Dəhşətli tibb təcrübələri

Dəhşətli tibb təcrübələriVaşinqtonda bioetika ilə bağlı amerikan komissiyasının iclasında qalmaqallı faktlar ortaya çıxıb. Məlum olub ki, iyirminci əsrdə ABŞ-da insanlar üzərində müxtəlif təcrübələr aparılırmış. Hətta faşistlər üzərində qələbə də amerikalıları dayandırmayıb.

Pittsburq universitetində bir tədqiqatın nəticələri və hesabatları tapılıb. Məlum olub ki, 1946-1948-ci illər arasında Qvatemala sakini bilərəkdən cindi infeksiyaya yoluxdurulub ki, həmin xəstəliyin müalicəsi üçün antibiotiklərin effektivliyi yoxlanılsın. Qvatemala sakinindən sonra araşdırmalar üçün çoxsaylı adamlar da bu xəstəliyə yoluxdurulurlar. Nəticədə 700 xəstəni ümumiyyətlə, sonradan sağaltmaq mümkün olmur.

Həmin insanlar üzərindəki təcrübələr onların razılığı olmadan aparılırmış. Təcrübə aparılan insanlar çox vaxt ya ruhi xəstələr, ya məhbuslar ya da ağlı gec inkişaf edən uşaqlar üçün məktəbin şagirdləri olurmuş.

1915-ci ildə Cozef Holberqer adlı bir nəfər məhbusların yeməyini məhdudlaşdırır. O sübut etmək istəyir ki, pellaqra (RR vitamininin çatışmaması nəticəsində törəyən xəstəlik) B3 vitamininin çatışmazlığı nəticəsində yaranır. Məhbuslara heç bir maddi kompensasiya ödənilmir və Holberqer bir neçə dəfə Nobel mükafatına namizəd olub.

Təxminən 20-ci əsrin əvvəllərində Kaliforniyada məhbuslara edam edilmiş cinayətkarların və heyvanların cinsi vəzilərini yerləşdirirdilər.

Nyu-Yorkda məhbusları məcbur edirdilər ki, xəstələrin nəcisindəki emulsiyanı içsinlər (bir mayenin başqa maye içərisində əriməyib qalan mikroskopik zərrələri). Bununla onlar infeksiyanın necə ötürülməsini yoxlayırlarmış.

İllinoys həbsxanasında məhbusları malyariya ilə yoluxdururlarmış ki, malyariya əleyhinə dərmanların təsirini yoxlasınlar.

Sonralar bu cür tədqiqatlar az qala ABŞ-ın yarısında icazəli idi. Tədqiqatlar sürətlə genişlənirdi. Yaşlı əlillərə xərçəng hüceyrələri yerləşdirilirdi ki, onların orqanizmdə necə inkişaf etməsi öyrənilsin.

Ən dəhşətlisi isə əqli cəhətdən gec inkişaf etmiş uşaqlar üçün olan Uilloubruk dövlət məktəbində 1963-1966-cı illərdə aparılan təcrübədir. Uşaqları müxtəlif hepatit xəstəlikləri ilə yoluxdururdular ki, dərmanların təsiri yoxlanılsın.

Bu əslində aysberqin görünən tərəfdir. Amerikanın bəzi əczaçılıq şirkətləri etiraf ediblər ki, "insan şimpanzedən daha ucuzdur" ona görə də bu təcrübələr keçirilib. 1970-ci ildən Amerikada əczaçıların həbsxanalara girişi qadağandır. Amma uşaq üçün məktəblər hələ də onların üzünə açıqdır.

mənbə: kulis.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2178   Tarix: 26 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724