İnsanlardakı mənəvi boşluğun əsl səbəbi

İnsanlardakı mənəvi boşluğun əsl səbəbiİNSANLARIN MƏNƏVİ BOŞLUĞA DÜŞMƏSİNİN SƏBƏBLƏRİ

İnsanların böyük əksəriyyətinin həyatdakı ən əsas məqsədi yaxşı təhsil almaq, ailə qurmaq, yaxşı işə malik olmaq və gələcəklərini zəmanət altına alan həyat standartını təmin etməkdir. Hər insan həyatdakı idealını müəyyən edərkən bunların ona rahatlıq və xoşbəxtlik gətirəcəyini düşünərək müxtəlif yollara əl atır.

Başqa sözlə desək, əslində, hər insanın həyatdan gözlədiyi ən əsas dəyər, axtardığı ən mühüm amil həqiqi rahatlıq və xoşbəxtliyin sirrini tapmaqdır. Belə ki, insan universitetə daxil olarkən, yeni işə girərkən və sosial statusunu dəyişdirmək istəyərkən hər dəfə bunun ona xoşbəxtlik qazandıracağını düşünür.

Bu vəziyyət dünyada yaşayan hər insana aiddir. Dünyanın hər tərəfində yaşayan insanların yeganə məqsədi rahat və xoşbəxt həyata nail olmaqdır. Ancaq buna baxmayaraq, çox az insan bu məqsədinə nail olur. Bir çox insan həyatından şikayətlənir, sıxıntı və peşmanlıq çəkir. Belə ki, insanlara həyata dair suallar verdikdə həyatdakı çətinliklərin müsbət cəhətlərlə müqayisədə daha çox olduğunu deyirlər. Dövrümüzdə həyatın böyük nemət olduğunu, çox xoşbəxt yaşadığını, heç bir sıxıntısı olmadığını söyləyən və üzündə parlaq sevinc ifadəsi olan insanlara rast gəlmək, demək olar ki, qeyri-mümkündür.

Tarix boyu bir çox insan yaxşı və gözəl olanı tapmaq üçün yola çıxıb, ancaq doğru yolda irəliləmədiyi üçün daima ziyana uğramışdır. Xoşbəxtliyi insanlar arasındakı maddi üstünlükdə, güclü iqtidarda, yüksək karyera və ya məşhurluqda axtaran milyonlarla insan maddi hədəflərinə qısa müddət ərzində nail olsalar da, həqiqi rahatlığı tapa bilməyiblər. Qəzetlərdə və televiziya proqramlarında hər cür maddi imkana malik olmasına baxmayaraq, həqiqi rahatlığı əsla tapmadığını etiraf edən çox sayda insan görmək mümkündür. Eyni şəkildə, bəlkə də illərlə arzusunda olduqları şan-şöhrətə qovuşduqları halda daxilən mənəvi ehtiyaclarını təmin edə bilməyən və bunun sıxıntısını çəkən məşhurların xəbərləri mediada yayımlanır.

Son illərdə getdikcə artan narkotik maddə və spirtli içki aludəliyi, qumar düşkünlüyü kimi əxlaqi degenerasiyanın yayılması və cəmiyyətdə bu vəziyyətin normal qarşılanması bu problemin göstəricisidir. Dünyada geniş iqtisadi imkanları olan çox sayda insan daima axtarış içində olur, sonra da bu mənəvi boşluğu doldurmaq üçün bu çirkabın içinə düşürlər. Şöhrətin zirvəsində olarkən narkotik maddəyə qarşı müalicə almağa başlayan, bütün sərvətini qumarda xərcləyib iflasa uğrayan, bir çox yola əl atmasına baxmayaraq, həqiqi xoşbəxtliyə nail olmadığı üçün ruhi xəstəlikdən əziyyət çəkən insanların sayı günbəgün artır. Bu cür insanlar ideallarındakı vəzifəni, pulu, evi, avtomobili, həyat yoldaşını bəlkə əldə edirlər, ancaq ümid etdikləri xoşbəxtliyi bunlarda tapmırlar. Uca Allah bir ayəsində dünya həyatına dair hər şeyin boş bər-bəzəkdən başqa bir şey olmadığını, həqiqi gözəlliyin və xoşbəxtliyin cənnətə aid olduğunu qavramaq üçün ağıl işlətmək lazım gəldiyini belə bildirir:

