Azərbaycanda heyrətamiz hadisə: körpə yatarkən qana bələnir...

Azərbaycanda heyrətamiz hadisə: körpə yatarkən qana bələnir...Göyçay rayonunun Xəlitli kənd sakini, 2012-ci il təvəllüdlü Abdullayev Hüseyn Rövşən oğlu yatandan beş dəqiqə sonra onun gözlərindən, qulağından və burnundan qan axır, sifəti qandan görünməz hala düşür. Bu hal uşaq yalnız yuxuda olan zaman baş verir. Uşaq çoxlu qan itirsə də, onun səhhətində heç bir problem yaranmır. O, yuxudan ayılan kimi qan kəsilir. Hüseyn çox sağlam və qıvraq uşaqdır, öz istedadı və maraqlı hərəkətləri ilə yaşıdlarından tam fərqlənir. Uşağın atası Göyçayın Xəlitli kəndində anadan olub, anası isə Xocalı sakinidir.

Balaca Hüseynin səhhətində baş verən bu qeyri-adi halın məhz Göyçay ərazisində baş verməsi görənləri və eşidənləri təəccübləndirir. Bu səbəbdən də uşağın doğulduğu rayonda və kənddə yaşaması müşkülə çevrilib. Valideynləri dəfələrlə uşağı Göyçaydan başqa rayonlara aparıblar. Hüseyn orada yatarkən onun gözlərindən qan gəlməyib.

Balaca Hüseynin üzləşdiyi problem 6 aydır davam edir. O, anadan olandan 8 ay sonra bu möcüzəvi halla rastlaşıb. Bu səbəbdən də uşaq və onun valideynləri Göyçaydan kənarda, Gəncə şəhərində kirayə ev tutaraq yaşamalı olurlar. Vaxtaşırı olaraq doğulduğu Xəlitli kəndinə gələn Hüseynin yatarkən gözlərindən qan axması hamını çarəsiz qoyub. Hüseynin müqəddəs Ramazan bayramı ilə əlaqədar ata yurduna gəlişi də, necə deyərlər, qanla nəticələnib. O, cəmi 5 saat ata-babasının evində qala bilib və valideynləri onu 4 dəfə yatızdırmağa cəhd ediblər. Hər dəfə yuxuya gedən balaca Hüseyn qana batdığı üçün onu dərhal Gəncəyə aparmalı olublar.

Bu möcüzə qarşısında həkimlər də aciz qalıblar. Bakıda yerli və xarici həkimlər tərəfindən dəfələrlə müayinə edilən Hüseynin dərdinə əlac tapılmır. Həkimlər uşağın yatarkən gözlərindən qanın axmasını heç bir xəstəliklə əlaqələndirmirlər. Aparılan analizlərin nəticəsinə görə, uşaq tam sağlamdır. Uşağın valideynləri tanınmış tibb mütəxəssislərinə müraciət edərək, onun probleminin həll olunmasına köməklik etmələrini istəyirlər.

Bəzi mütəxəssislər bu uşağın tibbi sarıdan probleminin olmadığını, onun ilahi vergili bir bəndə olduğunu bildirirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7868   Tarix: 12 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

19:04 239
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

12:05 937
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

16:03 348
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

19:06 248
.

İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib

İsrail ordusunun Livanın cənubundakı qəsəbələrə eyni vaxtda intensiv hava hücumu təşkil etdiyi bildirilib. xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın cənubunda ən azı 13 dəfə 4 nöqtəni vurub. İsrail döyüş təyyarələrinin hədə

20:15 33
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

14:04 176
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

15:20 177
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

15:32 262
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

16:10 157