İşə corabsız gəlin

İşə corabsız gəlin

Pakistanın hakimiyyət dairələri ölkədəki dövlət qurumları və özəl şirkətlərdə çalışanlara ofislərdə işə corabsız gəlmələrini tapşırıb. Ölkədə enerji qıtlığı artıq xroniki hal aldığı üçün yayın gəlişi ilə əlaqədar olaraq belə qərar qəbul olunub.

"Anticorab" kampaniyası iş yerlərində elektroenerjiyə qənaət məqsədi daşıyır.
Elektroenerji qənaəti kampaniyası çərçivəsində ölkənin bəzi bölgələrində işıqlar 20 saat müddətinə kəsilir.

"Məqsədimiz dövlət qurumlarında çalışanların zahiri görünüşlərini nizamlamaq deyil. Havalar çox isti olacaq və bu səbəbdən də iş yerlərində kondisionerlərdən çox istifadə olunur. Ona görə də işçilərin corabsız, ayaqlarında mokasin və ya səndəl tipli ayaqqabılarla işə gəlmələri daha məsləhətdir", - Pakistan Əmək Nazirliyinin mənsubu deyib.

Ölkənin bir sıra bölgələrində enerji qıtlığı və elektroenerjinin saatlarla kəsilməsi işsizlərin sayının da artmasına səbəb olub.


mənbə: radaronline.com

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1660 Tarix: 26.05.2013
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər