Faydalı məsləhətlər

Faydalı məsləhətlər1. Kirli butulkanı təmizləmək üçün içinə qabyuyan vasitədən əlavə metal zəncir atıb çalxalamaq lazımdır.

2. Paltara yapışmış saqqızı qoparmaq üçün həmin paltarı soyuducunun buzlu yerində 1 saat saxlamaq lazımdır. Əgər paltar buzlu yerə yerləşmirsə, onda saqqız yapışan yerə buz parçası qoyun.

3. Holland pendiri keçirdiyiniz sürtkəci təmizləmək üçün, sürtkəcdən yarım çiy kartof keçirin. Bundan sonra sürtkəc rahat təmizlənəcək.

4. Gümüş əşyaları təmizləmək üçün naşatır spirtinə həmin əşyaları salmaq lazımdır, sonra soyuq su ilə yumaq və yun əski ilə qurulamaq lazımdır.

5. Gümüş bəzək əşyalarını təmizləmək üçün isə onları bir parça sink və qaynar paltar sodası məhlulu tökülmüş suya salmaq lazımdır.

Rütubət ləkəsi olan gümüş əşyaları diş məcunu ilə təmizləmək olar.

6. Bankanın polietilen qapağını açmaq üçün bankanın üstünə qaynar su olan qab qoymaqla açmaq olar. Beləliklə qapaq isinəcək və asan açılacaq.

7. Əgər çətiriniz formasını itiribsə, yaxud bağlanmırsa, onu açıq vəziyyətdə isti duşun altına qoyun. Parçası quruyandan sonra çətiriniz hamarlaşacaq və rahat bağlanacaq.

8. Kartofun bişərkən xırçıltılı və qırmızımtıl rəngdə olması üçün qızartmazdan əvvəl kartofu yaxşıca qurutmaq lazımdır. Bunun üçün həm dəsmaldan, həm də fendən istifadə edə bilərsiniz. Daha sonra qaynar yağın içinə atmaq və qızarandan sonra duzlamaq lazımdır.

9. Təzə kartofu təmizləmək üçün, qabyuyan sungərdən (bir tərəfi porolon, digər tərəfi kələ-kötür material olsun) istifadə edin.

10. Kartofu uzun müddət saxlamaq üçün:
- Əvvəla kartofun xarab olan yerlərini kəsib atmaq lazımdır.
- Rütubətli havada kartofu qurutmaq lazımdır.

- Kartofu saxlayacağınız yer təmiz və quru olmalıdır.
- Kartofu zirzəmidə saxlayacağınız təqdirdə ventilyasiya üçün pəncərə qoymaq lazımdır.
- Kartofu qış fəslində 2-5 dərəcə istilikdə və 85-95 % nisbi rütubət şəraitində saxlamaq lazımdır.

11. Çaydanı ərpdən təmizləmək üçün:
- Boş çaydanı isidib içinə bir stəkan suyu təzyiqlə tökmək lazımdır.

- 1-2 paket limon turşusu qatılmış suyu ərpli çaydanda qaynatmaq olar.
- 1 çay qaşığı sodanı suya qataraq, çaydanda 30 dəqiqə müddətində qaynatmaq lazımdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4848   Tarix: 05 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941