Məhkəmədən qeyri-adi cəza - VİDEO
Amerikada qeyri-adi məhkəmə cəzası 58 yaşlı Amerikalı Riçard Demeronu özünü "axmaq" adlandırmağa vadar edib.
Riçard Demeron üzt istədikdən sonra boynundan "mən axmağam" yazılmış lövhə ilə polis bölməsinin qarşısında dayanmalı olub. Məsələ isə ondadır ki Demeron 911 xidmətində işləyən polisi telefonla təhdid edib. İndi Amerikalı hər gün üç saat polis bölməsinin qabağında dayanmalı olacaq.
Xuliqanın görüntüləri isə internetdə yayılıb. O deyib:
"Mən üzr istəyirəm ki özümü axmaq aparmışam. Ümid edirəm zabit və onun ailəsi üzrümü qəbul edər. Sərxoş idim. Bütün qəlbimlə peşmanam. Sadəcə istəyirəm ki bu bitsin."
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş