Bu gün Bakıda beynəlxalq neft-qaz sərgisi başlayır

Bu gün Bakıda beynəlxalq neft-qaz sərgisi başlayırSərginin təntənəli açılış mərasimində prezident İlham Əliyevin də iştirakı gözlənilir.İyunun 4-7-də "Baku Expo Center"də Xəzəryanı regionunun neft-qaz sahəsində ən böyük tədbir olan və fəaliyyətinin 20 illik yubileyini qeyd edən Beynəlxalq «Xəzər neft və qaz, neftayırma və neft kimyası» («Caspian Oil & Gas») sərgi-konfransı keçiriləcək. ANS PRESS-in sərginin təşkilatçısı "İteca Caspian" şirkətinə istinadən verdiyi məlumata görə, bununla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, ilk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində keçirilib.

Keçirildiyi illər ərzində sərgidə 70-dən çox ölkədən 5 600 şirkət iştirak edib. Sərginin təzə meydançada - Bakı Sərgi Mərkəzində keçirilməsi isə onun inkişafına yeni təkan verərək sərgi tarixində mühüm hadisəyə çevrilib.

Sərginin təntənəli açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir ki, təşkilatçıların sözlərinə görə, bu da tədbirin yüksək statusunu bir daha təsdiqləyir. Ənənəvi olaraq bu il də sərgi və konfransda yüksək səviyyəli qonaqların iştirakı gözlənilir. "Xəzər neft və qaz-2013" sərgi və konfransının VIP qonaqları arasında Gürcüstanın energetika naziri Kaxa Kaladze, Azərbaycanla ticarətin inkişafı üzrə Böyük Britaniya baş nazirinin xüsusi diplomatik elçisi Çarlz Hendri, İsveç Ticarət Nazirliyinin dövlət katibi Qyunnar Oom, Energetika Xartiyasının baş katibi Urban Rusnak, Türkmənistanın neft-qaz sənayesi və təbii ehtiyatlar nazirinin müavini Annageldi Mammetyazov və digər şəxslər var.

Yubiley sərgisi neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi ilə məşğul olan, habelə servis xidmətləri göstərən 28 ölkədən 386 şirkəti bir araya gətirir. Sərgi Mərkəzin 3 pavilyonunda, eləcə də komplekslə yanaşı açıq meydançada keçiriləcək. Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya kimi 5 ölkə sərgidə öz milli qrupları ilə təmsil olunacaq. Ötən il ilə müqayisədə sərgi meydançalarının həcmi 22%, eksponentlərin ümumi sayı isə 25% artıb. Daha öncə Azərbaycan bazarında fəaliyyət göstərməyən və ümumi iştirakçıların 20%-ni təşkil edən yeni şirkətlər isə sərgiyə marağın azalmadığına sübutdur. Sərgiyə qatılan yerli şirkətlərin sayı iştirakçıların ümumi sayının 30%-ni təşkil edir. Sərgiyə rekord sayda – 20 şirkət sponsorluq edir.

"Xəzər neft və qaz-2013" sərgisinin baş sponsoru Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), qızıl sponsorları isə "BP-Azerbaijan" və "Statoil" şirkətləridir.

Bu il iyunun 5-də öz işinə başlayan ənənəvi konfrans ilk dəfə olaraq "Jumeirah Bilgah Beach Hotel" mehmanxanasında keçiriləcək. Konfransın əsas mövzuları arasında "Avrasiya üçün enerji təchizatının və enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu", "Hasilatın artırılması və diversifikasiyası sahəsində beynəlxalq əməkdaşlıq" və s. mövzular var.

Qeyd edək ki, 600 nümayəndə heyətinin qatılacağı konfransda 50-dən çox məruzəçi çıxış edəcək. Konfransın proqramına ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia, Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə elçisi Çarlz Hendri, Türkmənistanın neft-qaz sənayesi və təbii ehtiyatlar nazirinin müavini Annageldi Mammetyazov, İran Neft Nazirliyinin Avropa, Amerika və Xəzər dənizi ölkələri üzrə şöbəsinin baş direktoru Huseyn Esmaili Şahmirzadə və Estoniyada yerləşən Müdafiə Tədqiqatları Beynəlxalq Mərkəzinin direktoru Metyu Brayzanın çıxışları daxil edilib.

Sərgi çərçivəsində BP şirkəti və onun "Azəri-Çıraq-Günəşli" (AÇQ), Bakı-Tbilisi-Ceyhan (BTC), "Şahdəniz» və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələri üzrə tərəfdaşları "Alıcılarla tanış olun" (Meet the Buyer) şüarı altında tədbir keçirəcək. Bu tədbirdə istismar təminatı, mühəndis-texniki işlər, tikinti, maddi-texniki təchizat, tullantıların toplanması və utilizasiyasının təşkili, habelə müxtəlif işgüzar xidmətlərin göstərilməsi sahələrində ixtisaslaşmış 90-a yaxın yerli şirkət iştirak edəcək.

Sərgi-konfransın təşkilatçıları qismində Britaniyanın "ITE Group plc." və onun tərəfdaşı "Iteca Caspian" şirkətləri çıxış edir.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1560   Tarix: 04 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 0
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 132
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 0
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

25.04.2024 124
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 0
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25.04.2024 467
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

25.04.2024 341
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 354
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 111