Hollivud aktrisası Obamanı zəhərləməkdə ittiham olunur (Video)

Hollivud aktrisası Obamanı zəhərləməkdə ittiham olunur (Video)Şenon Ges Riçardson 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.Şenon Ges Riçardson cümə günü Texas ştatında şübhəli şəxs qismində saxlanılıb. Hüquq-mühafizə orqanları ona qarşı dərhal cinayət işi açmayıb. Belə ki, dəhşət filmlərində epizodik rollarda çəkilən 35 yaşlı aktrisa ilkin ifadəsində prezidentə ritsinli məktubu göndərənin əslində onun həyat yoldaşı olduğunu deyib. Hamilə olan 5 uşaq anası sonradan məktubları özü göndərdiyini etiraf etsə də, məktub yazısının əri tərəfindən çap olunduğunu deyib.

Aktrisanın həyat yoldaşı deyilənləri təkzib edərək, arvadının hamilə ola-ola boşamağa çalışdığı üçün bununla ondan qisas aldığına eyham vurub. Yerli mətbuat mənbələri həqiqətən aktrisanın həyat yoldaşının bir həftə əvvəl boşanma üçün məhkəməyə müraciət etdiyini öyrənə bilib. Polis cütlüyün Bostondakı evlərində axtarışları davam etdirir. Ritsinli məktubların həqiqətən Riçardson tərəfindən göndərildiyi məhkəmədə sübuta yetirilərsə, aktrisa 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, aktrisa Holivudun məşhur qorxulu filmlərindən olan "Dirilmiş Ölülər" və "Vampir Gündəlikləri" adlı filmlərdə çəkilib.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1552   Tarix: 13 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740