Göz oxşayan şəlalələr - Fotolar

Göz oxşayan şəlalələr - FotolarNiaqara şəlaləsi

Şimali Amerikanın şərqində, ABŞ və Kanada sərhədində yerləşən şəlalənin hündürlüyü 49 metr, ərazisi isə 790 metr genişliyindədir. Horseshoe (ən böyüyü), American Falls və Bridal Veils Fall olmaqla üç ayrı şəlalədən ibarətdir. Şəlalədən hər dəqiqədə 168.000 m³ su axır.
Göz oxşayan şəlalələr - Fotolarİguazu şəlaləsi

Cənubi Amerikada yerləşən şəlalənin uzunluğu 1320 km-dir. Hündürlüyü 75 metrdir. Parana çayına tökülən şəlalə Argentina (Misiones əyaləti) və Brazilya (Parana əyaləti) arasında sərhəd təşkil edir.
Göz oxşayan şəlalələr - FotolarAnhel şəlaləsi

Venesuelanın cənubundakı Bolivar ştatında yerləşir. Hündürlüyü bir çox sənədlərə əsasən 1059 metr göstərilir, amma ümumi hündürlüyü 979 metrdir və dünyanın ən hündür şəlaləsidir. Şəlalənin adı isə 1935-ci ildə bura uçuş edən James Angel`in şərəfinə qoyulmuşdur. Ümumi su həcmi 300 m³-dir.

Göz oxşayan şəlalələr - FotolarKaieteur şəlaləsi

Potaro çayı üzərində yerləşən şəlalənin hündürlüyü 226 metrdir. Yerləşdiyi ərazi isə Qviana`nın yağış meşələridir.

Göz oxşayan şəlalələr - FotolarDetian şəlaləsi

Çin və Vyetnam sərhədində yerləşən şəlalə dünyanın 4-cü ən böyük sərhəd şəlaləsidir. Bu iki ölkə arasında yaşanan bəzi problemlər səbəbi ilə turizmə çox gec açılmışdır.

Göz oxşayan şəlalələr - FotolarGullfoss şəlaləsi

«Qızıl Şəlalə» mənasını verən Gulfoss, İslandiyada Ağ çay üzərində yerləşən 2 pilləli və 32 metr hündürlüyündə bir şəlalədir. Davamlı yağan yağışlar və əriyən buzlaq suları səbəbi ilə yaz mövsümündə Avropanın ən böyük şəlaləsi halına gəlir.

Göz oxşayan şəlalələr - FotolarJog şəlaləsi

Hindistanın ən böyük şəlalərindən biri olan Jog şəlaləsinin hündürlüyü 253 metrdir və Sharavathi çayından yaranmışdır. Yağışların olduğu müddətdə incə dərə şəklində olan şəlalə, musson yağışları başladığında möhtəşəm bir görünüşə sahib olur.
Göz oxşayan şəlalələr - FotolarHuangguoshu şəlaləsi

77.8 metr hündürlüyündə və 101 metr genişliyindəki Huangguoshu şəlaləsi Asiyada yerləşir. Bölgədəki 18 şəlalədən biri olan bu şəlalənin arxa hissəsində oyulmuş 134 metr genişliyindəki mağara turistlərin ən çox diqqətini çəkən yerdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 8812   Tarix: 06 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler