Jerar Depardyenin "vətənlərinin" sayı artır

Jerar Depardyenin "vətənlərinin" sayı artır

Tanınmış fransız aktyor Jerar Depardye Belçikanın fəxri vətəndaşı olub.

BiG.AZ itcnews.com-a istinadən bildirir ki, bu barədə France Press Belçika hökumətinə istinadən məlumat yayıb.

2012-ci ilin sonunda Depardye Belçikanın cənub-qərbində, Fransa ilə sərhəddəki Estempyen kommunasında, Neşen qəsəbəsində ev almışdı.

"Neşen sizin eviniz oldu və biz də buna çox sevinirik. Jerar, Estempyen sizi sevir", - xüsusi təşkil olunmuş mərasimdə yerli hökumətin nümayəndəsi demişdi. Bundan sonra aktyor 200 nəfər üçün orada barbekü ziyafəti təşkil eləmiş, Neşendə yaşamağın gözəl olduğunu demişdi: "Bütün dünyada işləmişəm, amma Neşendə kök salmağa qərar verdim".

Ötən ilin əvvəlində Depardye Fransa hökumətinin vergi siyasətinə (varlıların gəlir vergisini 75%-dək qaldırmaq) qarşı çıxaraq ölkə vətəndaşlığından çıxmaq istədiyini bildirmişdi. Yanvarın əvvəlində Rusiya vətəndaşlığı alsa da, Fransa vətəndaşlığını da saxlamışdı. Sonra o, Mordoviyanın paytaxtı Saranskda daimi qeydiyyata düşdü. Belə məlum oldu ki, Depardye hələ bir neçə ölkədə də vətəndaşlıq almaq niyyətindədir, çünki nə qədər pasportu olsa, bir elə ölkəyə vizasız gedib-gələ biləcək, "dünya vətəndaşı" olacaq.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1767 Tarix: 28.08.2013
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
R788
R788 29.08.2013
bilirdim tesekkurler
♥ Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin.♥

♥ Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. ♥ (V.Hüqo)


 
wemsi
wemsi 28.08.2013
nese men bunu goren kimi ele biliremki donuz gorurem
Inaska
Inaska 28.08.2013
Agin cixardibeee lap.


 
sip_sirin23
sip_sirin23 28.08.2013
Özü bilər..
...

 
khayala99
khayala99 28.08.2013
ncncnc ne qeder olkede vetendasdi ee buuu ))


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər