"Dedim, mənə ayrı qız alacaqlar, gəl qaçaq" (Foto,Video)

Uşaqlıq illərinin xatirələrini ipə-sapa düzdükcə nələr yaşadı, onu bir Allah bildi, bir də biz. Qaçhaqaçda itirilən ata, şəhid əmioğlu, düşmən əlində qalan torpaq, Vətən həsrətinə dözməyib gözlərini əbədiyyətə qapayan ana nisgili, doğmaların qəbirləri...Bütün bunları danışdıqca gözləri dolub-boşalan sənətçini dinlədikcə indi anladım; demək səsdəki yanğının səbəbi varmış. Layihəmizin qonağı sevilən müğənni Manaf Ağayevdir.

"Anam hirslənirdi ki, səsin batsın, qulağımız batdı"

"Mən Füzulinin Şıxlı kəndində anadan olmuşam. Atamın yaxın dostu Manaf həkim atama deyib ki, gəl atanın atasının adını bu uşağa qoy. Atam da qayıdıb ki, yox, sən mənim ən yaxın dostumsan, elə sənin adını qoyacağam. Beləcə adımı Manaf qoyublar.
Çox ziyalı bir ailənin övladı olmuşam; atam şəxsiyyətli, imkanlı bir kişi, anam isə evdar xanım olub. 8 uşaq olmuşuq-4 bacı, dörd qardaş. Orta məktəbin 2-3-cü sinfindən artıq məktəbdə məni səsli bir uşaq kimi tanyırdılar. Evdə gah o ağacın başında oxuyurdum, gah bu ağacın. Anam da hirslənirdi ki, düş aşağı, səsin batsın, qulağımız batdı. Nəğmə dərslərində, orta məktəbin bütün tədbirlərində yalnız mən oxuyardım".

Rayonda ən bərkgedən müğənni…

"Valideynlərim istəyirdi ki, həkim, ya polis olum. Amma onu da bilirdilər ki, müğənni olacağam, çünki səkkiz uşağın səkkizinin də səsi vardı. Məndən böyüklər artıq toy şənliklərinə gedirdilər. Qardaşım mənə nağara çalmağı da öyrətmişdi. Nağaradan oxumağa keçmək daha asan idi, çünki ritmi bilməliydin. Üç-dörd il toylara nağara ifaçısı kimi getdim. 9-cu sinifdə artıq məni toya aparmağa başladılar. 1981-ci ildə artıq onuncu sinfi bitirdim və mütəmadi toylara getməyə başladım. Rayonda ən bərkgedən müğənni mən idim. Onda da əsgəri xidmətə getdim. Qaydıdandan ta bugünə kimi səhnədəyəm. Onu da deyim ki, özüm-özümə cığır açmışam, böyük qardaşımdan başqa mənə dəstək olan olmayıb. O, mənə musiqinin incəliklərini öyrədib".

İlk qazanc - 6 manat pul

"1988-ci ildə İncəsənət İnstitutuna qəbul olundum. Orda təhsil aldığım müddətdə məni Bakı və bölgələrin el şənliklərinə dəvət edirdilər.
Kəndimizdə ilk dəfə toyda altı manat pul veriblər mənə. O vaxt maşın çox deyildi. Maşında da mənə getməyə yer olmadı, dedilər çantanı da götür gələrsən. Onda da nağara çalırdım. Kəndin o başından sevincək yüyürə-yüyürə gəldim ki, bəs toya gedirəm. Səhərəcən çaldım. Zurnaçalan Əbdül kişi mənə altı manat verdi. 1976-cı il idi. Anamgil o pulu almadılar, qatlayıb qoydum cibimə və kişiləndim ki, artıq mən də pul qazanıram".

"Rancel" kastyum, "belgiyski" plaş, "knopkalı" cins köynək

"Çox nadinc uşaq olmuşam. Yaxşı geyinməyi çox sevirdim. Ən təzə dəb çıxan bütün geyimləri birinci mən geyinirdim. Uşaq şəkillərimə baxanda da görəcəksiniz. O vaxt "rancel" kastyumlar təzə-təzə çıxırdı, rusun puluyla 300 manat verib onu almışdım. "Belgiyski" plaş vardı, 21 yaşımda o plaşdan tay-tuşlarım arasında yalnız məndə vardı. O vaxtlar da xaricə çıxış yox idi. Belə geyimlər defisit olurdu, alverçidən alardıq. İmkanım vardı, baxmayaraq ki, imkanlı bir kişinin oğluydum, geyimlərimi öz puluma alırdım. Qazanırdım axı toylardan. Ola bilərdi səliqəsiz geyinim. Amma ən bahalı geyimləri geyinirdim. Cins köynəklər vardı, "knopka"lı. Hər oğlan onu alıb geyinə bilməzdi, amma mən geyinərdim".

