Sürücü və sərnişinlər mütləq oxuyun!

Sürücü və sərnişinlər mütləq oxuyun!Bakıya şimal istiqamətdən əsas giriş bağlanacaq

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi Sumqayıt, Xırdalan şəhərləri, Abşeron, Şamaxı rayonları və həmin istiqamətlər üzrə digər bölgələrdən paytaxtın 20 Yanvar dairəsi istiqamətində hərəkət edən avtomobil sahiblərinin, sürücülərin və sərnişinlərin nəzərinə çatdırır ki, iyulun 25-dən 26-na keçən gecə saat 00:00-dən etibarən 20 Yanvar dairəsindən şəhər istiqamətində Tbilisi prospekti üzrə Nəqliyyat Nazirliyinin inzitbati binasının yanınadək yeni asfalt örtüyünün təcili çəkilişi ilə əlaqədar bütün avtomobillərin hərəkətinə məhduliyyət qoyulub istiqamət dəyişdiriləcək.

Bu barədə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir:

"Qeyd edilən ərazi üzrə nəqliyyat sıxlığıının, tıxacların və yol-nəqliyyat hadisələrinin yaranmaması məqsədilə alternativ yol kimi bölgələrdən yaxınlaşmaqda olan avtomobil sürücülərinə Sumqayıt şəhərindən keçməklə Novxanı-Binəqədi yolu ilə hərəkət edərək Bakının Azadlıq prospekti və digər istiqamətləri üzrə, Beynəlxalq Avtovağzalın inzibati binasının yanından 3-cü kənar dairəvi yolla Badamdar və digər istiqamətlər üzrə, Bakı-Sumqayıt şosesindən Xocəsən istiqamətində hərəkət edərək Bakı-Salyan şosesi üzrə, həmçinin 20 Yanvar dairəsindən Şərifzadə və Həsənbəy Zərdabi küçələri ilə Qələbə meydanına keçməklə A.Salamzadə küçəsi ilə hərəkət edərək Nəqliyyat Nazirliyinin inzibati binasının yanından Tblisi prospektinə çıxmaq tövsiyə edilir".

Qısa müddətə yol təmir-tikinti işləri başa çatanadək bütün sürücülərdən xahiş edilir ki, alternativ yol kimi təklif edilən yollardan istifadə edilsin. Əlavə olaraq bildirilir ki, Sumqayıtdan 20 Yanvar dairəsi istiqamətində avtomobil tunelindən keçərək şəhər istiqamətində körpünün üzəri ilə də avtomobillərin hərəkətinə məhduliyyət qoyulur.

Əsədov qeyd edib: "Konkret olaraq 20 yanvar dairəsindən həm körpünün üzəri ilə, həm də Tbilisi prospekti ilə A. Salamzadə küçəsi ilə kəsişməyədək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yaranan müvəqqəti çətinliyə görə əhalidən, avtomobil sahibləri və sürücülərdən üzr istəyir".

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3439   Tarix: 25 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

19.04.2024 342
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 155
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

19.04.2024 216
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 117
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 623
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 174
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 236
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19.04.2024 897
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 176