Azərbaycanlı nənə 100 yaşını qeyd edir (Video)

Azərbaycanlı nənə 100 yaşını qeyd edir (Video)Gülxanım Məmmədova: "8 uşaq, 15 nəvə, 30 nəticə və 2 kötükcə sahibiyəm, xoşbəxtəm"."Hər kim 100 il yaşamasa, günah onun özündədir" deyiminə sadiq qalaraq 100 yaşını bu gün övladları, nəvə-nəticə, kötükcələri ilə qeyd edən tək-tük insanlardan biri də Gülxanım nənədir. 1913-cü ildə Ermənistanda göz açan, torpağına, elinə bağlı olan nənə müharibə vaxtı elini, obasını tərk etmək məcburiyyətində qalıb. Alın yazısı onu Bakıya gətirib, dediyinə görə elə o gün bu gün sağlam canına xəstəlik düşüb. Amma bütün bunlara baxmayaraq, Allahın ona yazdığı ömürdən, yetirdiyi övlad payından ağızdolusu şükr edir. Dediyinə görə, bu günkü sağlam canı, uzunömürlülüyü düzgün iş, qida rejimi ilə yanaşı həm də övladlarına borcludur. Gülxanım nənə ana kimi, nənə kimi xoşbəxtdir, qadın kimi isə xoşbəxtliyi natamamdır. 1985-ci ildə həyat yoldaşını itirib, bu günü onun da görməsini çox istəyirmiş. Gülxanım nənə zamanında saysız hesabsız medallara, təltiflərə də layiq görülüb.

"1941-45-ci ildə arxa cəbhədə işləmişəm bu işlərimə görə medallarla təltif olunmuşam. Hazırda 8 uşaq, 15 nəvə, 30 nəticə, 2 kötükcə sahibiyəm. Xoşbəxtəm", - deyə 100 yaşlı nənə Gülxanım Məmmədova bildirib.

1913-cü il təvəllüdlü Gülxanım nənə sərbəst gəzə bilir, qulaqları bir qədər zəif eşitsə də, gözləri hətta iynəni saplayacaq qədər də mükəmməl görür .

23 ildir ki, Gülxanım nənəyə gəlinlik edən Sevda xanım deyir ki, "gəlin-qaynana" münasibətləri onlara yaddır, sadəcə bəzən aralarında gülməli anlaşılmazlıqlar yaşanır.

Gülxanım nənənin hələ məktəbə getməyən nəticəsi Renat isə ona sevgisini şerlə izah edir.

100 yaşını qeyd edən Gülxanım nənəni təbrikə tək ailəsi yox, həm də Qaradağ rayon Sahil qəsəbə nümayəndələri də gəlmişdi. Gülxanım nənəyə növbəti yaşını necə deyərlər yol üstündə olan yeni doğulacaq kötükcələri ilə birgə həsrətini çəkdiyi torpaqlarda keçirməyi arzulayırıq.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1554   Tarix: 25 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740