Toyda düşən dava

"O vaxtlar davasız toy olmazdı. Toyda dava salardılar, bunun da öz ləzzəti olardı. Adətən sevdiyi qızı görüb kişilənərdilər, ya özlərini göstərərdilər-belə şeylərə görə. Biri deyirdi hava mənimdir, o birisi deyirdi, yox hava mənimdir. Özləri bir-birini qırırdılar, axırda toydan güclə çıxarardılar.

O vaxtlar rayon yerində musiqiçilərə böyük hörmət vardı. Qardaşım çox məşhur idi. Yadımdadır ki, qız qaçıran ailələr, davaya düşən insanlar qardaşımı aparardılar barışığa. Qardaşım hansı evə getsə, ona yox sözü deyilməzdi, kəndin xeyir-şərin aparan sayılan bir insan kimi ona hörmət olunurdu. O dövr başqa bir dövr idi, indi heyf ki, bu ənənələr unudulub".

"Yası qorxa-qorxa verdik"

"Həyatımın ağrılı xatirələri çox olub. 1993-cü ildə köçkünlük düşəndə qaçhaqaçda atamı itirdim. Qonşu kənddə dünyasını dəyişdi. Yası qorxa-qorxa verdik, çünki ermənilər hər an kəndi top-tüfənglə dağıda bilərdi. Elə üçü verib qurtarmışdıq ki, atışma başladı.
Gəldik bura, dözə bilmədi, anamı itirdik. İlk şəhidi biz verdik, əmim oğlu şəhid oldu. Bir gün Bakıda qalırdıq, hələ tam köçkünlük başlamamışdı. Anam kəndimizdə qalırdı. Qızım balaca idi, götürdüm ki, gedək nənənlə görüşək gələk. Elə oturub çay içirdik ki, gördük ermənilər top-tüfəngi yağdırırlar. Onda da evə yox, padvallara doluşurduq. Ara qarışdı, mən balamı, anam isə məni haraylayırdı. Mən onda başa düşdüm ki, hər kəsin balası özünə şirindir. O epizod ölənə qədər yadımdan çıxmayacaq".

Kənd mağazası, görüş yeri

"Kəndimizdə bir mağaza vardı, sevənlər-sevilənlər, dostlar, tanışlar o mağazanın ətrafına yığışardıq. O yerdən ötrü darıxıram. Amma ən əsas atamın qəbri üçün burnumun ucu göynəyir. Bütün qohum-əqrəba, atamın qəbri indi orada qalıb".

"Leyli-Məcnun bizim yanımızda əfsanə olub"

"Qızların da diqqəti məndə idi, mağarın arxasından baxırdılar, "zapiska" göndərirdilər. Amma mən məhəl qoymazdım. Çünki sevdiyim qız vardı. İlk və son sevgim həyat yoldaşım olub. Orta məktəbdə bir yerdə oxumuşuq, Leyli-Məcnun bizim yanımızda əfsanə olub. Üçüncü sinifdən bu sevginin təməli qoyulub. Təbaşirlə yola yazırdım-mən səni sevirəm. Təzə-təzə sevəndə utanırdım, ümumiyyətlə mən o qızdan başqa heç kimdən utanmamışam".

"Qızla parolla danışırdıq, toyxanaya girən kimi…"

"O vaxt məktəbdə növbətçilər olurdu. Dururdu qapının ağzında gecikənləri qoymurdu. Mən də qızı orada görəndə utandığımdan gəlib oradan keçmirdim. O vaxt ya velosipedlə gəlib məhlədən keçib özünü qıza göstərirdin, ya da atla-eşşəklə. Mənim də yaxşı atım vardı. Gəlib evlərinin yanından yel kimi keçirdim və deyirdim ki, atın kişnərtisinə bu yola çıxacaq, mən də onu görəcəyəm. Toya gəlirdi, mağara girən kimi bizim parolumuz vardı, oxuyurdum: Əzizim Ruhiyyə, bir mənə zəng elə, az incit qəlbimi, bir mənə zəng elə... Bütün toy duyuq düşürdü ki, hə, Manafın istədiyi qız mağardadır. Adətən küsülü olanda bu mahnını oxuyurdum ki, mənə zəng eləsin. O vaxt ev telefonları ilə danışırdıq, mobil telefonlar hələ çıxmamışdı".

