Onlar hər il büdcəyə 20 milyon gəlir gətirirlər

Onlar hər il büdcəyə 20 milyon gəlir gətirirlərƏyləncə adı gələndə yada düşən ölkələrdən biri də Quzey Kipr Türk Cümhuriyyəti olur. Dünyanın müxtəlif ölkələrindən gələn turistləri bura cəlb edən təkcə dəniz, qum, gözəl təbiət deyil, həm də sərhədsiz gecə həyatıdır.

Bura xüsusilə keçmiş sovet respublikalarında çox sayda qadın iş vədi ilə aldadılaraq gətirilir və gecə klublarında, barlarda məcburi fahişəliyə cəlb edilir.

Kiprdə "konsomatris" xidmətinə qanunla icazə verilir və əcnəbi qadınların işi bu adla sənədləşdirildiyi halda əslində barlarda fahişəliyə məcbur edilirlər. Ötən ilin statistikasına görə, Kiprdə qeydiyyata əsasən 504 konsomatris çalışır. Fahişəlik edən qadınların bir saatda qazandığı pul 400 TL (təxminən 200 manat) təşkil edir. Bu məbləğ bəzən 100, bəzən isə 750 TL ola bilər. Konsomatrislər çalışmaq icazəsi almaq üçün 3500 TL ödəməlidirlər. Gecə klublarında çalışan qadınlar bu ölkənin iqtisadiyyatına ildə nə az-nə çox 10 milyon avro gəlir gətirir.

Sənədlərə əsasən Kiprin 42 gecə klubunda 504 konsomatris çalışır. Ancaq onların əksəriyyəti fahişəliyə məcbur edilənlərdir. Qadınların gecə klublarında çalışması üçün İş və Sosial Təminat Nazirliyindən icazə alınmalıdır. Belorus, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Ukrayna, Moldova, Yaponiyadan gələn qadınların pasportları ölkədə qaldıqları müddətdə polisin mühacirlərlə iş bölməsində saxlanılır. Polis bunu həmin qadınların istismarının qarşısını almaq məqsədilə edildiyini bildirsə də, əslində bunun tam əksi baş verir.

Kipr qanunlarına görə, konsomatris "gecə klubunda müştəri ilə birlikdə yeyib içərək çalışdığı yerə qazanc gətirən qadın" kimi ifadə olunur. Gecə klubu isə "musiqili-əyləncə proqramları təşkil edən, oteldən kənarda yerləşən, alkoqollu içki satan və konsomartis işçi çalışdıran iş yeri" kimi qanunda əksini tapıb. Göründüyü kimi konsomatrislər ancaq müştərilərlə yeyib içən və beləliklə kluba qazanc gətirən qadınlardır.

Onlar qətiyyən fahişəliyə cəlb edilə bilməzlər. Kipr qanunlarına görə fahişəliklə məşğul olan konsomatrislər 2 ilə qədər həbs və ya min lirə cərimə edilir. Bəzi hallarda isə hər iki cəza eyni zamanda tətbiq oluna bilər.

Kipr hökuməti gecə klublarından ildə 10 milyon avro gəlir əldə edildiyini bildirsə də, bəzi mütəxəssislər bu rəqəmin iki dəfə artıq olduğunu bildirir. Sosial xidmətlər üzrə mütəxəssis Barış Başelin sözlərinə görə, bir qadın bu klub və ya barlarda bir gündə ən azı 20 nəfərlə bərabər olur və orta hesabla 2 min TL qazanır. Ancaq bu pulun böyük bir hissəsi gecə klublarını sahiblərinə və müştəri cəlb edənlərə çatır.

Gecə klublarının sahibləri qadın alverini rədd etsələr də, fakt faktlığında qalır. Onların ölkə turizminə və iqtisadiyyatına böyük xeyir vermək kimi təqdim etdikləri iş əslində Kiprin türk imicinə böyük ziyan vurur.

mənbə: qaynar.info


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4164   Tarix: 01 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549