Onun incə, zərif gözəlliyi var - Emin (Fotolar)

"Bəzən insanlar xarici görünüşləri ilə o qədər şeylər edirlər ki, artıq özləri olmurlar"

Bu yaxınlarda Moskvada "Amor" mahnısına çəkdirdiyi klipinin təqdimatını keçirən Emin Ağalarov Rusiya mətbuatına müsahibə verib. Klipinin baş qəhrəmanı, "Dünya gözəli" Oliviya Kulpo ilə birgə verdiyi müsahibəsində Ağalarov əməkdaşlıqlarından, musiqidən və gözəllikdən danışıblar...

Ətraflı danışın, tamaşaçılar klipdən nə gözləsinlər?

Oliviya: Amorun əsas ideyası, əlbəttə sevgidir. Bu video qız haqqındadır, elə biri ki, hər zaman əlçatmazdır və daim onun izindəsən.

Emin: Klip boyu mən Los-Ancelesin qaranlıq küçələrində o yeganə, sirli naməlumu axtarıram. Yeri gəlmişkən, videonun sonuna qədər tamaşaçı onu görmür, yalnız əksini.

Bəs birlikdə mahnı yazmaq ideyası ağlınıza gəlməyib? Oliviya sizin axı çox gözəl musiqi təhsiliniz var!

Emin: Biz artıq yazdırmışıq. Bilirsiniz, hər şey çox sürətlə keçib gedir. Biz videonu iki həftə əvvəl çəkmişik, bir həftə əvvəl mahnını yazdıq və budur biz Moskvadayıq, klipi təqdim edirik. Bizim daha sonra nə edəcəyimiz düşünmək üçün kifayət qədər vaxtımız yoxdur.

Oliviya: Bu mənim ilk təcrübəm oldu. Və o (red- Emini göstərərək) bu imkanı mənə bəxş etdi. Klip çəkilişi zamanı mən bütün vaxtı oxuyurdum. Düşündüm ki, buna görə məni töhmətləndirəcəklər, çünki kifayət qədər ucadan səsləndirirdim. Nəticədə isə biz qərara gəldik ki, birgə trek yazdıraq.

Emin: Bəli, mən xoşbəxt idim ki, Dünya gözəli mənimlə oxuya bilər. Məlum oldu ki, o, klassik musiqi təhsili olan möhtəşəm ifaçıdır. Oliviya studiyaya daxil oldu və on dəqiqəyə mahnını oxudu. Mənim özümə daha çox vaxt lazım oldu.

Özünüz hansı mahnını bəyənirsiniz? Musiqi zövqlərinizdə kəsişmələr var?

Bu zaman Emin və Oliviya bir çox ifaçıların adlarını sadalayırlar – Enrike İqlesias, Maroon 5, Adel...lakin Eminin sevimli müğənnisi Şadedə büdrəyirlər

Oliviya: Mən onu tanımıram...

Emin: (gülür) Başa düşürsünüz, Oliviya 1990-cı ildə doğulub. Onun hələ kəşf edəcəyi çox şeylər var.

Oliviya: Deməzdim. Mənim çox sayda yaşlı müğənni xoşuma gəlir..Bill Coel, The Bitlz, Ceymz Teylor...

Emin: Və biz hər ikimiz Elvisi sevirik!

Oliviya: Elvisi kim sevmir ki?!

Oliviya adi günlərdə necə geyinməyə üstünlük verirsiniz? Müxtəlif tədbirlərdə qırmızı xalıda siz hər zaman "parad əhval ruhiyyəsindəsiniz"...

Oliviya: Yeri gəlmişkən Emin də. Elə deyil?

Emin: (gülür) Bəli, bəli, mən həmişə dodaq boyasından istifadə edirəm.

Oliviya: Bax mən də. Lakin tədbirlər üçün belə çalışıram ki, makiyajı maksimum təbii edim. Mən "az-həmişə yaxşıdır" prinsipinə sadiqəm. Lakin bu prinsipin geyimə aidiyyatı yoxdur. Ümumiyyətlə mən "parad əhavalında" olmağı sevirəm, qızın gözəlliyi bundadır. Bundan başqa, bu, mənim işimin bir hissəsidir, bundan zövq alıram.

Bəs klipdə biz sizi necə görəcəyik?

Oliviya: Maksimum təbii. Bilirsiniz, Emin bəzənirdi, mən isə çəkilişləri gözləyərək sadəcə gəzişirdim.

Emin: (gülür) Bəli, Oliviya çox təbii görünür, sanki üzündə heç bir kosmetika yoxdur. Bir şey də var, Oliviyanın görünüşü. Onun çox incə, zərif gözəlliyi var. Kövrək də demək olar.

Söhbət gözəllikdən düşmüşkən, siz onu necə təsvir edərdiz? Bir qızı gözəl edən şey nədir?