"Atam dedi ki, kişi deyilsən məni bir də o qapıya yollasan"

"Mənim o vaxtlar qızı sevdiyimi hər kəs bilirdi. Qızı Bakıya aparıram, Bakıdan gətirirəm…Vaxt gəldi, məsləhət gördülər ki, daha ayıbdır, böyümüsünüz, qıza elçi göndərib nişan qoymaq lazımdır. Gəldim evə anamgil bir gün elçi getdi, ağızlarını aramağa. Sonra atamgil elçi getdi. Mən də evdə uzanıb kişilənib qızla telefonla danışırdım. İndi qızdan hə cavabı eşitməyimi gözləyirəm ki, desin ki, artıq razılıq verildi. Bu məqamda anam içəri girdi ki, bəs bala söz-söhbət düşdü, atanın heç bir günahı yoxdur. Dava da nə üstə düşüb, bəs deyiblər ki, hələ bir-iki dəfə də elçi gəlin. Atam da sayılan-seçilən kişi, qabaqcadan da demişik ki, bəs qadınlar gedib ağızlarını arayıb, kişiləri gözləyirlər. Atam gəldi ki, bəs oğul demirəm ki, o qızı alma, yazıqdır, atası-qardaşı yoxdur, amma kişi deyilsən məni bir də o qapıya yollasan. Üstəlik qayıtdı ki, kişisən özün hərəkət elə, məni o qapıya yollasan oğlum deyilsən".

"Dedim mənə ayrı qız alacaqlar, gəl qaçaq"

"Gecə durdum getdim kəndə. Təsəvvür elə, qızı piyada qaçırmaq istəyirəm. Bacıları töküldü üstümə ki, qoymarıq. Dedim onu çağırın sizin yanınızda bir kəlmə söz soruşacağam. Gəldi, dedim ki, bəs atam söyüş qoyub, bir də bu qapıya gəlməyəcək, başqa qız alacaqlar mənə, gedirsən gedək, getmirsənsə məndən əlini üz. Hara buraxır məni, qayıtdı ki, indi imkan yoxdur, səhər işə gedəndə qaçaram səninlə. Gecəni gözümə yuxu getmədi, səhəri kəndin ayağında gördüm məni gözləyir. Maraqlı burasıdır ki, o qədər dostun heç biri yaxın gəlmədi. Bir taksi şoferi vardı, mindirdim qızı, hətta bacım da qorxusundan bizimlə getmədi".

"Anası dedi ki, tfu sənin sifətinə, bizi bir qara gədəyə satdın"

"Gəldim qızgilin döngəsindən keçəndə bu başladı ağlamağa. Nə isə qızı qoydum qardaşımgilə, getdim toy oxumağa. Evə gələndə bir onda xəbər çıxdı ki, qız evi əlində yaba, balta gəlirlər. Mənə dedilər sən gözə görünmə. Kənddə lobyalıq vardı, özümü verdim ora. Oradan baxıram ki, dava düşsə, irəli durum, düşməsə yox. Bir az dava-şava saldılar. Axırda ağbirçək anası qardaşıma dedi ki, o qızı versəniz də aparmaram, amma gətirin ona bir söz deyəcəyəm. Qız gəldi, anası dedi ki, tfu sənin sifətinə, verdiyim süd burnundan gəlsin, sən ki, bizi bir qara gədəyə

satdın. Toy etdik, heç bunlara da demədik. Bir onda gördük ki, yığışıb gəldilər xonçalı-zadlı. Heç oğlan evinə oynamaqda macal da vermədilər. Bu gün də qayınanam yaşayır, 90 yaşı var, 8 yeznəsinin içində mənim başıma and içir".