"Sizə verilən hər hansı bir şey ancaq bu fani (keçici) dünyanın malı və bərbəzəyidir. Allah yanında olan isə daha yaxşı və daha baqidir (əbədidir). Məgər ağıla gəlməzsiniz?!" (Qəsəs surəsi, 60)

İNSANLARIN HƏYATIN ƏSL MƏQSƏDİNİ UNUTMASI VƏ MƏNƏVİ DƏYƏRLƏRİNİ İTİRMƏSİ BƏDBİNLİYİN TƏMƏLİDİR

"Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?" (Ənam surəsi, 32)ayəsində xəbər verildiyi kimi, mənəvi dəyərləri bir kənara qoyub ruhunu maddi dəyərlərlə qidalandıracağını zənn edən hər insan yanılır. Çünki hər cür arzusunu ancaq dünyada reallaşdıracağını düşünən və bunun üçün yaşayan insana dünya həyatındakı boş bər-bəzək əsla axtardığı xoşbəxtliyi qazandırmaz.

Allah dünyanı çox qüsurlu yaratmışdır. Ona görə də, dünyadakı hər cür nemətin çox gözəl tərəflərinə baxmayaraq, həm də çatışmayan cəhətləri var. Halbuki insan ruhu hər şeyə ən gözəl və mükəmməl şəkildə sahib olmaq istəyir. Bu da axirətdən xəbəri olmayan və dünya həyatını əsl və yeganə həyat hesab edən insanlarda böyük mənəvi düşkünlüyə səbəb olur. Milyonlarla insanın sıxıntılı həyatının səbəbi bu bixəbərlikdən və imansızlıqdan qaynaqlanır. Çünki insan müəyyən fitrət üzərində yaradılmışdır və bu fitrətə uyğun olan həyat tərzini insana təqdim edən sistem Quranda bildirilən əxlaqi sistemdir.

Mənəvi boşluğu aradan qaldırmağın və həqiqi xoşbəxtliyə qovuşmağın yeganə yolu Allah rizası üçün yaşamaqdır

İnsan ancaq Allaha təslim olduqda, Onun rizasına uyğun yaşadıqda xoşbəxt olar. Ayədə belə buyurulur:

"Allah Öz lütfünə sığınanları onunla əmin-amanlıq yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!" (Maidə surəsi, 16)

İnsan ancaq Allahdan çox qorxub Onu özünə dost tutarsa, Quran əxlaqına uyğun yaşayarsa və fədakar, xoşməramlı, mərhəmətli, xeyirxah, vicdanlı, təslimiyyətli, təvazökar olarsa, özünü mənən rahat hiss edə bilər. Təkəbbürlü, egoist, məmnuniyyətsiz, üsyankar, azğın və əxlaqsız fərdlərdən ibarət cəmiyyətin xoşbəxt və rahat yaşaması qeyri-mümkündür. Bu əsrin gətirdiyi fəlakətlər, cəmiyyətdəki böyük mənəvi degenerasiya bunun ən mühüm dəlilidir. Xüsusilə də din əxlaqından uzaq yaşayan ölkələrdə bu mənəvi düşkünlük, hər cür əxlaqsızlıq, azğınlıq insanlar arasında sürətlə yayılmışdır. Narkotik maddə, spirtli içki, qumar, rüşvət, əxlaqsızlıq, oğurluq, saxtakarlıq, fırıldaqçılıq və mafiya təşkilatlanmaları bu cür ölkələrdə normal həyatın bir hissəsinə çevrilmişdir. Ancaq bu mənəvi boşluq özü ilə birlikdə XXI əsrin böyük müjdələrini də gətirmişdir. Çünki bu əsr eyni zamanda mənəviyyata yönəlmənin də sürətlə artdığı dövrdür. Dünyanın bir çox ölkəsində insanlar Allaha iman gətirməyə, din əxlaqına uyğun yaşamağa, mənəvi dəyərlərə sarılmağa başlamışdır. Xoşbəxtlik adına bütün batil yollara əl atan və bunların heç birində həqiqi xoşbəxtliyi tapmayan insanlar həqiqi fitrətlərinə qayıtmağın yeganə və son çarə olduğunu çətin təcrübələrdən keçərək anlamağa başlayıblar. Dünyadakı bu çarəsizliyin həllinin yalnız Allaha üz tutmaq və Quran əxlaqına uyğun yaşamaqla mümkün olduğunu tam mənada dərk etdikdə (bu dövr Allahın iznilə çox yaxındır), onda bütün dünya sülh, qardaşlıq, rahatlıq və xoşbəxtlik içində yaşayacaq.

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2558   Tarix: 24 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018