Hacıbala Abutalıbovun vida çıxışı ilə bağlı video yayıldı (Video)

Hacıbala Abutalıbovun vida çıxışı ilə bağlı video yayıldı (Video)"Çox xoşbəxt olaram ki, burada iştirak edənlərin hər hansı biri mer olanda mən onun qəbuluna gəlim - əgər qəbul etsə".Bu günlərdə belə bir məlumat yayılıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov mayın 24-də meriyanın binasında Gül bayramında iştirakı ilə fərqlənmiş uşaqlarla keçirdiyi, paytaxt rayonlarının icra başçılarının da iştirak etdiyi görüşdə mer vəzifəsindən gedəcəyini bəyan edib və üzünü icra başçılarına tutaraq deyib: "Bilirəm ki, tezliklə sizdən kimsə mənim yerimdə əyləşəcək. Arzum budur ki, məndən sonra başçı təyin olunacaq şəxsin yanına gedəndə məni ən azından qəbul etsin".

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən "Media forum" saytına bildiriblər ki, həqiqətən də mayın 24-də Hacıbala Abutalıbov Gül bayramında fərqlənmiş uşaqlarla görüş keçirib. Bakı Şəhər İcra Hakimiyyətinin binasında keçirilən görüşdə uşaqların valideynləri və paytaxt rayonlarının icra hakimiyyətlərindən nümayəndələr (icra başçıları və onların müavinləri) iştirak edib. Ancaq meriyadan bildiriblər ki, Hacıbala Abutalıbovun üzünü icra başçılarına tutaraq tezliklə onlardan birinin paytaxt meri postuna gətiriləcəyini deməsi haqda yayılan məlumat tamamilə yanlışdır. Meriyadan vurğulayıblar ki, Hacıbala Abutalıbov uşaqlara xoşbəxtlik, səadət, uzun ömür diləyib və üzünü onların analarına tutaraq deyib: "Analar, uşaqlarınız sizdən də xoşbəxt olsunlar. Mən də çox xoşbəxt olaram ki, burada iştirak edənlərin hər hansı biri mer olanda mən onun qəbuluna gəlim - əgər qəbul etsə. Çünki stol adamı dəyişdirir".

Bakı Şəhər İcra Hakimiyyəti bunun sübutu kimi görüşün həmin hissəsindən videonu da "Media forum" saytına təqdim edib.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2266   Tarix: 28 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740