Ofis - rahat iş məkanı, yoxsa xəstəlik mənbəyi? (Rəy)

Ofis - rahat iş məkanı, yoxsa xəstəlik mənbəyi? (Rəy)İnsanların böyük əksəriyyəti gününün bir qismini ofisdə keçirir. Hətta bəziləri iş yerinə evdəkindən çox zaman ayırırlar. "İş insanın ikinci evidir" deyiminin yaranması da səbəbsiz deyil.

Lakin insanlar heç özləri də bilmir ki, stress, hərəkətsizlik, uzun müddət kompüter və mobil telefon istifadəsi, nizamsız qidalanmaq kimi faktorlarla sağlamlıqlarını təhlükəyə atırlar. Havasızlıq, sıx çalışma şəraiti mədə-bağırsaq, tənəffüs yolları infeksiyaları, mövsümlə bağlı qrip kimi bir sıra xəstəliklərə yol açır. Həmçinin ofisdə çalışmaqla allergiya, ağciyər və digər orqanlarda xroniki narahatsızlıq, hərəkət azlığı ilə yaranan problemlərə də rast gəlinir. Ofislərdə kondisionerlərdən düzgün istifadə də çalışanların sağlamlığı üçün çox önəmlidir.

Güclü stress və tez yaşlanma

Müasir dövrdə insanların səhhətində yaranan bəzi problemlər yeni ad alıb: "ofis xəstəlikləri". Uzun müddətli stress, hərəkətsiz şərait, kompüter arxasında fasiləsiz oturmaq insanların erkən yaşlanmasına səbəb olur. Qeyd olunan əlamətlərdən bəhs edən həkim-kosmetoloq Səbinə İsrafilova xüsusilə vurğulayır ki, belə işartılar ən çox göz ətrafında, qıçlarda müşahidə edilir və bütün dəri təbəqəsinin keyfiyyətinin aşağı düşdüyü müşahidə edilir. Bu problemin həlli yollarına gəldikdə isə həkim deyir ki, bunun çarəsini çoxları estetik klinikalarda görürlər: "Ümumiyyətlə, oturaq iş rejimində çalışanlar fərqli yaşlanma əlamətləri daşıyırlar. Güclü stress altında uzun saat çalışan, iş və şəxsi həyatı bir-birinə qarışan, məsuliyyəti böyük olanlar və daha nizamlı iş görənlər yaşıdlarına görə daha tez yaşlanırlar. Ancaq eyni zamanda davamlı göz önündə olduqları üçün xarici görünüşlərinə diqqət yetirmək və baxımlı olmaq məcburiyyətindədirlər".

Uzun müddət çalışmanın, lazımınca dincəlməməyin xüsusilə də qadınlara mənfi təsir etdiyini deyən S.İsrafilova bildirir ki, uzun və stressli çalışma saatlarının gətirdiyi yorğunluq, üzdə, xüsusilə də dodaq və yanaq ətrafında dəri sallanmasına gətirib çıxarır: "Eyni zamanda uzun müddət masa arxasında çalışmaq bədən quruluşunu ciddi şəkildə pozur, qozbellik, xüsusilə də bel və köbək ətrafında yağlanma problemini ortaya çıxardır.Yuxusuzluq, stress, uzun müddət kompüter istifadəsi və oxuma göz ətrafını erkən qırışdırır və göz altlarında qaralma, hətta gözaltı torbaların daha erkən ortaya çıxmasına yol açır".

Həkim deyir ki, yetərincə dincəlməyən, hədsiz siqaret tüstüsünə məruz qalan dəri də elastikliyini itirir, məsamələri genişlənir və stresslə bağlı yağlanma kimi narahatlıqlar ortaya çıxar. Səhərlər və günorta nizamlı, sağlam qidalanmayan işcilər axşam yeməklərinə üstünlük verdikləri üçün çəki problemləri baş qaldırır ki, onlar az yesələr də çəkidən xilas ola bilmirlər, itirdikləri çəkini də sürətlə geri alırlar.