Oliviya: Əlbəttə, gözəllik sadəcə zahiri deyil. Bu, səni əhatə edən aləmlə münasibətin, başqa insanların sənin yanında özlərini necə hiss etməsi, sənin onlara necə təsir etməyindədir. Bəlkə bu pafoslu səslənir, amma həqiqətdir. Sənin dünyanın ən xoşagəlimli qızı ola bilərsən, lakin sənin təbəssümün yoxdursa, əgər sən istilik saçmırsansa, gözəl ola bilməyəcəksən, insanların qəlbinə toxuna bilməzsən.

Emin: Və özün olaraq qalmaq.

Oliviya: Bəli, bu vacibdir.

Emin: Bəzən insanlar öz xarici görünüşləri, şəxsiyyətləri ilə o qədər şeylər edirlər ki, özləri olmurlar artıq.

mənbə: axsam.az

Onun incə, zərif gözəlliyi var - Emin (Fotolar)Onun incə, zərif gözəlliyi var - Emin (Fotolar)Onun incə, zərif gözəlliyi var - Emin (Fotolar)Onun incə, zərif gözəlliyi var - Emin (Fotolar)Onun incə, zərif gözəlliyi var - Emin (Fotolar)Onun incə, zərif gözəlliyi var - Emin (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9524   Tarix: 02 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb. xəbər verir ki, pop star "Dünya yalnız səndən ibarət" adlı mahnısını dinləyicilərinə təqdim edib. Ağayeva sözügedən mahnı üçün həmçinin kamera qarşısına keçib. Qırmızılara bürünən eşq qadını yeni mahnısı üçün klip də lentə aldırıb

26.03.2024 375
.

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - Foto

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə aktrisa Binnur Kaya vida edəcək. O, layihədə "Nükhet" obrazına həyat verir. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

24.03.2024 584
.

Özündən 23 yaş böyük xanımından danışdı

Yeni çəkiləcək "Ceyms Bond" filmi ilə gündəmə gələn aktyor Aaron Teylor-Conson özündən 23 yaş böyük qadınla evlənmə səbəbini açıqlayıb. OLAY yazır ki, 33 yaşlı aktyor yaşıdlarından tez böyüdüyünü dilə gətirərək bu addımı atdığını deyib:. "Çox insanın 20 yaşlarında etdiyini mən 13 yaşınd

24.03.2024 342
.

"Klon"un aktyoru oğlu ilə - FOTO

"Klon" serialının məşhur qəhrəmanları Giovanna Antonelli və Murilo Benisionun övladının fotosu yayılıb. Axşam.az xəbər verir ki, ekran işi bitdikdən sonra ailə quran aktyorların övladı Pietro 2005-ci ildə dünyaya gəlib. Pietronun fotosunu Murilo sosial şəbəkədə nümayiş etdirib. Aktyor kadr

27.03.2024 2603
.

Zaur Baxşəliyevdən arxasınca danışan şəxsə sərt cavab: "Onun telefonunu mən almışam" - VİDEO

"Ona aldığım telefonla sosial şəbəkələrdə canlı açıb dalımca danışır". Bu sözləri ATV-də yayımlanan "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev bildirib. O qeyd edib ki, yardım etdiyi şəxslər onun arxasınca danışırlar:. "Onun telefonunu mən almışam. Bahalı da bir telefo

28.03.2024 653
.

Afra Saraçoğlu və Mert Ramazan Demir birlikdə yaşayacaq

Aktrisa Afra Saraçoğlu və aktyor Mert Ramazan Demir birlikdə yaşamağa qərar veriblər. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Onlar artıq yeni evə köçüblər

26.03.2024 758
.

Aygün Kazımovanın qızının YENİ FOTOSU YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, o sosial mediada yeni fotosunu yayımlayıb. Foto marağa səbəb olub. İlqarə görünüşü ilə izləyicilərini heyran edib. Fotoya çox sayda tərif gəlib. Həmin paylaşımı təqdim edirik:

24.03.2024 5747
.

"Reytinqə görə verilişlər korlandı"

Müğənni Elnarə Xəlilova Əməkdar artist Elnarə Abdullayevanın sözlərinə dəstək olub. Axşam.az xəbər verir ki, ifaçı sğnət adamlarına səsləni:. "Reytinq adı altında verilişlərimiz korlandı. Musiqimizi bərbad hala saldılar. Artıq dur deməyin vaxtıdır. Sənəti bilənlər, Azərbaycan musiqisinin qeydin

26.03.2024 682
.

Aparıcı "Niva" ilə Bakıdan Çinə gedir

Aparıcı Fərid Rəsul maraqlı bir addım atıb. Axşam.az xəbər verir ki, "Yenə adi günlərdən biri" adlı layihə edən Fərid "Niva" markalı maşınla Bakıdan Çinə yola düşüb. Fərid bundan əvvəl Avropadan İran vasitəsi ilə Çinə getməyi plnlaşdırıb. Amma İran sərhəddində onu buraxmadıqları üçü

25.03.2024 827