Con Toşak: Sintetik örtüklü meydançada oyun karyeramda ilk dəfədir

Con Toşak: Sintetik örtüklü meydançada oyun karyeramda ilk dəfədir"Çempionat yağ və çörəkdirsə, kubok kremdir"."Xəzər Lənkəran" klubunun baş məşqçisi Con Toşak bu gün mətbuat konfransı keçirib. Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlər qarşısına çıxan uelsli mütəxəssis Azərbaycan kuboku uğrunda "Neftçi" ilə sabah baş tutacaq final görüşü haqda fikirlərini bildirib.

- Öncə onu deyim ki, Azərbaycan çempionuna qarşı oynayacağıq. "Neftçi"ni çempionluq münasibətilə təbrik edirəm. Cari mövsüm Azərbaycanın ən yaxşı komandası olduğunu sübut etdi. Çempionat yağ və çörəkdirsə, kubok kremdir. Belə götürəndə, mövsüm "Xəzər Lənkəran" üçün uğursuz oldu. Çünki çempionatda yaxşı çıxış etmədik. Ancaq kuboka yaxşı hazırlaşmışıq və meydana qələbə üçün çıxacağıq. Möhtəşəm azarkeşlərimiz var və onlar üçün əlimizdən gələni etməliyik.

- Siz kubok məşqçisi, həmkarınız Böyükağa Hacıyev isə əcnəbilərin qənimi sayılır...
- Ümid edirəm ki, dueldən sonra sağ qalacağıq. Biz hər şeyi təhlil etmişik və finalda qalib gəlməyə çalışacağıq.

- Kubokun qalibi çempionu məğlub etsə, bu, nəyin göstəricisi olacaq?
- Belə paralellər aparmaq düzgün olmaz. Məsələn, İngiltərədə aşağı diviziona düşən "Uiqan" "Mançester Siti"yə qalib gəlib.

- Lənkəranlı azarkeşləri çempionatdakı nəticədən daha çox bir şey maraqlandırır – "Neftçi"yə qalib gəlmək...
- Bu, bizim üçün əlavə motivasiyadır. Biz hər bir çətinliyə hazırıq.

- Adrian Pitin vəziyyəti necədir?
- Bu oyuna hazır deyil. Ümid edirəm ki, 3 həftə sonra Avroliqaya hazırlaşdığımız zaman sıralarımızda olacaq.

- Sizin üçün Superkuboku nə vaxt keçirmək münasibdir?
- Bu oyunun nə vaxt olacağını deyə bilmərəm. Ancaq iyunun 28-də keçirilməyi yaxşı ideya deyil.

- "Neftçi" düşərgəsində deyirlər ki, "Xəzər Lənkəran" Avroliqaya bizim hesabımıza çıxıb. Rəqibin bu atmacasını necə qəbul edirsiniz?
- Səmimi olsaq, "Xəzər Lənkəran" cari mövsümdə çıxışı ilə Avroliqaya vəsiqə qazanmağa layiq deyil. Ancaq finalda qalib gəlib, Avropaya getməyə layiq olduğumuzu göstərmək istəyirik.

- Oyun öncə məşqi niyə səhər saatlarına salmısınız?
- Biz son günlərdə belə məşq edirik və bu balansı pozmaq istəmədik.

- Azərbaycan çempionatının səviyyəsi sizi necə qane edirmi?
- Çempionatın səviyyəsi, təşkilatçılığını qənaətbəxş sayıram. Ancaq məni bir şey təəccübləndirir ki, bu da oyunların sintetik örtüklü meydançalarda keçirilməyidir. Bu, karyeramda ilk dəfə olub.

- Siz "Neftçi" ilə ilk dəfə qarşılaşacaqsınız. Rəqibdən çəkindiyiniz futbolçu, mövqe var?
- Məni daha çox öz komandamı düşündürür. Hər halda, rəqibi təhlil edəcəyik. Fikrimcə, futbolçular "Neftçi"ni məndən yaxşı tanıyır.

- Maraqlıdı, Toşak sabah Azərbaycanda hansı bayramın olduğunu bilir?
- Səhv eləmirəmsə, müstəqillik günüdür. Ümid edirəm ki, sabahkı oyundan sonra əsl bayram Lənkəranda olacaq.

- Oyunu "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov da izləyəcək. Ola bilərmi ki, qələbədən sonra klubun sahibi komandaya daha yaxşı baxdı?
- Biz gələn mövsümə daha yaxşı hazırlaşmalıyıq.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1441   Tarix: 31 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533