İffət nədir? İffətin növləri. İffətin gətirdiyi faydalar

İffət nədir? İffətin növləri. İffətin gətirdiyi faydalarHər bir möminin bariz sifətlərindən biri - iffətli olmasıdır. İffətli insan özünü elə bir tufanlı dəryada görür ki, heç bir nəfsani burulğanlar ona qələbə çala bilməz.
İmam Sadiq (ə) buyurur: "Cəfərin (İbni Muhəmmədin (ə)) ardıcılları o kəslərdir ki, qarınpərəstlik və şəhvət qarşısında çox sayda iffətə və səyə malikdirlər. Onun savabına ümid bəsləyirlər. Onun cəzasından qorxarlar. Nə zaman kimisə bu sifətlə görsən, onlar mənim ardıcıllarımdır".
İmam Əli (ə) buyurur: "Ən yaxşı ibadət - iffətdir".

İffətin növləri:
1. Fikir iffəti.
İnsanın fikri hər nə qədər ali olarsa, kamala daha çox meyl edərsə, tez bir zamanda təkamülə çatacaqdır.

2. Baxış iffəti.
Göz - qəlbin qapısıdır. O şey ki, gözlə daxil olar, bəzən onu səadət mənzilinə və bəzən də zillətə çəkər.

3. Ünsiyyət iffəti.
İctimai fəaliyyətlər insanın istedadlarını çiçəkləndirə bilər. İslam sağlam ictimai rabitələri həmişə mədh etmişdir. Ancaq bu rabitələrin öz ədəb və şərtləri vardır ki, bu da ictimai rabitələrdə olan iffətdir. Yəni rabitə quran zaman mömin gərək iffətinə riayət etsin.

4. Danışıqda iffət.
Danışıqda da mömin iffətinə riayət etməli və nalayiq sözlərdən çəkinməlidir.

İffətin gətirdiyi faydalar:
1. Həya. Həya daxili bir qüvvədir ki, insanın daxilən qorunması kimi də mənalandırılır.
2. Güzəşt. İffətli insan özünün bəzi haqlarından keçməyi və güzəşt etməyi bacarır. Allahın razılığını hər şeydən üstün bilir.
3. Səbir. Nəfsini hər bir istəyin və xahişin qarşısında saxlamaq.
4. Nizam. İffətli insanın həmişə əxlaqi qərarları və qaydaları olar ki, hansı işi görsə bu qayda-qanunlara əsasən edər.

Ailə üçün gətirdiyi faydalar:
1. Ailədə rahatlıq və etimad yaradar. İffətli ailə üzvləri həmişə bir-birinə etimad edərlər. Bu etimadın sayəsində də rahatlığa çatarlar.
2. Ailədə eşq və səmimiyyət yaradar. İffətli insanlar sevgi və səmimiyyəti həmişə ailələrində axtararlar.

Cəmiyyət üçün gətirdiyi faydalar:
1. İctimai təhlükəsizlik. O cəmiyyətdəki insanlar iffətə riayət edər, nəinki özləri rahatlıq və təhlükəsiz şəraitdə olarlar, bəlkə onunla rabitədə olan hər kəs rahat və təhlükəsiz olar.
2. İnsana hörmət. O kəs ki, iffətlidir, ruhi rahatlığı olduğu üçün başqaları ona hörmət və ehtiram edərlər. Ona xüsusi dəyər verərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5364   Tarix: 11 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311