Bir kişinin doğuş sancıları (Video)

Bir kişinin doğuş sancıları (Video)İrlandiyalı Henry McKean uşaq doğmağın necə bir duyğu olduğunu öz təcrübəsi ilə öyrənib və deyir ki, bu, ilk baxışdan səbəbi bilinməyən bir ağrı idi.

Dünyaya uşaq gətirən qadının doğuş zamanı nələr çəkdiyini hiss etməyi özünə məqsəd qoyan McKean bu ağrıya tam 2 saat 15 dəqiqə dözüm gətirə bilib.

Bunun üçün Dublində Nyuztalk adlı rayonda müxbir işləyən Henry McKean Hollandiyanın paytaxtı Amsterdamda bir doğum klinikasına gedib.

Doktorlar McKeani müxtəlif elektron cihazlara qoşublar, sonra ona stimulyator vasitəsi ilə qadınların çəkdiyi ağrıları yaşadıblar.

Bütün proses videoya çəkilirdi.

İki saatdan sonra Henry McKean bu "əziyyətə" son qoymağı qərara aldı.

Qadınların nələr çəkdiyini hiss etdiyini söyləyən jurnalist indiyədək öz xanımının xətrinə dəydiyi üçün üzr də istədi.

"Çox ağrıyırdım, lakin ağlamadım"

McKean, deyir ki, bədəninə altı elektrod bağlayıblar.

"Təsəvvür edin ki, qarnınızda eyni vaxtda birdən birə yüz diş fırçası işləyir, Lego oyuncağındakı adamcıqlar sizi təpikləyir…Bax belə bir hissdir", - deyib jurnalist.

Bir mərc şirkətinin McKeanin ağlayacağını proqnozlaşdırmasına baxmayaraq, o, ağrılara ağlamadan dözə bilib.

"Doğuşun" ardınca Amsterdam klinikasının həkimləri Henry McKeanə "uşağını" da verdilər. Bu, oyuncaq uşaq olsa da, Henry onu özü "doğmuşdu".

Dünyanın bir çox yerlərində bu virtual doğuşu izləyən qadınlara Mckean belə müraciət etdi: "Ağrınızı çəkdim. İndi sizləri daha yaxşı anlayır, özümü sizlərə daha yaxın hiss edirəm".

Sonda bu əzablara cəmi iki saatdan bir az çox sinə gərmiş Henry McKeanə onu xatırlatmaq qalır ki, qadınların normal doğuşu səkkiz saat çəkir.

menbe: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 9993   Tarix: 10 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390