Bu gün orta məktəblər üzrə ilk buraxılış imtahanları keçirilir
Saat 10.00-da IX sinif şagirdləri, saat 15.00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2013-cü il üçün ilk mərkəzləşmiş buraxılış imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, IX və XI siniflər üçün ilk buraxılış imtahanı Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda keçiriləcək. Eyni gündə Lənkəran, Gəncə, Quba, Qusar, Balakən, Xaçmaz, Zaqatala, Mingəçevir rayonlarının rus bölməsi şagirdləri də buraxılış imtahan verəcəklər.
Saat 10.00-da IX sinif şagirdləri, saat 15.00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.
Orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda ümumilikdə 79 imtahan mərkəzi ayrılıb. İmtahan Bakıda 66, Sumqayıtda 7, Abşeronda isə 6 binada aparılacaq. Həmin gün Bakı şəhərində 32479, Sumqayıtda 4390, Abşeron rayonunda isə 2924 nəfər şagirdin imtahanda iştirakı nəzərdə tutulur. İmtahanın idarə edilməsi üçün 333 imtahan rəhbəri, 3353 nəzarətçi-müəllim ayrılıb.
Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda ümumilikdə 79 imtahan mərkəzi ayrılıb. İmtahan Bakı şəhərində 66, Sumqayıtda 7, Abşeron rayonunda isə 6 binada aparılacaq. Həmin gün Bakı şəhərində 23145, Sumqayıt şəhərində 3369, Abşeron rayonunda isə 1665 nəfər şagirdin imtahanda iştirakı nəzərdə tutulur. İmtahanın idarə edilməsi üçün 333 imtahan rəhbəri, 2488 nəzarətçi-müəllim ayrılıb.
Lənkəran, Gəncə, Quba, Qusar, Balakən, Xaçmaz, Zaqatala və Mingəçevir rayonlarının rus bölməsi şagirdlərinin buraxılış imtahanları üçün adı çəkilən şəhərlərin hər birində 1 imtahan mərkəzi yaradılıb. Həmin şəhərlərin orta ümumtəhsil müəssisələrinin rus bölməsi üzrə buraxılış sinfində təhsil alan 1727 nəfər IX sinif şagirdi, 1472 nəfər isə XI sinif şagirdi imtahan verəcək.
Buraxılış imtahanı Ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və Riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.
İmtahanın nəticələri isə bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.
Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul ayının 8-də buraxılış imtahanı verəcəklər.
mənbə: anspress.com
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2544 Tarix: 02 iyun 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEtibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
Təcrübədə etibarnamə əsasında avtomobili bir neçə şəxsin idarə etməsi halları geniş yayılıb. Bundan başqa, nəqliyyat vasitəsinin alqı-satqısının da etibarnamə əsasında aparılması az deyil. "Qafqazinfo" xəbər verir ki, son illər hətta qəza törətmiş sürücülərin növbəti ildə yüksək məbləğdə sığort
13:05 295 Aybəniz Haşımovaya nə olub?
Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. O, iynə vurdurduğu yerdə görüntülərini paylaşıb. A.Haşımova paylaşımına "İnşallah, tez bitər" şərhini yazıb
16:25 247 Bakıda 78 nəfər XII sinfi bitirir
2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 50 219, XI siniflərini 37 22, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 78 nəfər bitirir. Axşam.az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb
14:43 217 Elbəy Ağayevin masterklassı böyük maraqla qarşılandı - VİDEO
İyunun 8-də tanınmış saç ustası Elbəy Ağayevin təşkilatçılığı ilə Bakıda masterklass keçirilib. Tədbirə Azərbaycanla yanaşı, Qazaxıstan, Rusiya, Türkiyə və Gürcüstandan gələn peşəkarlar da qatılıblar. Təşkilatçının sözlərinə görə, masterklassa ümumilikdə 331 nəfər iştirak edib. İştirakçı sayının çoxluğ
15:05 230 Paşinyan qalib gəldi, amma əsas mübarizə indi başlayır
Ermənistanda parlament seçkiləri başa çatıb. Seçki bülletenlərinin 100 faizi hesablanıb və Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyası 49,81 faiz səslə qalib gəlib. Yeni parlamentdə üç siyasi qüvvə təmsil olunacaq: "Vətəndaş Müqaviləsi", "Gücl
11:32 208 İlqar Məmmədovla Kamal Cəfərov dalaşdı: "Hələ də anlaya bilmir ki..."
Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən Kamal Cəfərovla Respublikaçı Alternativ Partiyasının (ReAL) sabiq sədri, siyasətçi İlqar Məmmədov arasında qarşıdurma yaranıb. "Yeni Sabah" xəbər verir ki, buna iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin nəticələr
20:15 59 Bərdədə ağır qəza - Hərbçi həlak oldu-Foto-Yenilənib
Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. "Qafqazinfo" xəbər verir ki, hadisə Borsunlu-Hindarx avtomobil yolunun Bərdə rayonunun Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan "Toyota Prius" markal
13:59 236 Almaniya və Fransa birgə qırıcı təyyarə layihəsini dayandırıblar
Almaniya və Fransa liderləri, Avropanın ən iddialı müdafiə proqramı ilə bağlı sənaye rəqabətinə görə, yeni nəsil qırıcı təyyarənin hazırlanması və istehsalı üzrə mühüm layihəni dayandırmaq barədə razılığa gəliblər. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merts və Fransa prezident
11:03 153 "Yarqunat"ın aparıcı ilə ailə qurdu
"Soyuq günəş" filmindəki Yarqunat rolu ilə məşhurlaşan aktrisa İranə Kərimovanın toyu olub. Axşam.az xəbər verir ki, İranə teatrşünas, "Mədəniyyət TV"nin aparıcısı Dağlar Yusif Əfəndi ilə ailə qurub. Məclis şəhər restoranlarından birində keçirilib. Toydan görüntülər sosial şəbəkəd
11:37 337