Ərdoğanla Obama arasında kritik telefon danışığı olub (Video)

Ərdoğanla Obama arasında kritik telefon danışığı olub (Video)Danışıq Amerika prezidentinin təşəbbüsü ilə baş tutub. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ştatlar prezidenti Barak Obama arasında telefon danışığı olub. Danışıq Amerika prezidentinin təşəbbüsü ilə baş tutub.

Türkiyə hökumətinin yaydığı məlumata görə, söhbətdə əsasən Suriya məsələsi müzakirə olunub. İki lider, Əsəd rejiminin öz xalqına qarşı kimyəvi silah istifadə etməsinə işarəylə, siyasi həll üçün Türkiyə və ABŞ-ın birlikdə fəaliyyət göstərməyə, Suriya koalisiyasını və ali hərbi şuranı dəstəkləməyə davam edəcəklərini bildiriblər. Terrorizmlə mübarizə mövzusunda da birgə fəaliyyət və əlaqələndirmənin davam edəcəyini ifadə ediblər. Baş nazir Gəzi parkı ilə bağlı hadisələr haqqında da Birləşmiş Ştatlar prezidentinə məlumat verib. İki lider, söhbət çərçivəsində mətbuat və ifadə azadlığının, zorakılıq olmayan toplantı və nümayiş azadlığının da hər iki ölkənin ortaq dəyərləri arasında olduğunu vurğulayıblar.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1614   Tarix: 01 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740