İlhamə Quliyeva: "Vətənə xəyanət edən o qədər xalq artisti var" (Müsahibə)

İlhamə Quliyeva: "Vətənə xəyanət edən o qədər xalq artisti var" (Müsahibə)"Məndən nə istəyirlərsə, açıq desinlər, alım göndərim"

Xalq artisti İlhamə Quliyeva Modern.az saytının suallarını cavablandırıb.

- İlhamə xanım, az öncə sizə zəng vuranda dediniz ki, yoldasınız, səfəriniz var?

- Yox, gündəlik qadın işləridir - dərzi, bərbər və sair.

- Yaradıcılığınızda nə yenilik var?

- Bu il yaradıcılığımın 50 ili tamam olur. Bununla bağlı çox böyük layihəm var. Azərbaycanın bölgələrində hesabat konsertləri ilə çıxış edəcəm. Bunlar hamısı ilin sonuna kimi olmalıdır. Sonra Rusiyada böyük konsetim baş tutacaq. Yekunda isə Heydər Əliyev Sarayında möhtəşəm proqramla çıxış edəcəyəm. Sadaladıqlarımın hamısı 2013-cü ilin axırına kimi yekunlaşmalıdır. Artıq retro mahnılarımın aranjimanları hazırdı, onları lentə yazdırıram. Yarım əsr ərzində ifa etdiyim mahnılarımdan ibarət seçmə disk olacaq. Bu il Tükəzban xanımın 90 illik yubileyidir. Dekabrın 21-nə qədər onun ifasında səslənən əsərlərdən ibarət disk buraxdırmaq istəyirəm. Yəni işlər çoxdur.

- Bir müddət öncə oğlunuzu evləndirdiniz. Gəlininizlə yola gedirisinzmi?

- Burda yola getməmək söhbəti ola bilməz. Mənim oğlum onu sevib evlənib. Hər şey normaldır. Onların xoş günlərini görüb sevinmək istəyirəm. Niyə yola getməyim ki?! Bizdə gəlin-qaynana söhbəti yoxdur.

- Son zamanlar bəzi həmkarlarınızın davranışları sizi özünüzdən çıxardı. Nəyə görə belə vəziyyət yarandı?

- Burda özündən çıxmaq söhbəti yoxdur. Özünə, şəxsiyyətinə, statusuna hörmət edən hər bir insan ona qarşı edilən lazımsız hərəkətlərə imkan verməməlidir. Mən özümü çox sevən insanam. İmkan vermərəm ki, kimsə çaşsın. Çaşan insanı zamanında yerində oturtmağı bacarıram. Heç vaxt kiməsə qarşı mənfi hərəkət etmərəm. Bilirsiniz ki, bar gətirən ağaca daş atan çox olur. Mənim ağacımın barı varsa, onu qısqananlar da olacaq. Hər bir meşənin, cəmiyyətin lazımsız ünsürləri var. Onlarla mübarizə aparmaq mənim üçün çətin deyil. Qanun da var, ədalətli məhkəmə də. Bir şey mənə təəccüblü gəlir. Kimlərsə coşur, kimlərsə çaşır. Məndən nə istəyirlərsə, açıq desinlər, alım göndərim.

- Sizcə nə istəyirlər?

- Yəqin mədəniyyət, tərbiyə yoxdur. Quyuya su tökməklə deyil ki.

- Orxanın toyunda dediniz ki, "toydan sonra özümü də yerbəyer edəcəm".

- Hər bir normal insanın öz şəxsi həyatı var. Ona sözgəlişi deyərlər. Ən ağır yük övladımın ailə həyatı qurması, xoşbəxt olması üçün əlimdən gələni əsirgəməmək idi. Həmçinin də insan özü üçün də yaşamalıdır. Ömrüm boyu sənətimlə xalqıma xidmət eləmişəm. Necə deyərlər, biz sənət adamları özümüz üçün yaşamırıq.

- Ailə qurmaq haqda düşünürsünüzmü?

- Mənim həyat yoldaşım var, hər şey də öz qaydasındadır. Şəxsi həyatımdan danışmağı sevmirəm. Həyatımda sevdiyim insan var. Həyatım roman deyil ki, hər kəs onu vərəqləyib oxuya bilsin. Özümə sığal çəkməyi bacaran insanam.

- Oğlunuz işləyirmi?

- Orxan savadlı hüquqşünasıdır. Özünün ofisi var, texnika biznesi ilə məşğuldur.

- Şübhəsiz ki, bu işdə ona böyük dəstəyiniz var.