"Qaçqınlıqda yalnız o məktubları götürüb çıxdım"

"Yoldaşım deyir ki, mən səni sevəndə sən heç kim idin. Amma indi tanınmış adamı sevməyə nə var ki. İndi də xoşbəxtəm. Mən əsgərlikdə olanda onun yazdığı məktubları indi də saxlayıram. O da mənim ona yazdığım məktubları elə saxlayır. O vaxtın məktublarının arası qızılgüllə, ürək şəkilləri ilə bəzənərdi. Qaçqınlıq düşəndə mən evimizdən yalnız o məktubları götürüb çıxdım".

mənbə: publika.az

"Dedim, mənə ayrı qız alacaqlar, gəl qaçaq" (Foto,Video)"Dedim, mənə ayrı qız alacaqlar, gəl qaçaq" (Foto,Video)"Dedim, mənə ayrı qız alacaqlar, gəl qaçaq" (Foto,Video)"Dedim, mənə ayrı qız alacaqlar, gəl qaçaq" (Foto,Video)"Dedim, mənə ayrı qız alacaqlar, gəl qaçaq" (Foto,Video)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9756   Tarix: 06 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanlı müğənnilər nişanlandı

Müğənnilər Sura İskəndərli və Lil Orxan nişanlanıb. OLAY-ın məlumatına görə, cütlüyün nişan mərasimi bu gün baş tutub. Sura və Orxanın görüntülərini təqdim edirik:. Qeyd edək ki, 2018-ci ildə fəaliyyətə başlayan İskəndərli "Ee daha daha nasılsınız" mahnısı ilə daha da populyarlıq qazanıb. Onu

22.04.2024 1224
.

Bu gün Mələkxanım Eyubovanın qızının toyudur

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın evində toydur. Axşam.az-ın məlumatına görə, xanəndənin qızı Nəzrin müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bi

22.04.2024 839
.

Mələkxanım Eyubovanın qızının toyundan - Video

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. Axşam.az xəbər verir ki, xanəndənin övladı müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində qeyd olunur. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bir müddət əvvə

22.04.2024 1135
.

Faiq Ağayev Aygün Kazımova ilə sevgili olub?

Xalq artisti Faiq Ağayev həmkarı Xalq artisti Aygün Kazımova ilə münasibətlərindən söz açıb. bizim.media-ya istinadən bildirir ki, sənətçi bu haqda qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. Proqramın aparıcısı Zaur Nəbioğlunun "Faiq Ağayev Aygün Kazımova ilə sevgili olub?"

18:30 0
.

Lalədən qalmaqal yaşadığı Cavanşir Məmmədovla bağlı paylaşım

Aparıcı Lalə Azərtaş qalmaqal yaşadığı mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. OLAY yazır ki, o, instaqramın hekayə bölməsində müğənninin ölüm xəbərini paylaşaraq "Allah rəhmət etsin", - deyə, bildirib. Qeyd edək ki, bir müddət öncə C. Məmmədovla Azərtaş arasında gərgi

20.04.2024 2212
.

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Xəzər Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş 1970-ci il təvəllüdlü Radifə Əliyevaya hökm oxunub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Masallı sakini Sabit Ağayev bildirib ki, qohumu Radifə Əliyeva "Space" TV-də Amil Xəlilin aparıcılıq etdiyi verilişd

22.04.2024 963
.

Aparıcı Tolik: "Axşam mənim verilişimdə idi"

"Mərhumun həyat yoldaşı Xalidə xanımla danışdım, deyir, gecə saat birdə rəhmətə gedib. O radələrdə xırıldayıb və dünyadan köçüb". Bunu -a açıqlamasında aparıcı Tarix Əliyev (Tolik) deyib. O bildirib ki, Əməkdar artist Cavanşir Məmmədov axşam onun verilişində olub:. "Mənim verilişimdə idi

20.04.2024 2472
.

"Molla Quranı göstərib deyir ki, sənin növbəndir"

Əməkdar artist Yusif Mustafayev ölüm xəbərinin yayılmasından danışıb. Axşam.az xəbər verir ki, ki, müğənni "Elgizlə izlə" proqramına zəng edərək bunları deyib:. "Kimə nə etmişəm? Bir dəfə demişəm ki, atam uzunömürlü olub, mən də çox yaşayacağam. Kim bilir, bəlkə sabah öldüm. Bir moll

22.04.2024 585
.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

11:21 870