Apple hesabat verdi

Apple hesabat verdi

Apple şirkəti dünən 2013-cü ilin ikinci rübü üzrə hesabatını dərc edib. Bir il ərzində mədaxil, demək olar ki, artmayıb, gəlir isə azalıb. Şirkət ötən illə müqayisədə daha çox iPhone sata bilib, lakin iPad planşeti və Mac kompüterlərinin satış həcmi isə azalıb.

www.BiG.AZ itcnews.com-a istinadən bildirir ki, hesabat dövründə şirkətin mədaxili 35,3 milyard ABŞ dolları, xalis mənfəəti isə 6,9 milyard olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq rübü ərzində şirkətin mədaxili 35 milyard dollar, xalis mənfəət isə 8,8 milyard dollar təşkil etmişdi.
Apple şirkəti üç ay ərzində 31,2 milyon iPhone smartfonu satıb. Ekspertlərin qiymətləndirməsinə görə, ötən payız alıcıların ixtiyarına verilmiş iPhone 5 iki il əvvəl təqdim edilmiş ucuz iPhone 4S smartfonu ilə eyni dərəcədə tələbatlıdır.

iPad planşetlərinin satış həcmi 14,6 milyon olub. Xatırladaq ki, ötən ilin müvafiq rübündə bu göstərici 17 milyon olmuşdu. Mac kompüterlərinin satış həcmi 3,8 milyon qurğu olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 200 min ədəd azdır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1145 Tarix: 19.08.2013



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər