Ali məktəblərin özəlləşdirilməsi təklif olunur (Video)

Ali məktəblərin özəlləşdirilməsi təklif olunur (Video)Təhsil ocaqları isə dövlət hesabına təhsil alan tələbələrin sayının artırılmasında maraqlıdır.Dövlət büdcəsinin yükünün azaldılması üçün ali məktəblərin özəlləşdirilməsi, ödənişli təhsilin genişləndirilməsi təklif olunur. Parlamentin Elm və Təhsil Komitəsinin üzvü Musa Qasımlı deyir ki, əgər bir sıra universitetlər özəlləşdirilsə, dövlət büdcəsinin yükü azalar, bununla həm də təhsildə keyfiyyət artar: "Onsuz da əhalinin müəyyən təbəqəsi məcburi köçkün ailələri, şəhid övladları valideynlərini itirmiş şəxslər qanunla təhsil hüququndan azad olunub. Odur ki, ödənişli təhsilin artırılması sosial narazılığa gətirib çıxarmayacaq".

TQDK-nin məlumatına görə, ötən il ali təhsil müəssisələrində tələbə yeri 34 min olub, 11 mini dövlət sifarişli yerlərdir, boş qalan yerləri nəzərə alsaq, pullu təhsil alanların ümumi sayı 21 minə yaxındır.

Texniki Universitetin rektoru Havar Məmmədov deyir ki, 3-4 il əvvəl ödənişli təhsil alan tələbələrlə dövlət hesabına oxuyanların sayı təxminən yarıbayarı idi. Son illər isə ödənişsiz təhsil yerləri azaldılıb. Amma rektor deyir ki, ali məktəblər dövlət hesabına təhsil alan tələbələrin sayının artırılmasında maraqlıdır, nəinki ödənişli təhsilin tətbiqinin genişləndirilməsində.

Qeyd edək ki, ali təhsilin ödənişli olması kimi təkliflər hələlik elm haqqında qanun layihəsində nəzərdə tutulmayıb.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1816   Tarix: 10 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740