Xüsusilə də hündürdabanlı ayaqqabı geyinən iş qadınlarında qıç və ayaq sümüyü deformasiyası da müşahidə edilir ki, nəticədə topuqda və dizlərdə pis görünüşlər meydana gəlir.

Həkim bildirib ki, bu gün tibbin gəldiyi son nəticəyə görə, vaxt azlığı, istirahət və sağalma üçün gözləmək istəməyənlərə xüsusi çarə tətbiq edilir: "Bu gün karyera sahiblərində göz qapağı sallanması daha erkən müşahidə edilir ki, həmin sallanmalar əməliyyat olmadan "Thermage" ilə müalicə edilir. Belə ki, əməliyyatsız üz gəncləşdirmə üsulu olan "Thermage" əlavə təsiri olmayan, etibarlı, bir seansdan ibarət olan kosmetik üsuldur ki, üz dərisinin sıxlaşmasına, yenilənməsinə də şərait yaradır. Bu sistem xüsusilə də 30-45 yaş qrupu üçün əməliyyatsız dəri dartılmasına imkan verir. Eləcə də dodaqların hər iki tərəfindəki sallanmalar, üzdə çökən yanaqlar asan yolla müalicə edilir. Bundan başqa stress və uzun müddət ekrana baxmaqdan qaynaqlanan gözaltı qaralmalarını da lazer müalicəsi ilə qısa müddətdə yüngülləşdirmək mümkündür".

Fəqərə sütunu problemi

Bu gün ofisdə çalışan insanlarda ən çox rast gəlinən problemlərdən biri kürək ağrılarıdır. Hər beş insandan birində bu ağrılara rast gəlinir. Bu əsasən əzələ ağrıları ilə müşayiət olunur. Uzun müddət eyni vəziyyətdə durma, düzgün duruşun olmaması, kompüuterdən istifadə və hərəkətsiz həyat tərzindən qaynaqlanan əzələlərin gərilməsi, sərtləşməsi kimi ağrılar var. Digər kürək ağrıları səbəbləri arasında belin əyilməsi, onurğanın yana əyilməsi, ürək-ağciyər, mədə və öd kisəsi başda olmaqla daxili orqanlardan yayılan ağrılar, onurğanın tüberkülyozu, şişlər və s. göstərmək olar.

Avstraliya alimlərinin apardığı araşdırmaya görə, masa arxasında çalışanlar qısa bir müddətli fasilələr verərək hərəkət etməsi, gəzişməsi ilə həm sümük ağrılarının, həm də ürək sağlamlığının qorunmasına nail ola bilərlər.

Alimlərin fikrincə, bu fasilələr ateroskleroz və diabet kimi xəstəliklərdən də qorumağa kömək edir. Araşdırmaya əsasən, verilən fasilələrin sayına görə, bel ölçülərində önəmli fərqliliklər müşahidə edilir və iş yerində arabir ayağa qalxaraq hərəkət etməyə alışanların belləri 4 santimetr daha incədir. Sağlamlıq üçün daha çox hərəkət etməyi tövsiyə edən alimlər masa arxasında çalışanlara bir iş yoldaşı ilə danışmaq lazım gəldikdə telefonla deyil, ayağa qalxaraq danışmağı məsləhət görürlər. Həmçinin ofisdə lift deyil, pilləkənlərdən istifadə etmək məsləhətdir.

Dayaq- hərəkət aparatının orqanizm üçün böyük əhəmiyyətə malik olduğunu deyən tibb elmləri doktoru, cərrah-ortored Məhəmməd Hüseyn Herişçi bildirir ki, bu sistem insan bədəninin quruluşunu dəyişir: "Son vaxtlar müşahidə etmişəm ki, iş yerində gənclər kompüterdə işləyərkən qabağa əyilmiş vəziyyətdə çalışırlar. Bu, qətiyyən düzgün vəziyyət deyil. Onların qarşısındakı masa aşağıda deyil, əksinə daha yuxarı vəziyyətdə olmadır ki, əyilmiş halda işləməyə məcbur olmasınlar. Eləcə də çox uzun müddət kompüter arxasında oturmaq və ya digər sənət sahələrində fəqərə sütunu problemlərini ortaya çıxarır".

