Gündəlik yemək - 5 səhv

Gündəlik yemək - 5 səhv

Britaniyalı alimlər qida qəbulu zamanı yol verilən 5 ən çox yayılmış səhvi ortaya çıxarıblar. Sağlam və balanslaşdırılmış qida qəbul etdiklərini düşünən insanlar əslində ciddi səhvlər edirlər.

BiG.AZ bildirir ki, bu səhvlər aşağıdakılardır:

1. Fiziki və ya psixi gərginlikdən əvvəl və ya sonra qida qəbulu. Gərgin fiziki işdən yarım saat əvvəl və yarım saat sonra yemək yemək olmaz. Həmçinin güclü həyəcan keçirdikdən yarım saat sonra da qida qəbul etmək olmaz. Bu, mədə şirəsinin normal ifrazına əngəl olur.

2. Yeməkdə müxtəliflik faydalıdır. Bəli, faydalıdır, amma aralarında vaxt kəsiyi olmalıdır, 15 dəqiqəyə üç cür yeməyi mədəyə doldurmaq olmaz. Qidanı yaxşıca çeynəmək, hər təamdan sonra isə bir qədər fasilə vermək lazımdır.

3. Çox qaynar və çox soyuq xörəkləri birlikdə yemək. Bir öynə vaxtı otaq temperaturundan aşağı və ağzı yandıran qidaları qəbul etmək olmaz, bu, həm dişlərə, həm də mədəyə ziyandır.

4. Xörəyi salatla yemək. Ümumiyyətlə, çiy meyvə-tərəvəzi termik emaldan keçmiş ərzaqlarla yemək olmaz, bunları ayrıca salat kimi əsas yeməkdən əvvəl yemək lazımdır. O zaman mədə şirəsi ifraz olunacaq, həzm sisteminin motorikası işə düşəcək, əks halda isə mədədə qıcqırma və çürümə prosesləri başlayacaq.

5. Yemək zamanı maye qəbul etmək. Yeməkdən öncə, yemək zamanı və dərhal yeməkdən sonra hər hansı bir içki içmək olmaz - o ağız suyunu yuyub aparır, mədə şirəsini durulaşdırır. Yeməkdən yarım saat əvvəl və bir saat sonra su içmək daha faydalıdır.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 2467 Tarix: 28.08.2013
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ZUMRUD
ZUMRUD 29.08.2013
twk


 
AyIsiqi
AyIsiqi 29.08.2013
tsw


 
NEAY
NEAY 28.08.2013
HEC BUNLARI BILMIRDIM XEBER COX MARAQLI IDI.


 
RABIL2003
RABIL2003 28.08.2013
MARAQLIDI OSAQLAR [[]]


 
Inaska
Inaska 28.08.2013
Tesekkurler maraqli xebere gore...


 
khayala99
khayala99 28.08.2013
tesekkur edirem


 
Rana50
Rana50 28.08.2013
tesekkurler


 
ulduz
ulduz 28.08.2013
maraqlidi twk


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər