İtmiş müqəddəslər (Maraqlı)

İtmiş müqəddəslər (Maraqlı)Müqəddəs Fincan- Antakyada olduğu iddia edilir. Dan Brownun ''Da Vinçi Şifrəsi'' kitabı ilə gündəmə gələn və əfsanəyə görə, Hz. İsanın, Yəhudilərin və Romalıların meydana gətirdiyi hərbi bir güc tərəfindən tutulub çarmıxa çəkilərək edam edilməsindən əvvəl həvariləri ilə yediyi son axşam yeməyində istifadə etdiyi və ya çarmıxa çəkilmə əsnasında Arimatealı Yusifin İsadan axan qanı doldurduğu bir fincanın varlığına inanlar da çoxdur.

Vatikanın hər zaman varlığını təkzib etdiyi "Müqəddəs Fincan" xüsusilə Xristian tədqiqatçıların və xəzinə ovçularının keçmişdə olduğu kimi indiki vaxtda da böyük marağına səbəb olur. Antakyada olduğuna dair iddiaların ortaya qoyulduğu "Müqəddəs Fincan"ın İstanbuldakı Çəmbərlidaşın altında ola biləcəyi belə irəli sürülmüşdü.

İtmiş Qitə Mu- İzlərinə tarix içində bir çox sivilizasiyada rast gəlindiyi ifadə edilən batmış Mu qitəsi, insanoğlunun böyük marağına səbəb olur.

19-cu əsrdə ingilis tədqiqatçısı James Churchward itkin qitə üçün Orta Amerikada müxtəlif tədqiqatlar edərək, mövzuyla əlaqədar əsərlər qələmə aldı.

Bir çox elm adamının sivilizasiyasının varlığına şübhəylə yaxınlaşmasına baxmayaraq, batdığı söylənilən Mu qitəsinin, Atatürkün belə marağını çəkdiyi bilinir.

Atatürkün, Churchwardın MU qitəsiylə əlaqədar əsərlərini türkcəyə çevirməsi və Tahsin Bəyi tədqiqat etmək üzrə Mekshikaya səfir təyin etməsi, itkin qitə Munun türklərin mənşəyi baxımından da əhəmiyyətli ola biləcəyi düşüncəsindən qaynaqlanmışdır.

Hz. Musanın Sandığı- Əhd Sandığı və ya Tabut-u Sakinə olaraq adlandırılan Hz. Musanın sandığı da ən əhəmiyyətli itkinlər arasındadır. Hz. Musanın müqəddəs kitab Tövratı çoxaldaraq 12 qəbiləsinə paylamasının, əslini isə düzəltdirdiyi bir sandıqda qoruduğu müxtəlif qaynaqlarda yer alır.

Hz. Musanın müxtəlif əşyalarının da orada olduğu söylənilən sandığın, Qüdsdəki məbəddə qorunduğu və e.ə 586-cı ildə Babil orduları tərəfindən zəbt edilən Qüdsdəki məbəd basqınından sonra sandığın itdiyinə inanılır.

Nuhun Gəmisi- İtkinlər arasında ən çox maraq görən Nuhun gəmisinin türk və çinli tədqiqatçılar tərəfindən Ağrı dağının 4000 metrliyində tapıldığının iddia edilməsindən sonra insanlar əsrlərdir axtarılan və maraqlanılan digər itkilərə maraq saldılar.

Nuhun gəmisinin Ağrı dağında olduğuna inananların sayı, digər ehtimallara inanların sayından hər zaman çox oldu. Rəsmi qeydlərə görə, Nuhun gəmisini axtarmaq üzrə 20 Avqust 1829-cu ildə Ağrı dağının zirvəsinə çıxan ilk tədqiqatçı Almaniyalı elm adamı Frederic Parrot oldu.

Parrot, Nuhun gəmisinin Ağrı dağında olduğunu iddia edən biri rus, altısı alman 7 yoldaşı ilə zirvəyə çatdıqdan sonra qayıdışda, gəmini tapa bilmədiyini amma izlərinə rast gəldiyini iddia etmişdir. 1916-cı ildə isə Vladimir Roskovski adlı bir rus pilot, Ağrı dağı üzərindən uçarkən bir gəmi qalığı gördüyünü iddia etmiş və mövzunu təkrar gündəmə gətirmişdir. Nuhun gəmisini tapmaq məqsədilə dağa çıxanlardan biri də aya ilk ayaq basan astronavtlardan James İrwin olmuşdur. İrwin və yoldaşları da Nuhun gəmisinin Ağrı dağında olduğunu irəli sürərək tdqiqat aparmış amma gəmi ilə əlaqədar konkret bir tapıntı əldə edə bilməmişdilər.

Atlantis- Sular altında qaldığı söylənilən əfsanəvi ada Atlantis də insanoğlunun ən çox maraqlandığı və tapılması üçün tədqiqatçıların əməliyyatlar etdiyi itkinlərdən biridir.

İspaniyanın Cənub sahilləri, Girit Adası yaxınları, Konya, Kipr ilə Suriya arasında Aralıq dənizinin dərinləri kimi bir çox dəyişik bölgədə olduğu irəli sürülən sivilizasiyanın izlərini tapmaq üçün hər dövrdə müxtəlif işlər edildi. Qaynaq olaraq Afinalı Solonu göstərən Əflatuna görə Atlantis, Cəbəli-tariq Boğazının qərbində, Liviyandan daha böyük bir ölkədir. Əflatundan bu vaxta qədər gələn məlumatlara görə, Qərbi Avropa ilə Liviyanı əzib keçən Atlantis orduları, Afinalıların göstərdiyi müqavimət qarşısında geri çəkilmək məcburiyyətində qalmış və şiddətli bir zəlzələ nəticəsində də e.ə. 9500-cü ildə, bir gecə içində sular altında qalmışdır.

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3393   Tarix: 24 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356