- Əlbəttə. Ailə qurub və dövlət işində çalışacaq. Biz artıq buna hazırıq. İşgüzar bir gəncdir.

- Hüquq-mühafizə orqanlarında çalışacaq?

- İndi biz bu məsələni götür-qoy edirik. Hələ ki öz biznesi ilə məşğuldur.

- "Eurovision" mahnı müsabiqəsi bu il də bizim üçün yetərincə uğurlu oldu - Fərid Məmmədov ölkəmizə ikincilik qazandırdı. Fikrinizcə gələn il bu müsabiiqədə bizi kim təmsill edə bilər?

- Mən o istedadlı uşağı dinləyəndən sonra onun yerinə heç kəsi görmürəm. Budəfəki müsabiqədə ən uğurlu çıxış Fərid idi. Mən hesab eləmirəm ki, o ikinci oldu. Mənə görə ikinci yer Azərbaycan üçün böyük uğurdur.

- Altı il ərzində ən uğurlu iştirakçımız kim idi?

- Mənim fikrimcə, bu altı il ərzində ən uğurlu çıxış edən Fərid özü olub. Fərid altı ilin ən uğurlu və ən parlaq ifaçısıdır.

- Söhbət performansdan gedir, yoxsa ifadan?

- Həm performans, həm ifa. Onun xarici görünüşü, səhnə manerası, səhnədə özünü çox təbii təqdim eləməsi, çox maraqlıdır. Fəridin xoşagəlimli, ürəyəyatımlı, məlhəm bir səsi var. Gələcəkdə də Fərid Asifoğlu-mən onu belə çağırıram-daha da parlayacaq. Onun bir neçə müəllimi var. Ancaq ən yadaqalan müəllim əməkdar artist Aybəniz xanım Haşımovadır. Aybəniz xanımın çox böyük zəhməti var Fəridin üzərində.

- Dəfələrlə sənətçilərə, sənətkarlara fəxri adın verilməsi ilə bağlı çağırışlarınız olub. Aybəniz Haşımovanın tələbəsi çox böyük uğur qazandı. Sizcə o, xalq artisti adına layiqdirmi?

- Əlbətttə Aybəniz Haşımova xalq artisti adına layiqdir. O qədər layiqsizlər, vətənə xəyanət edənlər var ki, xalq artisti adı daşıyırlar. Niyə vətənini, dövlətini sevən, gözəl tələbələr yetişdirən sənətkar xalq artisti adına layiq görülməsin? Aybəniz çoxlarından qabaq layiqdir. Onun xətrinii çox istəyirəm, sənətinə də böyük hörmətim var.

- Bir ara sənətçilərə verdiyiniz titullar müzakirə olundu.

- Bu mənim gücümün, sözümün möhkəmliyinin göstəricisidir. Bəzi tərbiyəsiz kəslər mənim sözümün qanun olduğunu həzm edə bilmədiklərindən onu müzakirəyə qoyarlar. Kaş ki, müzakirə olunan mənim titul verməyim olardı. Hörmətim, statusum olmasaydı sənət nümayəndələri məndən o titulları gösləməzdilər. Bu həmkar kimi ürəyimdən gələn fikirlərdir. Titul almaq başqa bir şeydir. Həmkarlarıma ürəyimdən gələn xoş sözləri deyirəm və onlar da bunu gözləyirəm.

- Kimlərinsə fəxri ad almasında rolunuz olubmu?

- Niyə olmayıb?! Artıqlamasıyla olub. Amma bunu ağardıb, üzə vurub deməzlər. Mən onlara dəstək olmuşam. Sadəcə demişəm ki, istərdim filankəs əməkdar artist, xalq aritisti olsun.

- Məsələn Abbas Bağırov…

- Abbas Azərbaycan səhnəsinin prinsidir. O çox istedadlı gəncdir, hər zaman axtarışdadır. Gənc olmağına baxmayaraq, çox püxtələşmiş sənətkardır. Musiqi sənətimizin öndə gedən nümayəndəsidir.

- Hansısa gənc ifaçı ilə duet nəzərdə tutursunuz?

- Abbasla "Yaşın nə fərqi var ki" mahnısını yeni variantda ifa etmişik, klip də çəkiləcək. Mənim bir sıra silsilə mahnılarımı Üzeyir adlı musiqiçi aranjiman edib. Bu da Abbasdan mənə hədiyyədir. Fikrət Əmirovun mənə yazdığı mahnılar silsiləsi aranjiman olunub və demək olar ki, səsyazma prosesi sona çatır. Həmin retro əsərlər mənim mülkiyyətimdir. Çünki o əsərləri Fikrət Əmirov şəxsən mənim səsim üçün yazıb. İnşallah o əsərlərin də diskini buraxacağam.

