Rənglər və sağlamlıq

Rənglər və sağlamlıqHəyatı rəngsiz təsəvvür etmək çətindir. Rənglər insanın sağlamlığına, əhval-ruhiyyəsinə təsir edir. Təbiətin yaratdığı rənglər arasında uyarlıq olsa da, süni mühitdə sintez edilmiş rənglər heç də həmişə uyğun gəlmir. Aparılan sorğuya görə, harmoniya yaratmayan, eləcə də qıcıqlandırıcı rənglər insan səhhətinə mənfi təsir göstərir.

Rənglərin öz dili var. Müəyyən hazırlığı olmayan adamlar rənglərin dilini dərk etmirlər. Rənglər müəyyən hissləri, xəbərləri, müsbət və mənfi emosiyaları insanlara bəxş edir. Onların həyatda önəmi çox böyükdür. Misal üçün, insanların geyiminə diqqət yetirək. Bəzən elə qadına rast gəlirsən ki, şəfəq saçır, insanda xoş əhval-ruhiyyə yaradır. Çünki geyiminin rəngi, əgər bir neçə rəngdən ibarətdirsə, onların bir-birinə uyğunluğu düzgün seçilib. Elə adam da var ki, zövqü yoxdur. Boz rəngli paltarlar geyinib kütlə arasında itir"

Qırmızı rəng bayram, şənlik, şuxluq mənasını verir. Qara matəm, ağ - saflıq, təmizlik deməkdir. Göy rəng səmanı simvolizə edir. Səmaya, yüksəkliyə baxanda göy rəngi görürsən. Dənizə isə səmanın əksi düşür. Çünki su özü şəffafdır. Lakin su quyusu dərinləşdikcə daha çox göyə çalmağa başlayır.

Qəhvəyi zəhmət ilə əlaqədar rəng sayılır. Zəhmətkeşlərin, səhərdən axşama qədər tarlada işləyənlərin, yorulanların rəngidir. Qəhvəyi rəng çalışmaq, əziyyət çəkmək deməkdir. Yaşıl və açıq mavi sakitlik təəssüratı formalaşdıran rənglərə aid edilir. Bu səbəbdən də yataq otağını yaşıl, açıq mavi rəngə boyayırlar ki, sakitlik gətirsin. Bu rənglərin əhatəsində adam rahat dincəlir və yuxuya gedir. Təsəvvür edin ki, axşam girirsiz yataq otağına dincəlməyə. Otaqların divarları qıpqırmızı, çilçıraq qırmızı və göy rəngdə işıq verir. Bu rənglər heç vaxt adamı sakitləşdirə bilməz. Əksinə, qıcıqlandırıcı təsir edər.

Ağla qara, sarıyla qırmızı, yaşılla sarı, qırmızıyla yaşıl rənglərinin uyğun gəldiyi bildirilir. İsti və soyuq rənglər var. Soyuq rənglərə göy, qara rənglərin bəziləri daxildir. Belə ki, qaranın altı-yeddi çaları var. Qaraların içərisində istisi də var, soyuğu da. Qəhvəyi, narıncı, noxud rəngi, biçilmiş otun rəngi isti rənglərə daxildir. Ümumiyyətlə, rəngləri sözlə ifadə etmək çox çətindir.

Yay fəslində bəzi rənglərin sərinlik gətirə biləcəyi deyilir. Ağ, açıq mavi, sarının açıq tonları sərinlik hissiyyatı yarada bilər. Hətta geyim də ağ rəngdə olanda günəşin şüalarını əks etdirir, qara, tünd qəhvəyi, tünd qırmızı rənglər isə gün şüalarını özünə çəkir. Günəş batan zaman qırmızı rəngi, lalə qırmızı rəng də isti gətirir.

Rənglərin xəstəliklərin müalicəsində mühüm rolu var. Səriştəli həkimlər müalicə zamanı musiqi və rənglərdən də istifadə edirlər. Belə ki, rənglərin təsirini tanıyan həkim rənglərin vasitəsi ilə xəstənin əhval-ruhiyyəsinə müsbət təsir edə bilər. Rənglər vasitəsi ilə xəstə üçün onun dərdlərindən uzaqlaşdıran bir mühit də yaratmaq olar.

mənbə: faktxeber.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 6013   Tarix: 02 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767