Ortopedin sözlərinə görə, konkret olaraq kompüterdən söhbət gedirsə, hər şeydən əvvəl göz, sonra boyun fəqərələrinin sağ ya sola əyilməsi, həmin nahiyədə fəqərə iltihabı, fəqərədə önə əyilmənin artib ya azalması, əyilməsi, fəqərəarası diskin qabarması və ya yırtığı müşahidə olunur: "Bu isə vaxtındə müayinə edilməzsə, fəsadlar aşkara çıxarılmazsa, daha dərin problemlər meydana çıxa bilər. Təbii ki, bu yanlız boyunda deyil, eləcə də döş və bel fəqərələrinə də aiddir. Profilaktiki tədbirlərə gəldikdə isə ortoped deyir ki, ilk növbədə oturaq zamanı fəqərə sütunlarının 90 dərəcə olmasına diqqət yetirilməlidir. Yəni, stol bir qədər stuldan hündür olmalıdır, stul üstündə əyri oturmaq olmaz. Hərəkət zamanı qamət düz olmalıdır, hər səhər tibbi idmanlar yerinə yetirilməlidir, vaxtaşırı mütəxəssis nəzarətindən keçmək lazımdır.

Diqqətdən kənar qalan nahar fasiləsi

Hazırda ən geniş yayılmış ofis xəstəliklərindən biri də mədə-bağırsaqla bağlıdır. Qastorenteroloq Lalə Vəliyeva deyir ki, adətən ofisdə çalışanların çoxu düzgün qidalanmırlar: "Onların vaxtında qidalanmağa imkanları olmur, buna görə də həzm pozğunluqlarına daha çox rast gəlinir. Bunun nəticəsində ilk növbədə qastritlərə, xroniki xolstridlər, öd kisəsi, az hərəkətliliklə bağlı problemlər yaranır. İş rejimi şəraitində insanların əksəriyyəti gərgin olduğu üçün bağırsağın qıcıqlanma sindromuna daha sıx rast gəlinir. Xora xəstəlikləri bir qədər az olur. Əsəblə əlaqədar "mədə nevrozları" adlandırdığımız qıcıqlanmalar olur".

Həkimin sözlərinə görə, bu xəstəliklərin yaranmaması üçün ilk növbədə rejim olmalıdır. Eləcə də stres fonunu azaltmaq önəmlidir. L.Vəliyevanın sözlərinə görə, bu xəstəliklərin müalicəsi insanların özündən asılıdır. Vaxtında müraciət etsələr, problem daha tez həll olunar. Əks təqdirdə müalicəsi daha çətin olur.

L.Vəliyeva vurğulayır ki, ofisdə çalışanların əksəriyyəti ayaqüstü yeməklərə, buterbrod, "fastfood"lara üstünlük verirlər: "Bununla əlaqədar həm mədə infeksiyaları, həm də həzm pozğunluqları çoxalır. Vaxtında yemək, idmanla məşğul olmaq lazımdır. Sözsüz ki, əsəbləri cilovlamaq öndə dayanır. Daha çox sakitləşdirici bitki çaylarından istifadə edilməlidir".

Normal və düzgün qidalanmanın çox önəmli olduğunu deyən qastorenteroloq bildirir ki, hətta körpələrə belə südün saatla verilməsi məsləhət görülür: "Həzmdə mühüm rol oynayan mədəaltı şirə üçün vaxt lazımdır ki, normal miqdara çatsın. Hər zaman quru yemək də problemdir. Əvvəllər ofis işləri az idi. Əvvəllər nahar fasiləsinə diqqətlə yanaşılırdı. İndi isə buna diqqət ayıran demək olar ki, yoxdur".

mənbə: ann.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2670   Tarix: 24 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893