Normal qidalanma haqqında 8 qayda

Normal qidalanma haqqında 8 qaydaNormal qidanma qaydaları barədə yüzlərlə məsləhətlər verilir. Min illərin təcrübəsi göstərir ki, bizim mətbəximizdə işlədilən qidaların mütləq əksəriyyəti orqanizm üçün faydalıdır.

Əgər belə olmasaydı, təbii seçmə qanununa və təcrübəyə görə həmin qidaların əksəriyyəti gün-dəlik menyudan çoxdan çıxarılmış olardı. ümumiyyətlə, hansı qidanı yeyib-yeməmək nisbi anlayışdır. Bəzi xalqların imtina etdiyi qida növlərini, digər xalqlar yeyir, yaxud əksinə.

1.Bacardıqca çoxlu tərəvəz yeyin

Bu məsləhət ilk baxışda əksər adamlar tərəfindən qəbul edilir. Tərəvəzdə çoxlu vitaminlər var. Həzm prosesində tərəvəz köməkçi vasitədir. Tərəvəzin kaloriliyi azdır, ona görə asan həzm olunur, iştah gətirir, təzyiqi normallaşdırır. Bir amili nəzərə almaq vacibdir ki, mədə-bağırsaq sistemində pozuntu olan adamların çoxlu miqdarda tərəvəz yeməsi, problem yaradır. çoxlu tərəvəz yeyilməsi kəskin arıqlamaya səbəb ola bilər. Eyni növ tərəvəzin mütəmadi olaraq qəbul edilməsi, qanazlığına səbəb olur. Ən yaxşı qanyaradıcının heyvan mənşəli qidalar olduğu hamıya bəllidir.

2. Yağlı yeməklərdən imtina edin

Yağlı və piyli heyvan mənşəli qidaları menyunuzdan kənarlaşdırın (piyli ət, sosiska, kolbasa). Bu qidalar orqanizmdə xolesterinin miqdarını kəskin artırır, ürək-damar sisteminin fəaliyyətinə mane olur, qan təzyiqi yüksəlir, damarlar kirəcləşir. Digər tərəfdən, yağlı maddələrdən imtina etmək, A və E vitaminlərindən imtina demək olardı. A vitamini boy artımı, gözün görmə qabiliyyətinin normada olmasının əsas bazasıdır. E vitamini nəsl törədəndir və dərinin təravətini və gözəlliyini saxlayan əvəzedilməz maddədir.

Məsələ ondadır ki, A və E vitaminləri yağlarda həll olan vitaminlər qrupuna daxildir. Deməli, yağın iştirakı olmadan bədən onları qəbul edərək həzm edə bilməz. Bir də bədəndə yağ turşularının çatışmazlığı baş vrerəndə, adam özü də istəmədən şəkərə meylli olur. Nəticədə həddən artıq kökəlmə baş verir.

3.Bitki yağlarından istifadə faydalıdır

Bitki yağları ürək üçün faydalıdır. çünki bitki mənşəli yağlarda xolesterin olmur. Bitki yağları həddən artıq kökəlmənin qarşısını alır, gözün görmə qabiyyətinə müs-bət təsir edir və bədənin immunitetini artırır. Hər gün 20 qram heyvan mənşəli yağ yemək olar. çünki, bir çox vitamin və zülallar yalnız heyvan məşəli yağlarda olur.

4. Karbohidratlardan imtina edin

Karbohidratlar orqanizm üçün əsas enerji mənbəyi sayılır. Amma onun həddən artıq qəbul edilməsi piylənməyə səbəb ola bilər. Ona görə şəkər, un məhsulları və şirin yeməklərdən müm-kün qədər az istifadə etmək məsləhətdir.

5. Həftədə 3 yumurtadan artıq yeməyin

Yumurta qidalı yemək növü sayılır. Yumurta sarısında təzə ətdə olanın yarısı qədər xolesterin var. Həm də yumurtada xolesterini parçalayan lesitin maddəsi də vardır ki, həmin maddə xolesterini dağıda bilir. Yumurtanı gecələr yemək məsləhət görülmür. Yumurtadakı xolesterinin orqanizmə mənfi təsirini azaltmaq mümkündür. Ona görə də yumurtanın qızardılaraq, yağ və qatıqla yeyilməsi həzm prosesini asanlaşdırır. Ahıl, az hərəkətdə olan, allergiyaya meyyli insanların müm-kün qədər yumurta yeməmələri məsləhətdir.

Gənc, aktiv və idmanla məşğul olan adamların tez-tez yumurta yeməsi faydalıdır. çünki yumurtanın tərkibində insan orqanizmi üçün lazım olan zülallar, manqan, dəmir, mis, kalsium və kobalt vardır. Bundan başqa, yumurta qanazlığına qarşı effektiv vasitədir. Həm də sinir sisteminin fosforla qidalanmasının mənbəyi yumurta hesab edilir.

6. Dəniz məhsullarını istədiyiniz qədər yeyin

Dəniz məhsulları çox faydalıdır. Onların tərkibində yod, zülallar, A və D vitaminləri yetərincədir. Dəniz məsulları (balıqlar) qan damarlarında kirəcləşmənin qarşısını alır. Bu məhsullardan tez-tez istifadə edənlər gözlərinin görmə qabiliyyətindən və yaddaşdan nadir hallarda şikayətlənirlər.

7.Xörək duzu

Bu qidadan tamamilə imtina etməyin. Sadəcə duzdan istifadəni bacardıqca azaldın. Hipertoniya xəstəliyinin daşıyıcılarına duzlu yemək qəti olmaz. Duzdan tam imtina mədə şirəsinin həlletmə qabiliyyətini azalda bilər. Həm də xörək duzu qanda həmişə müəyyən miqdarda olmalıdır. Amma bu o demək deyil ki, istənilən yemək duzla yeyiməlidir.

8.Spirtli içkiləri tərgidin

Spirtli içkilər orqanizmi zəhərləyir və yorur. Spirtli içki baş beyinin fəaliyyətini tormozlayır, sərbəst hərəkət və dü-şünmə qabiliyyətinin qismən itirilməsinə səbəb olur. Spirtli içkilər qan dövranını zəiflədir. Etil spirti qandakı dəmirlə gec sorulan birləşmə əmələ gətirir və insanın təngnəfəsliyinə səbəb olur. Qırmızı şərabdan müalicə məqsədilə istifadə etmək olar.

Ümumiyyətlə, Azərbaycanda spirtli içkilərin faydası haqda müzakirə açmaq məqbul hal sayılmır. Ona görə də mövzunu burada qapayırıq. Bir şeyi nəzərə almaq lazımdır ki, spirtli içkilər insan orqanizmə faydadan daha çox, ziyan gətirir.

mənbə: aznews.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3222   Tarix: 02 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185