Arvadının zorlanmasına icazə verən aktyor

Arvadının zorlanmasına icazə verən aktyorVensan Kasselin həyatdan öyrəndikləri

17 yaşım olanda sirk məktəbinə girdim. Şükür Allaha ki, ağlım oranı tərk etməyə çatdı. Yoxsa indi qarşınızda qəzəbli, təhlükəli və yəqin ki, uğursuzluğa uğramış kloun oturardı.

Məni heç vaxt böyük aktyorun oğlu (Jan Pyer Kassel – məşhur teatr aktyoru – "Esquire") olmağım narahat etməyib. Əksinə, çox kömək edib. Atam sağ olanda mübahisə eləməyə adamım vardı heç olmasa.

Yox, mən küçə uşağı deyiləm. Yaxşı rayonda böyümüşəm, yaxşı məktəbə getmişəm. Amma hip-hopla böyümüşəm, hətta qardaşım da bu işlə məşğuldur. Hərdən fikirləşirəm, onunla işləmək yaxşı olardı. O, hip-hopun kralıdır. Amma ədalətli olmalı olsam, Vu-Tanqa hələ çata bilməyib.

Ümumiyyətlə, həyatımdan danışmağı sevmirəm, amma arada danışıram. Onda da başa düşürəm: lənət şeytana, məhz bunu etməli deyildim.

Mənim lakonikliyi sevirəm. 1995-ci ildə Matyö Kassoviç mənə yaxınlaşıb "Nifrət" (Kassoviçin baş rolunda Kassel çəkilən dramıdır, Paris ətrafı rayonlardakı yaşayışdan bəhs edir – "Esquire") filmini təklif edəndə dedim: "Qulaq as, məncə, bu əla film olacaq, amma mən kənar məhəllələrdə böyüməmişəm, küçələrdə yaşamamışam, döşəyimin altında tapança saxlamamışam, heç kimi döyməmişəm, supermarketdən oğurluq etməmişəm və məni polisə aparmayıblar. Kassoviç isə dedi: "Yaxşı, qorxma".

İnsanları qıdıqlamayan, əksinə zərbə vuran kino çəkə bilirsənsə, hər şeyi rədd edib filmi məhz özün istədiyin kimi çəkmək üçün pulun varsa və dünyanın bütün ölkələrindən ən gözəl aktyorları dəvət etmək imkanın varsa, bax bu əsl xoşbəxtlikdir.

İnanın, dünyada bir neçə şey var ki, onlar üçün yaşamağa dəyər.

Kinoda çəkilmək – hamını özünə məftun etmə prosesidir. Başqalarında şəxsiyyətinə pərəstiş oyandırmalısan. Bunu instinktiv etdiyin müddətdə hər şey yaxşıdır. Hər addımını hesablamağa başladınsa, bitdi, özün də bilmədən ikinci Depardye olacaqsan.

Amerikanlar filmlərində mənə həmişə alçaq rolları verirlər. Amma mən onlardan qisas alıram: alçaq rolunu elə oynayıram ki, onların qəhrəmanlarından daha yaxşı alınır.

Yadımdadır, ingilis mətbuatında ilk dəfə mənim haqda yazılanda beynimdən vurulmuşa döndüm. Çünki məni "Hyu Qrantı yamsılayan fransız" kimi təqdim etmişdilər.

Paris mənim evimdir və bütün yaxşılıqları və pislikləri ilə yüz faizlik parisliyəm. Burdan uzun müddətlik gedə biləcəyimi düşünmürəm. Biz parislilər, ümumiyyətlə, öz şəhərimizi nadir hallarda tərk edirik.

Sürücülük vəsiqəsi aldığım gün maşına oturub, 230 km/saat sürətlə Parisdən Nisə qədər sürdüm.

Məndən "Beş dəqiqədən sonra dünya dağılacağını bilsəniz, nə edərdiniz?" soruşsanız, cavab verərdim: "Bir təyyarəyə oturardım, o yuxarı qalxanda paraşütlə atlanardım və dünyanın necə dağılmağına baxardım". Amma indi deyərdim ki, bu mümkün olmasa, son dəfə yanımdakı qadınla sekslə məşğul olardım və həmin qadının arvadım olacağına ümid edirəm.

Heç vaxt ağlıma gəlməzdi ki, aktrisa ilə evlənərəm.

