"Prezidentin qəbuluna düşə bilirəm, AzTV-nin yox" - Primadonna
"O, bir əzraildır düşüb AzTV-nin canına"
"Mən heç kəsin yanında başıaşığı deyiləm. Düz 40 ilə yaxın AzTV-nin solisti olmuşam. Lakin son illər xoşagəlməz bir vəziyyət yaranıb ki, mən bunu anlaya bilmirəm. Mən AzTV-nin solisti kimi ixtisara düşmüşəm. İndi AzTV-nin efirlərində başqa sənətkarlar cərəyan edir. Mənim kimi sənətkar AzTV-nin efirinə çıxa bilmir. Necə ola bilir ki, mən dövlət başçısının qəbuluna düşə bilirəm, AzTV-nin efirinə yox".
Bu sözləri "Qafqazinfo"ya açıqlamasında Azərbaycan xalq artisti İlhamə Quliyeva Azərbaycan Dövlət Televiziyasında (AzTV) üzləşdiyi xoşagəlməz situasiyanı şərh edərkən söyləyib. Xalq artisti televiziyada özünə qarşı gördüyü münasibətlə bağlı ciddi ittihamlar səsləndirib.
İ. Quliyeva deyib ki, onun şəxsiyyətinə və sənətinə bütün ölkədə hörmət qoyulur, hətta dövlət başçısı belə ona qarşı həmişə qayğıkeş və diqqətli davranır: "Bu yaxınlarda Heydər Əliyevin 90 illik yubileyi belə onun adını daşıyan mərkəzdə prezident İlham Əliyevin qəbulunda olmuşam. Mənə çox böyük diqqət göstərilir. AzTV-də bir neçə il əvvəl baş verən bu rəhbərlik dəyişikliklərini də müsbət nəticələri olur. Sədr Arif Alışanovun mənə, mənim də ona çox böyük hörmətim var. Yəni Arif Alışanovdan narazı deyiləm. Hələ də AzTV-nin xəbərlərinə baxıram, lakin orada pis işlərlə məşğul olan mənfi adamlar var. Söhbət televiziyanın Musiqi Departamentinin rəhbəri Nadir Axundovdan gedir. O, burada monopoliya yaradıb. Şəxsi malikanəsi kimi davranır. Nadir Axundovla heç kim bacara bilmir. İndi mənim kimi sənətkarların yeri böyük tədbirləri bağlamaqdır. Lakin onun öz favoritləri var. Mən dünyanın sülh səfiriyəm. O isə mənə vaxtı keçib deyir. Mənim adımı solist siyahısından çıxarıblar. Mən bilirəm ki, ixtisara düşməyimdə Nadir Axundovun böyük rolu var. Baxın AzTV-nin efirinə və görün orada kimlər oxuyur, sizə dastanlar danışarlar".
Xalq artisti deyib ki, ixtisara düşməklə həm də iş yerini itirib: "Ora mənim iş yerim idi. Mən yaşlansam da formadayam, səsim yerindədir. Xalq hələ də məni ayaq üstə alqışlayır. İndi Azərbaycanın bölgələrində və xaricdə 50 illik sənət fəaliyyətimlə bağlı hesabat konsertləri verməyə başlayacam. Yekun konsert isə Heydər Əliyev sarayında olacaq. Bu isə məni diri-diri qəbrə qoymaq istəyir. Qərara gəlmişəm ki, yaranmış bu durumla bağlı prezident İlham Əliyevə rəsmi müraciət edim. Bu qədər olmaz axı. Elə bil ki, mən yoxam. Yenə sağ olsun özəl televiziyalar məni çox əziz tuturlar. Amma nə üçün Nadir Axundov kimə arxayındır? Baxın son 5 ildə AzTV-də bir dənə konsert çəkilişim olmayıb. Bu adam əzraildir düşüb AzTV-nin canına. Bu insanı nə havalandırıb sadəcə bilmək istəyirəm. Mən hələ çox şeylər danışa bilərəm, düşünürəm ki, hələlik bu qədər kifayətdir".
