Bu şəhərdə hər kəs ümid dilində danışır - Video

Bu şəhərdə hər kəs ümid dilində danışır - VideoRoma papası Fransiskin dünyanın ən böyük katolik ölkəsi olan Braziliyaya səfərinin birinci günü etirazla qarşılansa da, ikinci gün sakit keçib və o, bir sıra görüşlər keçirib.

Roma papası Fransisk Braziliyaya səfərinin ikinci gününü istirahətə və yerli kilsə nümayəndələri və rahibələrlə görüşlərə həsr edib. "Euronews" telekanalının məlumatına görə, Pontifik, həmçinin onlarla insanın iştirak etdiyi kiçik bir ayin də keçirib.

BiG.AZ Anspress-ə istinadən bildirir ki, Braziliyada 120 milyon katolik yaşayır və bu rəqəmin son illərdə azalmağa başlamasına baxmayaraq, Braziliya dünyanın ən böyük katolik ölkəsi sayılır.

Pontifikin Roma papası qismində xaricə ilk səfəri ilə əlaqədar Braziliyada xatirə medalları buraxılıb. Bu medallardan birində Aparesidadan olan müqəddəs Məryəmin bazilikası təsvir edilib. Bu gün bütün dünyadan katolik zəvvarlar məhz Aparesida məbədinə axışacaq.

"Şəhər Babil qülləsinə oxşamağa başlayıb. Yalnız burada hər kəs bir dildə - ümid dilində danışır. O, ünsiyyət vasitəsinə çevrilib. Məhz ümid vasitəsilə biz korrupsiya və zorakılıqla mübarizə aparacağıq, bu inanca əsaslanan yeni bir dünya yaradacağıq", - sadə braziliyalı belə deyir.

Roma papasının Braziliya səfərinin əsas məqsədi Beynəlxalq Katolik Gənclər günündə iştirak etməkdir. Vatikanda bu tədbir Roma-Katolik kilsəsi üçün bu il ən mühüm hadisə hesab edilir və Roma papası onun yeni sosial doktrinanın formalaşmasına kömək edəcəyini hesab edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1438   Tarix: 30 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390