Günəş Yeri təhdid edir: daha bir partlayış

Günəş Yeri təhdid edir: daha bir partlayış

Şamaxı Astrofizika Rəsədxanası: Günəşdə baş verən partlayışların fəsadları Yer kürəsinə də çatıb.Günəşin qərb hissəsində növbəti partlayış baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Vaqif Xəlilov məlumat verib. Onun sözlərinə görə, 22 may 2013-cü il tarixdə baş verən partlayışın gücü orta səviyyəli olub. Günəş qasırğası mayın 22-dən 24-dək davam edib. Ən aktiv partlayış isə mayın 24-də, yəni bu gün baş verib.

V.Xəlilov bildirib ki, partlayışlar Günəş maddələrinin kənara sıçraması ilə müşayiət olunub. Peyklər kosmik texnika üçün təhlükəli həddə proton axını da qeydə alıblar. İki saat yarım davam edən partlayışın bəzi fəsadları Yer kürəsinə də gəlib çıxıb.


mənbə: anspress.com

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1695 Tarix: 24.05.2013



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
seidexanim
seidexanim 07.11.2013
twk
Allah səni azad yaradıb, heç kimə kölə olma