Amerikalı məktəblinin yeni kəşfi dünyanı heyrətə saldı

Amerikalı məktəblinin yeni kəşfi dünyanı heyrətə saldı

Amerikalı məktəbli qızın kəşfi sayəsində 20 saniyə ərzində mobil telefonu tam enerji ilə doldurmaq mümkündür.Kaliforniyada yaşayan yuxarı sinif şagirdinin hazırladığı superkondensator sayəsində mobil telefonu bir an ərzində elektrik enerjisi ilə tam təmin etmək olur.18 yaşlı İşa Xare bu kəşfinə görə Arizona ştatında keçirilən beynəlxalq elm yarmarkasında 500 min dollar mükafat alıb.

Bu cihaz sayəsində 20-30 saniyəyə enerji ilə təchiz olunmuş telefon uzun müddət ərzində işləyə bilir.

Xare onu həmin cihazı yaratmağa ruhlandıran səbəb haqqında danışarkən deyib ki, telefonun enerjisi tez-tez ən vacib məqamlarda bitirdi. Qısa zaman ərzində isə onu doldurmaq mümkün olmurdu. Beləliklə telefonu qısa bir zamanda enerji ilə təmin edəcək cihaz yaratmaq qərarına gəlib.

Gənc alimin sözlərinə görə, bu cihaz 10 min yenidən yüklənmə tsiklinə tab gətirə bilir. Digər akkumulyatorlar isə yalnız 1000 tsiklə hesablanıb.


mənbə: novosti.ru

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 3993 Tarix: 25.05.2013
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər