Nazirin sifətinə tort və ketçup çırpdılar (Video)

Nazirin sifətinə tort və ketçup çırpdılar (Video)Belçikada inteqrasiya və miqrasiya məsələləri üzrə dövlət naziri hücuma məruz qalıb.Belçikada inteqrasiya və miqrasiya məsələləri üzrə dövlət naziri Maqqi de Blokun üzünə tort çırpıblar. Hadisə paytaxt Brüsseldə, nazir de Blok "Yoxsulluq-2013" adlı tədbirə gedərkən baş verib. Baş vermiş hadisə videoya çəkilərək internetdə yerləşdirilib və dünyanın ən çox izlənən video-çarxlarından biri olub. Videoda "Miqrantlara qarşı faşistyönlü və qeyri-humanist siyasət güdən inteqrasiya və miqrasiya naziri Maqqi de Blokun sifətində tort partladı" yazılıb.

Qeyd edək ki, xanım nazir hadisənin şokundan çıxmamış ikinci aksiyaçı ketçup dolu boşqabı de Blokun başına çırpıb. Baş verənlərdən sonra aksiyaçı qadınlar hadisə yerindən qaçıb və onları tapmaq mümkün olmayıb.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2599   Tarix: 24 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740