Bakıda dünyanın ən nəhəng parkinqlərindən biri istifadəyə verildi - Video

Bakıda dünyanın ən nəhəng parkinqlərindən biri istifadəyə verildi - VideoFüzuli və Mirzəağa küçələrinin arasında yerləşən dünyanın ən böyük yeraltı parkinqlərindən biri artıq sakinlərin istifadəsinə verilib. Burada 4500 maşın saxlamaq mümkün olacaq".

9 bal zəlzələyə hesablanan yeraltı parkinqin hər mərtəbəsi 7 ha olmaqla 3 mərtəbədən ibarətdir. 2 mərtəbə avtomobillər üçün dayanacaq, 1 mərtəbə isə texniki mərtəbə sayılır. Ümumi idarəetmə sistemi texniki mərtəbədə yerləşir. Bundan əlavə 37 avtomobil tutumu olan VİP bölmə, avtoyuma məntəqələri və sanitar qovşaqlar mövcüddur. Yeraltı qaraj ən müasir avadanlıq və sistemlərlə təchiz edilib. Havalandırma, yanğın, təhlükəsizlik sistemləri müasir standartlara uyğun şəkildə qurulub. Təhlükəsizliyin təmin olunması məqsədilə ərazi 270-ə yaxın təhlükəsizlik kameraları ilə əhatə olunub. Ventilyasiya kameraları hər mərtəbədən idarə edilir. Qarajdan parka çıxış üçün 32 pilləkən və 14 lift quraşdırılıb. Parkın ətrafında tikilən 7 yeraltı keçiddə 24 eskalator işləyir. Əlavə olaraq əlillər üçün 8 lift və panduslar quraşdırılıb. Yeraltı qaraja avtomobillərin 4 giriş-çıxışı mövcuddur.

Növbətçi operator Nurlan Həsənzadə: "Buranın başqalarından fərqi ondan ibarətdirki bura həm genişdir həm də maşınların təhlükəsizliyinə təminat veriləcək. Kameralar var hər şeyi burda göstərir. Burda nəsə olarsa o zaman birbaşa rəhbərlik məsuliyyət daşıyacaq" deyə açıqlama verib.
Ödənişlər aparatlar vasitəsilə həyata keçiriləcək. Parkinq qiymətləri hələlik açıqlanmır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3198   Tarix: 27 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740