Həkim və müəllimlər dövlət qulluğunun xüsusi növünə aid ediləcək - Video

Həkim və müəllimlər dövlət qulluğunun xüsusi növünə aid ediləcək - VideoDövlət qulluqçusunun xüsusi növünün bütün səhiyyə və təhsil sahəsində çalışanlara şamil edilməyəcəyi deyilir. Azərbaycanda həkim və müəllimlərin dövlət qulluğunun xüsusi növünə aid ediləcəyi gözlənilir. Dövlət qulluğu haqqında qanunla müəyyən edilən statusları olmasa da həkim və müəlimlərin Hüquq-Mühafizə orqanlarının əməkdaşları kimi, dövlət qulluğunun xüsusi növü olaraq xüsusi statusları olacaq.

Hazırda 16 saylı şəhər poliklinikasında çalışan həkim- terapevt Sevinc Qəyyumova dövlət qulluğunnu xüsusi statusunun verilməisni müsbət ideya hesab edir. 15 ildir həkim kimi çalışan Sevinc xanım bunun həkim və müəllimlər üçün daha geniş imkanların yaradacağına ümid edir.

Milli Məclisin sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı ölkədə 350 minə yaxın təhsil və 150 minə yaxın səhiyyə işçisi olduğu üçün bu prosesin uzandığını deyir. Millət vəkili dövlət qulluqçusunun xüsusi növünün bütün səhiyyə və təhsil sahəsində çalışanlara şamil edilməyəcəyini və bunun üçün dövlət imtahanının veriləcəyini söylədi.

Millət vəkili bir sıra məqamların araşdırılmasından sonra xarici ölkələrin təcrübəsinə söykənərəK dövlət qulluqçusu statusunun tətbiqini vacib hesab edir.

Həkim və müəllimlərin dövlət qulluğunun xüsusi növünə aid edilməsi ilə bağlı prezident yanında xüsusi dövlət qulluğu məsələləri üzrə komissiyada hazırda bununla bağlı işlər aparılır və normativ hüququ baza hazırlanır.

Xatırladaq ki, hələ 2011 ildə ölkə başçısı tərəfindən həkim və müəllimlərin dövlət qulluqçusunun xüsusi növünə aid edilməsi barədə sərəncam imzalanmışdı. Hazırda Azərbaycanda dövlət qulluğu haqqında qanunun şamil edildiyi dövlət qulluqçularının ümumi sayı 30 min nəfərdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2748   Tarix: 31 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740