Gənclik metrosu ətrafında tikinti işləri yekunlaşır

Gənclik metrosu ətrafında tikinti işləri yekunlaşır2010-cu ildə start verilən layihə ərazidə 6 tunelin inşasını və əlaqədar yolların genişləndirilməsini nəzərdə tutur.Nəqliyatın sıx, tıxacların isə bol olduğu ərazilərdən biri paytaxtın Gənclik metro stansiyası ətrafındakı yerin deyəsən bu yaxınlarda bəxti açılacaq. Belə deməyə Qələbə meydanı adlanan yerdə və onunla kəsişən yollarda inşa olunan tunel-yolötürücüsü kompleksinin tikintisinin yekunlaşması əsas verir. "Akkord" korporasiyası tərəfindən həyata keçirilən bu tikinti işlərinin sonunda nəqliyyatın hərəkətinin nizamlanması, tıxacların aradan qaldırılması və işıqforsuz hərəkət rejiminin təmini mümkün olacaq. 2010-cu ildə start verilən layihə ərazidə 6 tunelin inşasını və əlaqədar yolların genişləndirilməsini nəzərdə tutur. Eni 8-16 metr, uzunluğu 5-6 metr arasında dəyişən bu tunnellərdə Atatürk prospektindən gələn nəqliyyat vasitələrin hərəkəti 3 müxtəlif istiqamətdə paylanacaq.

Həmçinin şəhərin mərkəzindən əks istiqamətdə gələn avtomobillər tunellər vasitəsilə Qələbə meydanının altı ilə birbaşa Ayna Sultanova heykəli tərəfə hərəkət edə biləcəklər.

Tunel daxildən monitorlarla təmin edilib. Bu monitorlar vasitəsilə sürücülər yollarda maneyələri və tıxacların olduğu yerləri görə biləcəklər. Xarici mütəxəssislər tunelin tikintisində sonuncu və yüksək texnoloqialardan istifadə edildiyini deyir. Tunelin daxili işıqlandırma sistemi İtaliya dizayn şirkəti tərəfindən hazırlanıb.

İtaliyalı memar, Franko Rizzatto: "Tuneli ümumilikdə 9 min işıq cihazı işıqlandıracaq. Bura həmçinin yolun üzərində yerləşdirilən xüsusi işıqlar da aiddir. İşıqların söndüyü halda fövqəladə işıq mənbəyi və 60 dan çox müşahidə kameramız da var. Divarların üzərində 7 minə yaxın işıqımız elə quraşdırılıb ki sürücü tuneldən çıxarkən işıq onun üzünə vurmasın. Həm gündüz, həm axşam. Tuneldə həmçinin səsin səviyəsini aşağı salmaq üçün 20 minə qədər panel var. Drenaj sistemlərini də elə qurmuşuq ki su tunelə daxil olsa onu rahatlıqla ordan çıxarmaq mümkün olsun".

Tuneldə zolaqlardan biri təcili tibbi yardım maşınları üçün digəri isə yolda nasazlıq üzündən durmağa məcbur olan nəqliyyat vasitələrinə hesablanıb. Atatürk prospektində hərəkət zolaqlarının hər iki tərəfindən yeraltı piyada keçidlərinin tikintisi nəzərdə tutulub.

Onuda qeyd edək ki, tikinti işləri tam başa çatdıqdan sonra burdakı park əsaslı şəkildə yenidən qurulacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1984   Tarix: 18 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390