Röyanın Bandotdelə çağırılması ilə bağlı xəbərlər yayıldı

Röyanın Bandotdelə çağırılması ilə bağlı xəbərlər yayıldıKənan Bayramov: "Bandotdel"ə çağırılmasına gəlincə isə..."Son günlər populyar müğənni Röyanın müxalifətə qoşulması və hakimiyyətin qəzəbinə tuş gəlməsi ilə bağlı xəbərlər gündəmdən düşmür. ANS PRESS-in məlumatına görə, ifaçının dövlət tədbirlərinə buraxılmaması xəbərinin ardınca Mədəniyyət və Turizm Nazirliyi qadağanı təkzib etsə də, "Bandotdelə" (DİN Mütəşəkkil Cinayətkatlığa Qarşı Mübarizə İdarəsi) çağrılmasına Daxili İşlər Nazirliyindən münasibət bildirilmədi.

Müğənninin prodüseri Kənan Bayramov yazılanları nəinki təkzib etdi, hətta nə baş verdiyini anlamadığını bildirdi:

"Mən başa düşə bilmirəm bu xəbərlər haradan çıxır? Kim yaradır bu xəbərləri? Röyanın müxalifətə qoşulmasından yazırlar. Çox gülməlidir, onu məndən yaxşı heç kim tanıya bilməz, Röya heç vaxt siyasətlə maraqlanmayıb. Ümumiyyətlə siyasətdən anlayışı yoxdur.

"Bandotdel"ə çağırılmasına gəlincə isə, xəbəri yazan dırnaqarası jurnalist bunu dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyinə zəng vurmalıydı. Peşəkar jurnalist dəqiqləşdirmədən heç nə yazmamalıdır. Mən indi durub jurnalist dərsi keçməli deyiləm ki, onlara.

"Röya hara gedirsə mən yanında oluram. Röya "Bandotdelə" çağırılmayıb. Çağırılmadığına görə də orada olmayıb. Çünki buna ehtiyac da yoxdur. Röya yaradıcılığı ilə məşğuldur. Mahnılarını yazdırır, kliplərini çəkdirir və toylarına gedir. Siyasətlə məşğul olmağa ən azından vaxt lazımdır", - Byramov əlavə edib.

Qeyd edək ki, Röyanın "Bandotdel"ə çağırılaraq mətbuatda Hüseyn Abdullayevlə işbirliyinə və dostluq münasibətlərinə son qoymasını tapşırıb. Saytın yazdığına görə, "Bandotdel" yetkililəri ona xatırladıblar ki, həyat yoldaşı Anarın "Gənclik" metrostansiyası yaxınlığında yerləşən "Topaz" bukmeker ofisində də cinayət faktları "tapıla bilər". Məhz bu xəbərdarlıqdan sonra Röya Ayxan Hüseyn Abdullayevlə bağlı hər hansı dəstək açıqlaması verdiyini təkzib edib.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2443   Tarix: 10 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aparıcı ilə xanəndə arasında qalmaqal

Əməkdar artist Nigar Şabanova ilə aparıcı Lətafət Ələkbərova arasında qalmaqal yaşanıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, bir neçə müddətdir fəaliyyətini MTV-də davam etdirən L.Ələkbərova "Lətafətin mətbəxi" proqramına xanəndəni qonaq çağırıb. O isə gələcəyini desə də, proqrama qatılmayıb

22.04.2024 2393
.

"Niyə bir-birimizi qırırıq?"

Müğənni Xatirə islamın Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbərinə reaksiyası diqqət çəkib. Axşam.az xəbər verir ki, müğənni paylaşımlardan birinə şərh yazaraq sənət adamlarına səslənib. "Vay, gözəl insan idi. Allah rəhmət eləsin. Ona görə də qırırıq bir-birimizi? Nəyi bölə bilmirik biz?"

20.04.2024 787
.

Toydan sonra alma sirkəsi ilə çimdiklərini açıqladı

Üçüncü dəfə ailə quran türkiyəli aparıcı Burcu Esmersoy nəzərə gəldiyini açıqlayıb. Axşam.az xəbər verir ki, bu səbəbdən aparıcı Nazım Akmandillə ailə qurduqdan sonra pis gözlərdən qorunmaq üçün sirkəli su ilə çimdiklərini etiraf edib. "Sirkəni çox sevirəm. Bəzən ərimin üstünə də tpkürəm. Toyda

21.04.2024 852
.

Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır

21.04.2024 485
.

"Düzgün yolda deyillər"

Xalq artisti Nazpəri Dostəliyeva açıqlamalarıyla diqqət çəkib. OLAY yazır ki, sənətçi "Tarixin bir günü" verilişində gənc müğənnilərdən danışıb və onların düzgün yolda olmadıqlarını deyib. "Əslində bir nəfərin fikri çox azdır. Akademiyada, İncəsənət Universitetində, Milli Konservatoriyad

20.04.2024 539
.

3 uşaq anası Aysel Teymurzadə gözəlliyi ilə HEYRAN ETDİ - YENİ FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, ifaçı yeni fotosunu instaqram hesabında yayımlayıb. Fotoda Aysel gözəlliyi ilə izləyicilərin diqqətini çəkib. Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə il

21.04.2024 7190
.

Qarabaşaq yarmasını bir də bu cür bişirin - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Bəzi insanlar qarabaşaq yarmasını bişirməzdən əvvəl isladır, bəziləri isə qızadır. xarici mətbuata istinadən xəbər verir ki, bunun qarabaşaq yarmasının formasını saxlamasına və dadını maksimum dərəcədə artırmasına kömək etdiyinə inanılır. Bundan əlavə qarabaşaq yarmasını islatdıqdan sonra bir qaşıq limo

20.04.2024 774
.

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı paylaşım etdi

Əməkdar artist Firuzə İbadova mərhum Əməkdar artist, duet ortağı Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam,az xəbər verir ki, müğənni həmkarının ad günündə lentə alınan fotosunu yayımlayaraq bu sözləri yazıb:. "Sənət dostum, əzizim 29 illik işimiz ölməyəcək, nə qədər ki, mən sağam. Bu gün ço

21.04.2024 882
.

Cavanşir Məmmədovun oxuduğu SONUNCU TOY - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov toyda çıxıış edərkən videosu yayılıb. bildirir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının birində toyda ifa edib. Həmin görüntünü təqdim edirik:

20.04.2024 5252