Nazpəri: "Ürək bulandırıb əl-ayağa dolaşmasınlar" (Fotolar)

"Xalqımızın qarşısına çıxanda məddahlıqdan yox, çatışmazlıqlarımızdan danışmalıyıq"

Bu günlərdə İsveçin Malmö şəhərində «Bütöv Azərbaycan» Televiziyasının açılış mərasimində iştirak edən xalq artisti Nazpəri Dostəliyeva səfər təəssüratlarını "Qafqazinfo"ya müsahibəsində bölüşüb

- Nazpəri xanım, həmin tədbirdə cəmi bir neçə azərbaycanlı iştirak edib və onlardan biri də siz olmusunuz. Bu barədə nə deyə bilərsiniz?
- Bəli mən həmin mərasimə Dünya Azərbaycanlıları Konqresi xətti ilə dəvət aldım və ürəkdən də iştirak etdim.Dəvəti mənə şəxsən kanalın təsisçiləri professor Mirəşrəf Fətiyev və təşkilatın idarə heyətinin üzvü Cavad Derəxti etmişdilər. Məsuliyyətli iş olmasına və vaxt məhdudiyyətlərinə baxmayaraq iştirak etdim. Məndən başqa həmin tədbirdə, məhdud sayda olsa da, dövlət məurları və millət vəkilləri də iştirak edirdilər.

- Həmin telekanalın açılması hansı zərurətdən irəli gəlir?.
- Zərurət var. Əgər olmasaydı nə dövlətimiz, nə də diaspor təşkilatlarımız bu qədər həm insan resurslarını, həm də külli miqdarda maliyyə vəsaitini həmin işə sərf edərdilər. Xırdalıqlara varmadan onu deyə bilərəm ki, həmin telekanalın fəaliyyətini zəruri edən əsas amillərdən biri Azərbaycanda və ondan kənarda yaşayan azərbaycanlıların milli hüquqlarının bərpası və bir xalq kimi öz müqəddaratını özünün təyin etməsi işinə yardımçı olmaqdır.

- Belə tədbirlərdə tez-tezmi iştirak edirsiniz?
- Mən yaradıcı insan olmaqla yanaşı həm də DAK-ın və Azərbaycan Respublikası Beynəlxalq Diaspor Mərkəzinin üzvüyəm. Bununla əlaqədar həmin təşkilatların işində və tədbirlərində yaxından iştirak edirəm. Özü də aktiv iştirak edirəm. Bunu özümə həm bir vətəndaşlıq borcu hesab edirəm, həm də öz ürəyimin istəyidir…

Bilirsinizmi, Azərbaycan dövləti nə qədər qüdrətli, millətimiz nə qədər müdrik olsa da, indii çox həssas dövrdəyik. Buna görə də hamımız özümüzə sual verməliyik ki, necə olub ki, Ulu Yaradan bizə belə bir cənnət məkan dövlət qismət edib (bəzi üzdəniraq qonşularımızı çıxmaq şərti ilə)? Ümumiyyətlə biz dünyaya niyə gəlmişik? Ancaq ondan ötərimi ki, hər birimiz bir ailənin üzvü olaq, yoxsa elə insanların sayını artıraq, yoxsa hər birimizin öz missiyası var? Şəxsən mən axırıncı variant üzərində dururam.

- Yəni?
- Yənisi elə göz qabağındadır. Bir daha qeyd ediirəm, dövlətimiz nə qədər qüdrətli, xalqımız nə qədər müdrik olsa da ancan problemlərimiz də mövcuddur. Qarabağ kimi bir problemi olan xalqın, cüzi istisnalarla, görün əksər KİV-ləri xalqımıza hansı mədəniyyəti, daha doğrusu mədəniyyətsizliyi aşılayırlar. Deyə bilərsinizmi bunlar niyə baş verir? Yox əgər demək istəmirsinizsə, mən deyim. Biz üzdə olan insanlar xalqımızın qarşısına çıxanda özümüzü tərifləməklə, məddahlıqla yox, çatışmazlıqlarımızdan danışmalı, onların həlli yolunu tapmağa və aradan qaldırmağa çalışmalıyıq.

- Fikrinizcə bunların kökündə nə dayanır?
- Əgər Kütləvi İnformasiya Vasitələrini nəzərdə tutursunuzsa bunun üç səbəbi var: intellekt qıtlığı, bunun nəticəsi kimi mövzu qıtlığı və yumşaq dildə desək bəzi qələm sahiblərinin vicdanının yatması. Vay o günə ki, bunların üçü bir nöqtədə - KİVdə cəmlənə.

- Konkret faktları ortaya qoya bilərsinizmi?
- Faktlar hamısı göz qabağındadır. İndii mən nə kiminsə adını çəkmək istəyirəm, nə də özüm barədə danışmaq. Sadəcə olaraq bir məsələni yadınıza salıram. Biz qeyd etdiyimiz telekanalın açılışında iştirak edərkən, yeri gəlmişkən, mən həmin vaxtı həm də imkan tapıb ikinci yarımfinalda çıxış edən Evrovijen təmsilçimiz Fərid balamızı dəstəkləməyə də macal tapdım, gördünüzmü mənim haqqımda KİV-lərdə hansı şaiyələr gəzirdi. Əgər həmin insanlar dövlətimizin və xalqımızın xeyiri, onun problemlərinin həlli üçün heç nə etmək istəmirlərsə, heç olmaza bu işlə məşğul olanlara maneçilik törətməsinlər, ürək bulandırıb əl-ayağa dolaşmasınlar.

- Nazpəri xanım, bəzi KİV-lərin təmsilçiləri barədə söylədikləriniz fikirlərə daha geniş aydınlıq gətirə bilərsinizmi?
- Əlbəttə, gətirə bilərəm. Ancaq hesab edirəm ki, bunu sadaladığımız amillərin hər birinin haqqında ayrıca araşdırma yolu ilə edə bilərik. Bunun üçün də həm Sizin, həm də mənim vaxtımız olmalı və bundan ötəri imkan yaradılmalıdır.
Mən həm də pedaqoq kimi fəaliyyət göstərdiyim üçüun bu suallar məni çox düşündürür və imkan daxilində fikirlərimi sizlərlə bölüşdürərəm.

mənbə: qafqazinfo.az

Nazpəri: "Ürək bulandırıb əl-ayağa dolaşmasınlar" (Fotolar)Nazpəri: "Ürək bulandırıb əl-ayağa dolaşmasınlar" (Fotolar)Nazpəri: "Ürək bulandırıb əl-ayağa dolaşmasınlar" (Fotolar)Nazpəri: "Ürək bulandırıb əl-ayağa dolaşmasınlar" (Fotolar)Nazpəri: "Ürək bulandırıb əl-ayağa dolaşmasınlar" (Fotolar)Nazpəri: "Ürək bulandırıb əl-ayağa dolaşmasınlar" (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5966   Tarix: 23 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042