Aygün Kazımova ifamı bəyəndi - İradə

Aygün Kazımova ifamı bəyəndi -  İradə

Ötən gün müğənni İradə İbrahimovanın xalq artisti Aygün Kazımovanın repertuarından ifa etdiyi “Sənsiz” adlanan mahnını təqdim etmişdik.

BiG.AZ axsam.az-a istinadən bildirir ki, sənətçi yaxın günlərin tarixi ilə “Youtube”a yerləşdirilən mahnını əslində 2005-ci ildə, müğənninin ad günündə oxuduğunu bildirib.

“Aygün xanımın istəyi ilə mahnılarından birini ad günündə oxumalıydım. Mahnı seçimini özüm etdim. Bunun üzərində həm də çox sevdiyim Xanım İsmayılqızının nəğməsi olduğu üçün dayandım. Mahnı lentə yazıldı və bir dəfə ad günündə səsləndi. Həmin tarixi təxmini xatırlayıram. 2005-ci il olardı. Bu gün öyrəndim ki, mahnı “Youtube” kanalına yerləşdirilib” – deyən İradə "Sənsiz"in onun ifasında Aygün Kazımovanın da bəyəndiyini bildirib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2252 Tarix: 18.08.2013
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Elnus2000
Elnus2000 19.08.2013
Ahahhaha beyenmeseydi biz beyenmezdik?


 
gulugulu1999
gulugulu1999 18.08.2013
yaxsi edib beyenib


 
braccialini
braccialini 18.08.2013
eger beyenibse onda hech,,olum yoxdu sene


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər