə etmədən, fasilə belə vermədən. Səhər duranda babam otağımda idi, hekayəni oxuyurdu. Səbirsizliklə nə deyəcəyini gözləyirdim ki, başını qaldırdı. Mənə baxdı, vərəqi masanın üzərinə qoyub ayağa qalxdı. Sual dolu baxışlarımla ona baxırdım. O, isə heç nə demədən qapıya yaxınlaşdı. Budur yenədə məğlubiyyət, deyə düşünürdüm ki, babam üzünü çüvirib " Ayağını yerə vurmağından bilinirdi ki, gələcəkdə məşhur yazıçı olacaqsan." Həmin anda gözlərim doldu. "nə?" deyə soruşdum. Babamın üzündə mülayim bir təbbəssüm yarandı. İnana bilmədim o gülümsəyirdi. Geri dönüb vərəqi götürdü və otaqdan çıxdı." Hara?" deyə soruşdum amma heç bir cavab ala bilmədim. Həmin gün babam evə gec gəldi, harda olduğunu soruşdum amma o, cavab vermədi. Səhərisi gün otağımda dərslərimi oxuyurdum. Anam məni səslədi. Aşağı düşəndə anamın və atamın təəccüblü baxışları ilə məni süzdüklərini gördüm? "Nə olub?"deyə soruşdum. Anam gözləri dolmuş bir vəziyyətdə gülümsəyərək əlindəki qəzeti mənə uzatdı. Qazetə baxanda ilk gördüyüm başlıq "Mirvarinin göz yaşları". "bu ki, mənim yazdığım hekayədir." dedim və babama tərəf çöndüm. O, gülümsəyirdi. Sevincimin həddi hüdudu yox idi, babamı qucaqlayıb " çox sağol baba, çox sağol"dedim. Babam saçlarımı qarışdıraraq " mən heç nə eləmədim. Hər şeyi sən eləmisən." dedi.

Bəli artıq 13 yaşımda mənim ilk hekayəm işıq üzü gördü. O gündən bu günə çoxlu hekayələr yazmışam, hamısıda sevilib, nəşr olunub, amma "Mirvarinin göz yaşları"hekayəsi həyatımda özəl yer tutur. Bu hekayə mənim özümü tapmağıma kömək elədi, yazıçı olmaq arzumu həyata keçirdi. Babamın bu illər ərzində mənə gizli pərəstiş etməsi isə məni daha çox ruhlandırırdı. Onun mənə güvənməsi 13 yaşımdan indiyə kimi bütün həyatımı dəyişdi. Həqiqətən də sənə inamın dəstəyinolması nələr eləmənə səbəb olar. Amma gərək sən nə istədiyini biləsən.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3902   Tarix: 15 avqust 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495