Qızıl sürətlə ucuzlaşır (Video)

Qızıl sürətlə ucuzlaşır (Video)Dünya bazarlarında artıq 2 gündür ki, qiymətli metalların qiymətində sürətlə enmə müşahidə olunur. Bu ucuzlaşma daha çox qızılın qiymətində özünü göstərir. Son bir ayda bu qiymətli metalın bir unsiyası 40 dollara qədər ucuzlaşıb. Bəs dünya bazarlarında müşahidə etdiyimiz bu qeyri-müəyyənlik Azərbaycana necə təsir edir?

Mütəxəssislər qiymətli metal istehsalçısı və alıcısı kimi ölkənin hazırki iqtisadi durumun normal qiymətləndirir.

İlin əvvəlindən başlayaraq Azərbaycanda qiymətli metalların istehsalında azalma müşahidə olunur. Bu ilin yanvar-may aylarında Azərbaycanda qiymətli metal filizləri hasilatı ötən ilin analoji dövrünə nisbətən 18,3% azalaraq 700,2 kq təşkil edib. Rəsmi məlumatlara əsasən hesabat dövründə ölkədə 407 kq qızıl və 293,2 kq gümüş hasil olunub. Bu il isə ötən ilin yanvar-may ayları ilə müqayisədə qızıl hasilatının 21,1% , gümüşün isə 14,2% azalması deməkdir. Hazırda isə Azərbaycanda 22,6 kq qızıl və 5,2 kq gümüş hazır məhsul ehtiyatı var. Ekspertlər hasilatın azalmasını 2 amillə əlaqələndirirlər.

İqtisadçı Oqtay Haqverdiyev hesab edir ki, birinci səbəb ehtiyatın azalması, ikincisi dünya bazarında qızılın qiymətinin aşağı düşməsidir".

İlin əvvəlindən başlayaraq dünya bazarında qızılın qiymətində 40 %-ə yaxın enmə müşahidə olunub. Hazırda dünya bazarında qızılın bir unsiyası 1286 dollar təşkil edir. Qızılın sürətlə ucuzlaşması dünyada hökm sürən qlobal iqtisadi böhranla əlaqədar olaraq Mərkəzi Bankların qızıl alışına marağının azalmasıdır.

Son illər Azərbaycan da öz valyuta ehtiyatlarının bir hissəsini qızıla yatırmağa başlayıb. Dövlət Neft Fondu 2011-ci ildən başlayaraq 18 tona yaxın qızıl alıb. Ekspertlərin fikrincə, bu daxili valyutanın 2 % təşkil etdiyinə görə büdcədə ciddi risklər yaratmayacaq.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2186   Tarix: 02 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 543
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18.04.2024 1953
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 177
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17.04.2024 1815
.

"Bu layihə ölkəmiz üçün çox faydalı olacaq" - Deputat

"Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli v

18.04.2024 269
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 239
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 464
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18.04.2024 395
.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18.04.2024 334