"Tövləni xatırladan məktəblərə getmək istəmirik" – Müəllimlərdən etiraz

"Tövləni xatırladan məktəblərə getmək istəmirik" – Müəllimlərdən etirazAvqustun 12-də 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə imtahanlar başa çatdı. Müsabiqənin ikinci mərhələsinə, yəni müəllimlərlə müsahibə mərhələsinə start verildi. Bu müddət ərzində 3286 vakant yerə 18782 nəfər ərizə versə də, onlardan 15030 nəfəri imtahanda iştirak edib. İmtahanların nəticəsinə görə 1543 nəfər Azərbaycan bölməsi, 54 nəfər isə rus bölməsi üzrə olmaqla, ümumilikdə 1597 nəfər müsahibə mərhələsinə buraxılıb.

Test imtahanından sonra əldə etdiyi nəticələrə əsasən namizədlərin hansı bölgələrdə müəllim işləmək şansı yarandığı məlum olub. Müsahibə mərhələsinə qədər artıq namizədlər hansı rayon və ya kənddə düşdüyü məktəblə maraqlanıb, şəraiti və ümumi yaşayış yerinə baxış keçirib.

Həmin namizədlərdən biri Sevinc Əliyeva Modern.az-a açıqlamasında bildirib ki, bölgələrə düşən müəllimlərin əksəriyyəti getdikləri yerlərdə elə də yaxşı şəraitlə rastlaşmayıblar. "Bizimlə bir imtahan verənlərlə əlaqə saxlamışıq, deyirlər ki, binalar çox pis vəziyyətdədir və məktəb təhsil ocağından çox tövləni xatırladır".

Sevinc Əliyeva də digərləri kimi müsahibə girməkdən imtina edərək bununla bağlı ərizə yazıb. Və bildirib ki, onun kimi imtina ərizəsi yazanların sayı çox olub. "Orada müsahibəyə gələnlərə nəzarət edənlərdən biri mənim hansı ixtisas üzrə müəllim olduğumu soruşdu, cavab verdim ki, ingilis dili. Qeyd etdi ki, bu il ingilis dili və ibtidai sinif müəllimliyindən imtina edənlərin sayı çoxdur. Ən əsası bölgələrdə ibtidai sinif müəllimliyinə daxil olanların sonradan imtina etməsi onlarda narahatlıq doğurur. Həmin bölgələrdə ibtidai sinif müəllimliyi boş qalıb, gedən yoxdur, nəticədə dərsə təzə gedəcəklərə dərs deyəcək müəllimlər olmayacaq".

Qeyd edək ki, test imtahanlarını uğurla başa vuran namizədlər 12-16 avqust 2013-cü il tarixlərində təşkil olunan müsahibədə iştirak edirlər. Müsahibə mərhələsi başa çatdıqdan sonra boş qalan vakant yerlərə keçid balı toplamış, lakin işə qəbul olunmamış şəxslərə 19-21 avqust tarixlərində əlavə yerləşdirmədə iştirak etmək imkanı veriləcək. Namizədlər şəxsi səhifələrinə daxil olmaqla boş qalan yerlər haqqında məlumatla tanış ola biləcəklər. Hər bir namizədin uyğun ixtisas üzrə ən çoxu 4 vakant yer seçməsi mümkündür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2903   Tarix: 18 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

24.04.2024 207
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 200
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. BİG.AZ -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib

11:10 148
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 391
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 159
.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

10:23 263
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 1143
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

10:57 150
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

24.04.2024 300