Məktəbli qızlarını nişanlayaraq dərsdən yayındıran ailələrin siyahısı hazırlanacaq

Məktəbli qızlarını nişanlayaraq dərsdən yayındıran ailələrin siyahısı hazırlanacaqNövbəti tədris ilində təhsilə davamiyyət məsələsinə ciddi nəzarət ediləcək. Bu barədə virtualaz.org saytına Təhsil Nazirliyindən məlumat verilib. Xəbərdə deyilir ki, xüsusən qızların məktəbdən kənarlaşdırılması faktlarına qarşı tədbirlər görüləcək: "Məktəb rəhbərlərinə qızlarını məktəbdən yayındıraraq nişanlayan və ya ərə verən ailələrin siyahısının hazırlanması haqqında tapşırıqlar verilib. Uşaqların təhsilə cəlb edilməsində hüquq-mühafizə orqanlarının da köməyindən istifadə ediləcək".

Qeyd edək ki, məktəbdən yayınma halları Azərbaycan təhsilinin ən ağrılı yeridir. Bunu Təhsil Nazirliyinin rəhbər şəxsləri də dəfələrlə vurğulayıblar. Keçmiş təhsil naziri Misir Mərdanov hələ iki il öncə dəhşətli bir statistika açıqlamışdı. O bildirmişdi ki, Azərbaycanda orta məktəb şagirdlərinin 10-11 faizi təhsildən yayınır. Ekspertlərin rəyləri də bunu təsdiqləyir. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva da virtualaz.org-a açıqlamasında küçə uşaqları arasında məktəbdən yayınanların çox olduğunu vurğuladı: "Bizim təşkilata müraciət edən uşaqlar arasında hərf tanımayanlar belə var. Bəziləri isə adları məktəbdə qeydiyyatda olsa da təhsildən yayınıb. Buna görə də uşaqların təhsildən yayınmalarının qarşısının alınmasına ciddi nəzarət olunmalıdır".

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə təhsildən yayınmaların əsasən bölgələrdə və Bakıətrafı kəndlərdə qeydə alındığını dedi: "Xüsusilə Bakıətrafı kəndlərdə qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi faktları var. Belə faktlar gizlədildiyindən vaxtında tədbir görmək mümkün olmur".

M.Əzizova qeyd etdi ki, Bakıətrafı kənd və qəsəbələrdə maarifləndirici tədbirlərin keçirilməsi çətindir, çünki kənd qadınları belə tədbirlərə gəlmirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1852   Tarix: 12 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817