Neymar yenə ən yaxşı oyunçu seçildi

Neymar yenə ən yaxşı oyunçu seçildi

Konfederasiyalar Kubokunun qrup oyunlarında keçirilən Braziliya – Meksika matçının ən yaxşı oyunçusu müəyyənləşib. Bu, meydan sahiblərinin gənc hücumçusu Neymardır.

21 yaşlı futbolçu 2:0 hesabı ilə qələbə qazandıqları görüşün 9-cu dəqiqəsində hesabı açıb. Matçın son dəqiqələrində isə “Barselona”nın yeni transferi komanda yoldaşı Jonun fərqlənməsinə kömək edib.

Beləliklə, 1 qol və 1 ötürmənin müəllifi olan Neymar gecənin ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, turnirin açılış matçında Yaponiya ilə görüşdə komandasının ilk qoluna imza atan Neymar həmin oyunun da qəhrəmanı olmuşdu.


mənbə: publika.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: İdman Oxunub: 1871 Tarix: 24.06.2013



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
eliw344
eliw344 25.06.2013
barselona neymar messi bu qeder {twk}


 
DarknesS
DarknesS 24.06.2013
Barcelona oyuncusu bele olmalidi ;)


 
Zaurtruth
Zaurtruth 24.06.2013
Mence Layiqdi
Əsgərdi

 
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər