99 yaşlı nənə ad gününü 11-ci mərtəbədən sallanaraq keçirdi (Foto)

Yaşı az qala 100-ə çatan yaşlı qadın builki doğum gününü adrenalin içində qeyd edib.

Qoca olsa da qıvraq olan Doris Lonq İngiltərədə 11 mərtəbəli binanın damına çıxaraq, oradan iplə aşağıya enib.

"Son 15 il ərzində düz 13-cü dəfədir ki, aşağı bu cür enirəm. Özümü əla hiss edirəm. 99-u haqlamışam, amma ruhum 60 yaşındadır" – deyə, Doris Lonq bildirib.

mənbə: gun.az

99 yaşlı nənə ad gününü 11-ci mərtəbədən sallanaraq keçirdi (Foto)99 yaşlı nənə ad gününü 11-ci mərtəbədən sallanaraq keçirdi (Foto)99 yaşlı nənə ad gününü 11-ci mərtəbədən sallanaraq keçirdi (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 1814   Tarix: 23 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az