İlk dəfə Monika ilə "Mənzil" (Jilya Mimuninin filmi – "Esquire") filminin çəkilişlərində görüşmüşəm. Yəqin onu görən hamı kimi mən də ona ilk görüşdən vuruldum. Sonralar çox filmlərdə birlikdə oynamışıq. Serj Qinzburqun dediyi "kino - həyat yoldaşınızı nəzarətsiz qoymaq üçün həddindən artıq həssas sənətdir" fikrini deyəsən çox ciddi qəbul eləmişəm.

Monika olmasaydı, biz Qaspar Noenin "Çıxış yoxdur" filmində çəkilməzdik. Bir dəfə Noe səhər saat 5-də klubda mənə yaxınlaşdı və soruşdu ki, biz Monika ilə kameraların qarşısında həqiqətən sekslə məşğul ola bilərikmi? Mən ona "Rədd ol burdan" deyib "yolladım". Sonra Monikaya zəng vurub olanları danışdım. Monika nə desə yaxşıdır: "Gəl onu evimizə qonaq çağıraq və bu haqda ətraflı danışaq".

"Çıxış yoxdur" filmi Monikanın bir əclaf tərəfindən zorlanması səhnəsi ilə başlayır. Bu, əsl şok idi. Filmə baxanlar məndən bu səhnənin çəkilişinə necə dözdüyümü soruşurdular. Həqiqət isə çox sadə idi. Çəkiliş vaxtı o aktyoru döyəcəyimdən qorxan Monika məndən getməyimi xahiş etdi. Mən də Fransanın cənubuna tətilə getdim. Bəziləri isə ümumiyyətlə arvadımın zorlanması səhnəsinə necə icazə verdiyimi anlamırdılar. Ekranın o biri tərəfində öz işindən həzz alan iki aktyor var. Öz aramızdır, təcavüz edən adamın penisini də kompüterlə düzəltmişdirlər.

Yəqin ki mənim ən sevdiyim film – "Geniş qapılmış gözlərlə"(rejissor Stenli Kubrikin sonuncu işidir – "Esquire") filmidir. İlk dəfə o filmə tək baxmışdım. Film bitən kimi Monikaya (həyat yoldaşı Monika Belluçi –red.) zəng vurub dedim: "Biz bu filmə birlikdə baxmalıyıq". O filmin sonluğu yadınızdadır? Sonda Nikol Kidman deyir: "Bizə qalan evə gedib sekslə məşğul olmaqdır". Məncə, bu, Yer üzünün ən cəsarətli zarafatıdır. Təsəvvür edirsiniz, bu, Kubrikin son sözləridir. Deyir, gəlin sekslə məşğul olaq. Mən də belə düşünürəm: məgər biz bu dünyada başqasına həyat vermək üçün gəlməmişikmi?

Kinonu elə çəkmək lazımdır ki, ona baxandan sonra gecəni "McDonalds"da keçirmək istəməyəsən.

Fahişəxanalar və xəstəxanalar – bax oralarda çəkilməyi sevirəm.

Kinoda çoxlu reallıqlar var: məsələn, fahişəni çox vaxt elə fahişələr, oğraşları çox vaxt oğraşlar, transvestitləri də ancaq transvestitlər oynayır. Heyif ki, narkotik səhnələrində hansısa zir-zibil, məsələn laktoza sırıyırlar.

Elə ssenarilərdən xoşum gəlir ki, hər səhnədə yeni bir qız, ya da yeni maşında çəkilim.

Ümumiyyətlə, aktyorun televizordan hansısa evə, otağa girib hansısa zibili reklam etməyindən zəhləm gedir. Amma eyni şeyi mən "Gucci" üçün edərəmmi sualına "Nə qədər verərlər?" deyə cavab verərəm. Mən aktyoram, mənim işim pul müqabilində nədəsə çəkilməkdir. Yeganə etməyəcəyim şey – parfümeriya reklamında qurşağa qədər lüt çəkilməkdir.

Mənim dəlilərdən xoşum gəlir. Ən çox da həyatını idarə edə bilən dəlilərdən.

Qocalıq qəribə şeydir: həqiqətən nəyi sevib, nəyi sevmədiyini başa düşürsən.

Doğulanda sənə verilən qəzəbi həmişə qorumaq lazımdır.

Ceniffer Enistonla heç vaxt yatmaq istəməzdim.

aznews.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 9536   Tarix: 07 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877