- Sizcə "Yaşın nə fərqi var ki" Abbasla daha uğurlu alınıb, yoxsa Rəşəd İlyasovla?

- Rəşadla çəkdirdiyim klip də çox gözəl alınmışdı. İndi başqa versiyada, ssenaridə təqdim olunacaq. Bu günün ab-havasına uyğundur.

- Hansı daha uğrlu alınıb?

- Hər gülün öz ətri olduğu kimi hər ifanın da öz gözəllliyi var. İlk variant da çox uğrludur. Mən sənətdə geri getmirəm ki, əksinə püxtələşirəm.

- Onda ikinci variantı daha uğurlu sayırsıbnız?

- Bu günün variantıdır və uğursuz ola bilməz.

- Səhnədə hər zaman formada olmağınızın bir sirri varmı? Məsələn idman və sair.

- Yalan danışmağı sevmirəm, idmanla məşğul deyiləm, tənbələm çox yatıram. Səyahəti çox sevirəm. Avtomobillə Azərbaycanın dilbər guşələrinin səyahətinə çıxıram. Sadəcə özümə baxmağı yaxşı bacarıram. Özümə böyük sevgi-məhəbbətim var. Xarici görünüşümü nə dərəcədə saxlaya bildiyimi deyə bilmərəm.

- Xarici görüşünüzdə bəyənmədiyiniz, dəyişmək istədiyiniz nəsə var?

- Heç nəyi. Necə öz gördüyümn işlərimə möhür vururamsa, varlığımın da möhürünü Alllah-təala vurub. Mən heç nəyi dəyişmirəm. Çalışıram ki, baxımlı olum, sevimli olum, sevim və sevilim. İstəyirəm avazımın heyranları məni böyük coşqu ilə qarşılasınlar və sevsinlər. Və sevirlər də.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 2895   Tarix: 27 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051
.

Mənzurə istirahətdən foto PAYLAŞDI - "Çox köksüz, bir az arıqlayın"

Müğənni Mənzurə Musayevanın sosial şəbəkədə paylaşdığı istirahət fotosu müzakirələrə səbəb olub. "Ölkə.Az" xəbər verir ki, əksəriyyət sənətçinin görünüşü barədə xoş sözlər desə də, bəzi izləyicilər onu tənqid etməkdən çəkinməyib. Hətta izləyicilərdən biri "Çox köksünüz, biraz arıqlayın

04.08.2020 7471
.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏ

Onu efirdə çox sərt, hamının xətrinə dəyən biri kimi görürük. Fərqli taktikası var. Verilişə dəvət etdiyi qonaqlar ilə olan dialoqlara qulaq asanda çaşıb qalırsan ki, bunu şou xatirinə edir, yoxsa elə xasiyyəti belədir. Məncə, onun verilişlərini maraqlı edən də elə bu xüsusiyyətidir. Hərçənd buna gör

19.12.2019 6537
.

Mesut Özilin "Fənərbağça" ilə müqavilə imzalayacağı tarix açıqlandı

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özillə müqavilə imzalayacağı tarix bəlli olub. "Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç yerli mətbuata açıqlamasında bildirib. 54 yaşlı funksioner ulduz futbolçunun zədəsinin olmadığını söyləyib

23.01.2021 2452
.

"O mənə görə maşınını satıb müalicəyə göndərdi" - xərçənglə mübarizə aparan Zülfiyyədən heç yerdə eşitmədiyiniz ETİRAFLAR

ın növbəti müsahibi ağır xəstəliyə qalib gələn tanınmış aparıcı, hüquqşünas Zülfiyyə Bayramovadır. "Ölümdən heç vaxt qorxmadım" cümləsi ilə müsahibəyə başlayan aparıcı xəstəliklə sözün həqiqi mənasında var qüvvəsi ilə mübarizə aparıb. Zülfiyyə Bayramova ilə səmimi müsahibəni sizə təqdim edirik:

06.09.2019 4222
.

İtalyanlardan "Can Yaman" dondurması - Fotolar

Geniş tamaşaçı kütləsi və sevənləri olan aktyor Can Yamanın pərəstişkarları yenə də hər kəsi təəccübləndirməyi bacarıblar. Bu dəfə isə İtaliyanın Alessandriya şəhərində yerləşən restoranların birində aktyorun adını daşıyan ballı və fıstıqlı dondurma satışa çıxarılıb. Dondurmanı hazırlayan Barbara Buratto

13.09.2020 3628
.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar. Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb va

08.07.2020 1152
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637