mənbə: qafqazinfo.az
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDaha bir övladı Pittin soyadından imtina etdi
Hollivud ulduzları Ancelina Coli və Bred Pittin oğlu Meddoks atasından tamamilə uzaqlaşmaq qərarına gəlib. Axşam.az xəbər verir ki, 23 yaşlı Meddoks Coli-Pitt rəsmi olaraq adını dəyişmək üçün sənədlər təqdim edib və "Pitt" soyadından imtina etmək niyyətindədir. Bundan sonra gənc özünü Meddok
30.05.2026 274 "Yalandan deyir ki, sənin adındır"
Əməkdar artist Nüşabə Ələsgərli həyat yoldaşından danışıb. Müğənni "Künc-bucaq" yutub layihəsində onda sevmədiyi xüsusiyyətlərdən danışıb:. "Döymə xoşlamıram. Onun xoşu gəlirdi. İstəyirdim sıxım onu ki, etmə. Getdi etdi, yalandan deyir ki, sənin adındır. Saqqalı da sevmirəm. Təraşlı olsun
31.05.2026 492 Aygün Kazımovanın yeni paylaşımı MÜZAKİRƏ YARATDI - VİDEO
Xalq artisti, Azərbaycan estradasının pop divası Aygün Kazımova yeni görüntüləri ilə yenidən gündəmə gəlib. xəbər verir ki, sənətçinin dəri geyimdə çəkilmiş görüntüləri sosial şəbəkələrdə böyük maraq doğurub. Özünəməxsus üslubu, cazibədar görünüşü və səhnə enerjisi ilə seçilən Aygün Kazımova pərəstişkarlarında
06.06.2026 541 Qızları üçüncü dəfə evlənən atalarının toyuna gəldi: BAXIN NECƏ REAKSİYA VERDİLƏR - VİDEO
Xəbər verdiyimiz kimi, müğənni Rəvan Qarayevin toyu olub. -ın məlumatına görə, üçüncü dəfə ailə quran sənətçinin toyunda digər nikahdan olan qızları da yer alıblar. İfaçının övladları "Qonaqcanlı" verilişinə açıqlama verərək, ona xoşbəxtlik arzulayıblar. Qeyd edək ki, Rəvan iki dəfə ailəl
31.05.2026 992 Vəfatından 24 gün sonra atası da dünyasını dəyişdi
Mərhum türkiyəli aktyor Alp Balkanın atası Mustafa Balkan dünyasını dəyişib. Axşam.az xəbər verir ki, oğlunun itkisinə dözə bilməyən M.Balkan övladının vəfatından 24 gün sonra vəfat edib. Qeyd edək ki, A.Balkan "Mahallenin muhtarları" serialında canlandırdığı "Bahadır" obrazı il
07.06.2026 423 Aparıcı Xoşqədəmin MAKİYAJSIZ HALI - FOTOLAR
Aparıcı Xoşqədəm Hidayətqızı son günlər tennislə peşəkar şəkildə məşğul olduğunu bildirib. O, tennis oynadığı fotoları izləyiciləri ilə bölüşüb. Aparıcı paylaşımına "Günəş və tennis - ən sevdiklərim. Qoy bütün günlərimiz, bütün həyatımız günəşli olsun" sözlərini yazıb. Qeyd edək ki, Xoşqədə
31.05.2026 453 Anasının səhhəti daha da ağırlaşdı
Rəqqasə Fatimə Fətəliyeva anasının vəziyyətinin ağır olduğunu açıqlayıb. Axşam.az xəbər verir ki, Fatimə anasının xəstəxanada olduğunu, hələ də səhhətinin yaxşılaşmadığını bildirib. "Allahım, anamı öz mərhəmətinlə qoru. Xəstəliyini şəfaya, ağrılarını rahatlığa çevir. Ona sağlamlıq, güc v
02.06.2026 442 "Güller ve günahlar"ın aktrisası ərə gedir
Türkiyəli aktrisa Aleyna Solaker sevgilisi Berk Boyacıgildən Fethiye şəhərində evlilik təklifi alıb. Romantik gün batımı fonunda edilən təklifə aktrisa "Bəli" cavabını verib. Cütlüyün xoş anları sosial şəbəkələrdə də maraqla qarşılanıb. Qeyd edək ki, aktrisa hazırda "Güller ve günahlar"
07.06.2026 412 Aysel mini geyimdə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR
"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadənin (Teymurzadə) sosial mediada paylaşımı ilə maraq doğurub. xəbər verir ki, sənətçi instaqram hesabında yeni görüntüsünü paylaşıb. Onun mini geyimdə olan zərif görünüşü izləyicilərin marağına səbəb olub. Paylaşıma çoxsaylı bəyəni gəlib
31.05.2026 1057