İsmayıl Ömərov Eurovisiondan danışdı

İsmayıl Ömərov Eurovisiondan danışdı

"Fərid Məmmədovun ikinci yerə çıxması münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Çox sevindim. Həqiqətən də, Fərid gözəl çıxış etdi. O, birinci yerə layiq idi. Amma ikinci yer də pis deyil. Bir daha bəlli oldu ki, Azərbaycan dünya musiqisinə, incəsənətinə töhfə verir, inkişaf edir".

Bunu Teleqraf.com-a açıqlamasında İTV-nin keçmiş baş direktoru İsmayıl Ömərov "Evrovision" Musiqi Yarışmasında Azərbaycan təmsilçisi Fərid Məmmədovun ikinci yer tutmasına münasibət olaraq bildirib.

Onun sözlərinə görə, F.Məmmədovun qələbəsi İTV-nin Azərbaycandan "Evrovision"a təmsilçi seçimində yanılmadığının göstəricisidir: "Mən inanırdım ki, Fərid etimadı doğruldacaq".

İ.Ömərov Azərbaycandan Rusiyanın "Evrovision"dakı təmsilçisinə göndərilən səslərin hesablanmamasına münasibət olaraq bildiridi ki, bu barədə məlumatlı deyil:

"Bilmədiyim şeylərə şərh vermək istəmirəm. Hazırda istirahət edirəm. Azərbaycandayam. Barəmdə bəzi mətbu orqanlar uydurma yazırlar. Vətənini sevən insanlar həqiqəti deməli, uğurlara sevinməli, məğlubiyyətlərə isə təəsüflənməlidir. Mən də Fəridin qələbəsinə ürəkdən sevinirəm".


mənbə: axsam.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1921 Tarix: 25.05.2013



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol